SƏHİYYƏ VƏ TƏHSİLİN BİRGƏ MÖVCUD OLDUĞU MƏKAN
Bu dəfəki müsahibimiz 80-dən çox elmi əsərin müəllifi, bir sıra xari­ci elmi cəmiyyətlərin üzvü, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, t.e.d. Sənan Kərimovdur. ətraflı...
SAĞLAM RUH İNSANIN ƏN ETİBARLI MÜDAFİƏÇİSİDİR
Millət vəkili Adil Əliyev: “Bütün xəstəliklərin müalicəsi elə insanın öz əlindədir. Sağlam həyat tərzi, xoş ovqat və möhkəm iradə bütün xəstəliklərə qalib gələ bilir.” Yunan filosoflarından birinin maraqlı bir fikri var: "Ən böyük həkim öz ruhunu idarə etməyi bacaran xəstənin özüdür". Əslində bu sözdə böyük bir məntiq var və məntiqin əsası budur ki, sağlam ruh, fiziki hazırlıq insanı bir sıra xəstəliklərdən qoruya bilir. ətraflı...
BİOETİKA BƏŞƏRİYYƏTİN SABAHININ KEŞİYİNDƏ DURAN ELM
Dünyada baş verən güclü inkişaf prosesi, elmi-texniki tərəqqinin geniş vüsət alması yeni-yeni elm sahələrinin yaranmasına səbəb olur. Müasir təbabətin sürətli inkişafı da bütün tibb aləminin qarşısında bioetik və hüquqi problemlərin nəzərdən keçirilməsini zəruri edir. Belə elm sahələrindən biri də son vaxtlar aktual olan "Bioetika və ya tibbi hüquq"dur. Bu məsələ ilə bağlı oxucularımızı maraqlandıran suallara Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova aydınlıq gətirdi. ətraflı...
«LƏYAQƏTLİ HƏYAT» FƏLSƏFƏSİ
Müsahibimiz Açıq Cəmiyyət Şəbəkələrinin Azərbaycan nümayəndəliyi, Səhiyyə Hüququ və Siyasəti proqramının direktoru, tibb elmləri namizədi Leyla İmanovadır. ətraflı...
“TÜSTÜLÜ MÜHİT”Ə QARŞI MÜBARİZƏ
Siqaret həvəskarları tütünün insan orqanizminə nə qədər mənfi təsir göstərdiyindən xəbərdardırlar. Ancaq təəssüf ki, zərərli təsirlərinə baxmayaraq, siqaret aludəçilərinin sayı günbəgün artmaqdadır. Ölkəmizdə siqaretə olan meylliyin artdığı bir şəraitdə bu məsələnin qanunvericiliklə nizamlanmasına, qadağa, yasaq mexanizminin işə düşməsinə ehtiyac yaranır. Milli Məclisin Sosial siyasət komitəsinin hazırladığı "Siqaretçəkmənin məhdudlaşdırılması barədə" qanun layihəsi də bu zərərli vərdişin yayılmasının qarşısını almağa yönəlmişdir. ətraflı...
«SAĞLAM ÖVLAD SAĞLAM GƏLƏCƏKDİR!»
Nərgiz Kərimova 1978-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirib. Ailəlidir, 3 övladı var. "Uşaqların Xoşbəxt Gələcəyi" İctimai Birliyinin təsisçisi və rəhbəridir. ətraflı...
12...5»

«AĞ ÖLÜM»ÜN CAYNAĞINDA
Məzahir Əfəndiyev: «Qadınlar arasında narkomaniya bəlasına düçar olanların sayı artıb» "Bir dəfə daddın, bir də istəyirsən. Fikirləşirsən ki, tək bircə dəfə də istifadə edim, ataram. Bir də onda ayılırsan ki, artıq əl çəkmək mümkün deyil, əksinə, digər vasitələrə əl atıbsan, doza artıb və s. Üstəlik vaxtı çatanda tapılmasa, gen dünya adama dar gəlir. Elə bu məqamdan da başqa bəlalar başlayır.
Bütün müsahibələr...



Ailə Həkimi © 2008
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən istinad mütləqdir
AzInWEB