ƏSL KİŞİLƏR DƏ "AĞLAYIR"

Axı, kim bu kişiləri güclü cins adlandırıb? Onlar daha az yaşayır və daha tez xəstələnir, çünki 3 dəfə artıq siqaret çəkir və spirtli içki qəbul edir, özünü pis hiss etdikdə isə, başlarını qumda gizlədir və hər şeyin keçəcəyini gözləyirlər, ona görə də sağlamlıq ilə əlaqədar olan problemlər onlarda qlobal xarakter daşıyır.

Gəlin, aydınlaşdıraq: kişilərdə hansı yaş dövründə daha çox hansı xəstəliklər xasdır?

20-30 yaş
Həyatın acı şirinliyi

Həkimlərin müşahidələrinə görə, kişilərin şəkərli diabet ilə xəstələnməsinin ilk sıçrayışı bu yaş dövrünə təsadüf edir.
Səbəb - müstəqil həyata daxil olma ilə əlaqədar stress və psixoloji adaptasiya çətinlikləri, eləcə də, alkoqol və tütün çəkməyə fəal qoşulmadadır. Yeri gəlmişkən, sevimli insanın qanının tərkibində şəkər səviyyəsinin həddən artıq olmasını bir çox qadınlar seks ilə bağlı problemlər nəticəsində aşkar edir. Məsələ burasındadır ki, diabet ereksiya pozğunluğu törədə bilər.
Әziz qadınlar, aptekdə qanda şəkərin ekspress təyini üçün test zolaqları alın və ildə 1‐2 dəfə həyat yoldaşınızın qanında onun səviyyəsini yoxlayın. Şirniyyatdan sui‐istifadə etməsinə yol verməyin, sağlam həyat tərzi sürməsinə nəzarət edin.

Başında pulsator
Dəstəvi (digər adları: klasterli, salxımvari) baş ağrıları - fəal həyat tərzi sürən gənc kişilər üçün ciddi sınaqdır. Yandırıcı, nəbzvari, daima eyni tərəfdə göz, qaşüstü, alın nahiyəsini incidən ağrı o dərəcədə dözülməzdir ki, insanı otaqda vurnuxmağa məcbur edir. İztirablar ilk 5‐10 dəqiqə ərzində maksimuma çatır, 30 dəqiqədən iki saatadək davam edir, sutkada 2‐3 dəfə təkrarlanır, özü də tutmaların biri mütləq yuxu zamanı baş verir (zəngli saat simptomu), ağrı epizodlarının bütün seriyası isə, bir neçə həftədən 3 ayadək davam edir (həkimlər bu dövrü "dəstə" adlandırır). Tutma zamanı alın tərləyir, burun tutulur. Xəstəlik məhz 20 və 30 yaşları arası inkişaf edir və 65 yaşından sonra keçib gedir.
Әziz qadınlar, əzizinizi nevroloqun yanına məsləhətə getmək məqsədi ilə və eləcə də, dəstəvəri ağrının törədiciləri olan siqaret və spirtli içkilərdən imtina etmək üçün yola gətirin. Növbəti tutmanın qarşısını gündəlik kontrast (soyuq və isti) axşam vannaları ala bilər. 2 vaflivari dəsmal və qaynar su ilə ləyən hazırlayın. Soyuq suyu krandan götürün. Növbə ilə başınızın üzərinə 30 saniyəlik əvvəlcə sıxılmış isti dəsmal, sonra soyuq dəsmal 20 qoyun və bunu 2‐3 dəfə təkrar edin. Tədricən proseduranın müddətini uzadın: isti və soyuq kompresi 1,5 dəqiqə ərzində saxlayın və onları 6 dəfə dəyişdirin.

30-40 yaş
Öskürəyi saxlayın
Səhərlər zəngli saatın sədası altında deyil, həyat yoldaşınızın gurultuyabənzər öskürəyindən oyanırsınız? Hər şey aydındır - bu, xroniki siqaret çəkənin öskürəyidir! Bu, tütün tüstüsünün, tənəffüs yollarının selikli qişasını örtən epiteliumun səthi üzərində yerləşən kirpikciklərə göstərdiyi zədələyici təsirinin nəticəsidir. Sanki səyrişərək titrəyən kirpikciklər burada əmələ gələn seliyi çıxışa doğru yönəldir. Siqaret çəkənlərdə bu mexanizm işləmir: bronxlar bəlğəm ilə tutulur, özü də gecə vaxtı onun miqdarı xüsusilə çoxdur, çünki yatmış insan onu öskürərək xaric etmir.
Әziz qadınlar, döş qəfəsinin rentgen müayinəsini aparmaq (pnenvmoniya və ya emfizemanı inkar etmək məqsədi ilə) və xroniki bronxiti müalicə etmək məqsədi ilə pulmonoloqa müraciət etmək lazımdır.

Hormon kəsiri
Gənc yaşlarında infarkta gətirib çıxaran tranzitor (müvəqqəti) testosteron kəsiri əlamətlərini nəzərdən qaçırmayın. Androloqlar zarafatcasına testosteronu "insanı kişi edən hormon" adlandırır. Amma paradoks bundadır ki, güc və kişilik hormonu şıltaq qadın xasiyyətinə malikdir. Bir qədər əsəbiləşmək, gərginlik keçirmək, xəstələnmək və ya vaxtında qidalanmamaq kifayətdir ki, qanda testosteron səviyyəsi ensin.
Әziz qadınlar, kvik‐testin köməyi ilə sevgilinizin qan tərkibində testosteron səviyyəsini təyin edin. Nəticə heç də ürək açan deyilsə, hormonal profilli biokimyəvi analizin keçirilməsini və həkimlərə müraciət edilməsini təklif edin - endokrinoloq, uroloq və kardioloqa. Nəzərdə saxlayın ki, həyat yoldaşınızın istirahətə və hormonal ehtiyatların bərpa edilməsinə ehtiyacı var: jenşen cövhəri (15‐25 damcı gündə 2‐3 dəfə 2‐4 həftə ərzində), dəniz məhsulları, qoz‐fındıq (onlar testosteronun istehsalı üçün zəruri olan L‐arginin ilə zəngindir) vasitəsi ilə hormonal ehtiyatı bərpa etmək olar.

40-50 yaş
Pivə qarnına yox!
Kişinin bir nömrəli düşməni ‐ adətən, ilk növbədə qarın nahiyəsində toplanan artıq çəkidir. Piy toxuması nəhəng yumurtalıqlar kimi təsir göstərərək, nəcib kişi hormonu olan testosteronu emal edərək, bu halda tamamilə yersiz olan qadın cinsi hormonları - estrogenlərə çevirir. Onlar orqanizmdə nə qədər çox olsa, bir o qədər fəallıqla piy toplanır və impotensiyanın inkişaf riski artır. Qarın nahiyəsində piyin toplanması yalnız estetik qüsur deyil - metabolik sindrom və şəkərli diabet, öd daşı xəstəliyi, hipertoniya, ürəyin işemik xəstəliyi və miokard infarktı təhlükəsi deməkdir.
Әziz qadınlar, həyat yoldaşınızın yağ və karbohidratlar məhdudlaşdırılmış aşağı kalorili pəhriz saxlamasına, qaçış ilə məşğul olmasına, idman klubuna yazılmasına nəzarət edin.

İncə problem
Söhbət babasildən gedir ‐ orta və ahıl yaşlı kişilər bu xəstəlikdən qadınlara nisbətən 4 dəfə artıq əziyyət çəkir. O, qəbizlik, ağır fiziki əmək, gərgin idman məşqləri, oturaq iş rejimi olan insanlarda hemorroidal venalarda qan durğunluğu nəticəsində, eləcə də, alkoqol, duzlu və istiotlu qidaya meyllik ilə əlaqədar qarındaxili təzyiqin davamlı olaraq artması nəticəsində inkişaf edir.
Әziz qadınlar, ərinizin qaşınma, göynəmə və diskomfort hissindən şikayətlərinə qarşı etinasızlıq nümayiş etdirməyin. Onunla proktoloqun yanına gedin! Pəhrizi nizamlayın - tərkibində çoxlu sellüloz ilə zəngin olan meyvə və tərəvəz qəbul etməsinə nəzarət edin. Həyat yoldaşınızı çoxlu hərəkət etməyə sövq edin - kabinet işi problemi daha da dərinləşdirir.

50-60 yaş
Qəza vəziyyəti
Bu yaşdan etibarən kişilərdə damar fəlakətləri - infarkt və insult - riski kəskin şəkildə artır. Səbəb - damarların aterosklerotik dəyişiklikləri, arterial təz ‐ yiqin artması tendensiyası və tədricən testosteron səviyyəsinin enməsidir. Qanda normal testosteron səviyyəsi - 350‐1000nq/dl. 40 yaşından sonra onun ehtiyatları ildə 1% azalır. 60 yaşına yaxın orta statistik güclü cins nümayəndəsinin orqanizmi, artıq, bu həyati vacib hormonun beşdə bir hissəsindən məhrum olur. Məhz bu zaman da kişi klimaksı problemləri başlanır: iş qabiliyyəti və immunitetin azalması, qara melan ‐ xoliya və qıcıqlanma tutmaları, əzələ kütləsinin azalması, potensiyanın zəifləməsi, dırnaqların sınması, digər yaşla əlaqədar nasazlıqlar baş qaldırır. Testosteron səviyyəsinin 350nq/ dl‐dən aşağı enməsi ürək və damarlar üçün xüsusi ilə təhlükəlidir.
Әziz qadınlar, ərinizi illik tibbi müayinələrə yazın və hər gün arterial təzyiqini ölçün. O, 140/90‐dan artıqdırsa, terapevtin qəbuluna gedin: ürəyi müayinə etmək və hipertoniyanın müalicəsinə başlamaq zəruridir. Onu düzgün qidalandırın: mal əti, qoyun əti, kərə yağı və ağ çörəyi məhdudlaşdırın.

2068 dəfə oxunub

ZƏRƏRLİ VƏRDİŞ
İCTİMAİ YERLƏRDƏ SİQARET ÇƏKİLMƏSİ QADAĞAN EDİLƏ BİLƏR. Sağlam millət sağlam gələcək deməkdir. Millətin sağlamlığına təhlükə yaradan amillərdən biri isə siqaretdir. Siqaretin vurduğu zərəri və onun gətirdiyi bəlaları nəzərə alaraq, bu bəlaya qarşı qanun çərçivəsində müvafiq mübarizə aparmaq zərurətə çevrilib. Milli Məclisin sosial-siyasət daimi komitəsinin sədr müavini, millət vəkili, həkim Musa Quliyevin ictimai yerlərdə
Bütün müsahibələr...



Ailə Həkimi © 2008
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən istinad mütləqdir
AzInWEB