HƏKİMDƏN QORXMAYIN, UŞAQLAR!

SÜDƏMƏR DÖVR
Uşağınızın hələ bir yaşı da tamam olmayıb? Həkimə gedərkən özünüz ilə köməkçi aparın (ata, nənə, rəfiqə).  Onlar körpənin bələyini dəyişməkdə kömək edə bilər.  Gəlişin müddəti uzandığı halda,  özünüz ilə uşaq qidası  və ya su olan butulka, iki bələk əskisi, ehtiyat üçün pampers, gigiyenik salfetlər, əmzik, zınqırovlu oyuncaq və sonradan istfadə edəcəyiniz əşyaları yığmaq üçün iki paket götürün.

İKİ-BEŞ YAŞ ARASI
Bu yaşda uşaqlar daha ünsiyyətli olur, onların həkimlərə qarşı gələcək münasibətləri for‑ malaşır. Ona gö rə də həkimə getməyiniz haqqında uşağı əvvəlcədən xəbərdar edin.  Yaxşı olar ki, həkimin yanına nə üçün getməyiniz, onun nə edəcəyi  haqqında  açıq danışasınız. Yalan bir və ya iki dəfə dadınıza çatar, amma uşağın sizə olan inamını isə uzun müddətə itirə bilərsiniz. Xəbərsizlik - qorxu müttəfiqidir. Növbədə itirdiyiniz vaxtı necə doldurmanız haqqında fikirləşin: sizin üçün iyirmi‑otuz dəqiqə əhəmiyyət kəsb etməsə də,  kiçik uşaq üçün bu vaxt bir qərinədir. Özünüz ilə rəsm dəftəri, flomaster, sevimli uşaq kitabını gö türün.

BEŞ YAŞINDAN YUXARI
Uşaq bö yümüşdür və artıq ona bu və ya digər proseduranın zəruriliyini anlatmaq, dözümlü olmağını xahiş etmək olar. Həkimin və ya tibb bacısının uşağa kömək etmək istəməsini ona izah etmək çox vacibdir. Həkim haqqında danışarkən, qətiyyətsizlik nümayiş etdirməyin, uşağın yanında poliklinikadakı qaydaları tənqid etməyin.   Uşaq anlamalıdır ki, ana nə etdiyini yaxşı bilir.

YENİYETMƏ KABİNETİ
Adətən, yeniyetmələr artıq özləri həkimin yanına gedir, lakin istisnalar da ola bilər. Lazım gəldikdə, mütləq uşağınız ilə birlikdə poliklinikaya gedin. Yeniyetmənin başını qatmaq üçün ona zəruri detallar haqqında danışın, gedişdən əvvəl nə üçün mütləq duş qəbul etmək və paltarı dəyişmək lazım olduğunu; həkimin ürək və ağciyərlərə qulaq asdığı zaman nə üçün onun üzünə qarşı nəfəs almamağı;  stomatoloqun qəbuluna  gedərkən, nə üçün birdəfəlik burun dəsmallarından istifadə etməyi; nö vbədə daya‑ narkən, ö zünü necə aparmalı; qeydiyyat otağından kartı götürmə qaydalarını; həkim ilə sö hbət etmə tərzini ona ətraflı izah edin.

UŞAQ QORXURSA...
- Körpənizə izah edin ki, onun dö zməli olacağı ağrı tezliklə keçəcək;
- Proseduranın detalları uşağı qorxuda bilərsə, onları izah etməyə çalışmayın;
- Prosedura zamanı uşağın diqqətini yayındırın;
- Uşağa öz həyəcanınızı ötürməyin;
- Körpəni həkimlər ilə qorxutmayın;
- Uşağınız ilə fiziki və psixoloji təmasda olun.

1636 dəfə oxunub

QANUNLARIMIZ SAĞLAMLIĞIMIZI QORUYUR
Hadı Rəcəbli: «Sığorta haqqında qanun inqilabi qanun sayılır». 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Veravul kəndində anadan olub. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib. Millət vəkilidir. Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədridir. Siyasi elmlər namizədi, dosentdir. 8 kitabın və 200-dən çox elmi-publisistik məqalənin müəllifidir.
Bütün müsahibələr...



Ailə Həkimi © 2008
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən istinad mütləqdir
AzInWEB