KÖRPƏNİN İLK SÖZÜ

Belə deyirlər ki, böyük rus aktrisası Faina Ranef- skaya özünəməxsus yumor hissi ilə qeyd etmişdir: "Optimizm - məlumat çatışmazlığıdır ". Yəqin, elə bu səbəbdəndir ki, gənc analar körpələrinin düzgün inkişaf etməsinə görə çox narahatdırlar. Axı bu gün informasiya bolluğu var. Amma gəlin, optimist olmağa çalışaraq, körpələrin nitq qabiliyyətinin inkişafı haqqındakı hansı məlumatların bizə danılmaz həqiqət kimi təqdim olunduğu, hansınınsa faydalı və doğru olduğunu  araşdırmağa cəhd edək.

Mülahizə № 1
Doğuş travması mütləq nitq inkişafının pozulmasına gətirib çıxarır
XEYR Uşağın inkişafını birmənalı proqnozlaşdırmaq olmaz. Bu, fərdi olaraq konkret orqanizmin  doğuş travmalarını müvazinətləşdirmək qabiliyyəti ilə əlaqədardır. Ola bilsin ki, doğuş travması uşağın gələcək inkişafına heç bir xələl gətirməyəcək - belə hallara tez-tez rast gəlinir. Düzdür, problemlər daha böyük yaşlarında üzə çıxa bilər (çıxmaya da bilər). Adətən, ağır doğuş nəticəsində yaranmış nevroloji problemlər zamanı daha zərif strukturlar zədələnmiş olur (əlbəttə, istisnalar da var).
2 yaşa yaxın cümlə nitqinin formalaşması ilə problemlər yarana bilər, 5 yaşında isə loqoped səs tələffüzünün pozulmasını, rabitəli hekayə qabiliyyətinin pozulmasını, şerlərin əzbərlənməsini, yazı, oxunun mənimsənilməsində çətinliklərin meydana çıxmasını  qeyd edir və s.

Doğuş travmasını  bərpa  etməyə nitqi  inkişaf etdirən sistematik məşqlər (2 yaşından başlayaraq), ümumi möhkəmləndirici proseduralar, bəzi hallarda isə medikamentoz müalicə  kömək  edə bilər. Və bu zaman məktəb yaşına qədər doğuş travmasının heç bir əlaməti qalmayacaq.

Mülahizə № 2
Oğlanlar qızlardan gec danışmağa başlayır
BƏLİ  Belə "haqsızlıq" oğlanların mərkəzi sinir sisteminin bəzi inkişaf xüsusiyyətləri ilə əlaqədardır və onun təməli hələ bətndaxili dövrdə  qoyulur. Verbal intellekt qızlarda güclü cins nümayəndələrinə nisbətən daha yaxşı inkişaf etmişdir. Alimlərin fikrincə, bu, qadınların uşaq böyütmək və müvafiq olaraq, onun davranışına cəld dilcavabı reaksiya vermək, onunla ünsiyyət qurmaq, sonsuz suallarını cavablandırmaq qisməti ilə bağlıdır. Bu, o demək deyil ki, oğlanlar nitq inkişafına görə  öz həmyaşıdları qızlardan geri qalırlar.  "Gec" - "heç vaxt" və ya "pis" demək deyil. Amma bu xüsusiyyət haqqında bilməyə dəyər, çünki loqopedik diaqnozların  yarısından çoxu oğlanların payına düşür. 2 yaşlı oğlan uşağının nitq inkişafı qaydasında deyilsə, gələcəkdə ciddi nitq pozğunluqlarından qurtarmaq üçün artıq bu yaşlarda da müntəzəm məşqlərə başlamaq lazımdır. Oğlanların sinir sistemi daha zərifdir və bununla hesablaşmaq lazımdır.

Mülahizə № 3
Səs təqlidi və vağ-vuğ - tamdəyərli sözlərdir
BƏLİ Loqopediyada konkret əşya, insan və ya hadisəyə birbaşa aid olan səs kompleksi səs kimi qəbul edilir.  Misal üçün, "mu", "krya", "bax", "bo-bo" kimi "yarımsözlər "  körpənin həyatındakı ilk və vacib sözlərdir, nitq onlardan başlayır.

Mülahizə № 4
Hər yaşda körpələr yalnız müəyyən sayda söz deməlidir
XEYR İnsan - kompüter deyil. Uşaq hər şeydən əvvəl fərdiyyətdir və hər bir körpənin inkişaf xüsusiyyətlərinə hörmətlə yanaşmaq lazımdır. Loqopediyada yalnız təxmini sayda söz mövcuddur - ananın əsaslanacağı bir minimum. Belə ki, ilk tanınan sözlər 1 yaşa qədər yaranmaya bilər, 1 yaşından 1 yaş 4 aya qədər isə körpənin danışıqda 3-4 sözdən istifadə etməsi kifayətdir. Bir çox analar söz miqdarının artırılmış səviyyəsi  haqqında eşitdikdən sonra (1 yaşında 10-20 söz), əşya və ya hadisəyə aid olan vağ-vuğun da söz olmasını nəzərə almayaraq, qorxurlar. Hər halda, bu yanaşma çox fərdidir, çünki körpənin nitqini qiymətləndirərək, ünvanlanmış nitqin anlaşılma həcminə, körpənin emosionallığı və biliyə həvəsi, fasiləsiz vağ-vuğ, «movuldama», vokalizasiya ilə təzahür olunan nitqi fəallığına da  diqqət yetirmək lazımdır. Uşağın nitqini yalnız tələffüz etdiyi sözlərin sayına görə qiymətləndirmək olmaz.

Mülahizə № 5
Bir oğlan (qız) 3 yaşa qədər susmuş, sonra isə bütöv cümlələr ilə danışmağa başlamışdır.
XEYR Bunun ilk dəfə kim tərəfindən düşünüldüyü məlum deyil, amma bu yanılmanın törətdiyi ziyan çox böyükdür. Bəzən analar körpələrinin nitqi ilə bağlı problemlərin olduğunu görərək, mütəxəssisin yanına getməyi ildən-ilə gecikdirərək, uşağın inkişafına düzəlməz zərər vururlar. Müəyyən inkişaf, o cümlədən, nitq aparatı inkişafı  qanunları mövcuddur ki, onlara əsasən, 2 yaşında uşaqda cümlə nitqi formalaşmalıdır (yəni, iki sözdən ibarət cümlələr). Bu, 2,5 yaşda da baş verməmişsə, həyəcan siqnalı vermək və loqopedin qəbuluna getmək vaxtıdır.

Nitq (və nəticə etibarı ilə əqli nitq) inkişafı ləngiyən uşağın birdən-birə, xüsusi hazırlıq olmadan, öz həmyaşıdlarına çatması  şübhəlidir.  Bunun üçün körpənin, sadəcə, ehtiyatları çatmır. Bu isə o deməkdir ki, inkişaf təsadüfən deyil, ciddi səbəblərin təsiri altında  pozulur: misal üçün, doğuş travması, ilk yaş dövründə keçirilmiş xəstəliklər və s.

Körpə həqiqətən heç bir nitq səsi çıxarmırsa, vağ-vuğ etmirsə,  səs təqlidi yoxdursa, çox güman ki, o ya kar uşaqlar kateqoriyasına, yaxud da kobud formalı psixoloji-nitq inkişafı pozğunluqları olan uşaqlara aiddir (autizm, oliqofreniya və s.). Aydındır ki, belə uşaq sərbəst şəkildə danışa bilməz. Hər bir uşaq üçün 2 yaşında və təkrarən bir ildən sonra  loqo- pedin qəbuluna getmək faydalı olardı. Nitq ləngiməsi aşkar oldunduqda, vaxtında başlanılmış xüsusi məşqlər daha böyük səmərə verər.

Mülahizə № 6
Körpə ilə həddən artıq çox danışmaqla, ona zərər vurmaq olar
BƏLİ Dolğun nitq mühiti sayəsində inkişaf daha yaxşı gedir. Lakin hər şey ölçüsündə yaxşıdır. Bəzən olur ki, ana radio rejimində «işləyir» - yəni, bir dəqiqə də susmur. Belə bir nitq axınından o, özü də yorulur, amma ən pisi odur ki, körpəsinə də ziyan vurur. Cümlələrin fasiləsiz axını körpəni küy pərdəsinə öyrəşməyə və sadəcə, ünsiyyəti kəsməyə vadar edir. Körpə ona ünvanlanan sözləri «eşidir», amma «dinləmir», yəni, mənimsəmir. Belə olmasın deyə, uşağa sakitlikdə qalmaq, öz işləri ilə məşğul olmaq, bu və ya digər bacarığa sərbəst şəkildə yiyələnmək imkanı yaratmaq zəruridir. Axı qayğıkeş ananın fasiləsiz nitqi, adətən, inkişaflandırıcı oyunların nümayişi ilə müşayiət olunur, demək, məşqlər biri-birinin ardınca gəlir. Pedaqoq S.N Nikitin belə uşaqları «həddən artıq təşkilatlandırılmış», yəni, sadəcə, böyüklərin himayəsi və göstərişlərindən təngə gətirilmiş  adlandırırdı. İnkişaflandırıcı məşqlər zamanı yalnız lazım olanı söyləyin: «Gəl, mən sənə göstərim, sonra sən özün et».

Mülahizə № 7
Qısalmış dilaltı yüyən səs tələffüzünün pozulmasına gətirib çıxara bilər.
BƏLİ Dilin altındakı bu kiçik bağ çox böyük əhəmiyyətə malikdir. Onun köməyi ilə biz yuxarı adlandırılan və tələffüz edilərkən dilin bərk damaq və ya üst dişlərin əsasına tərəf qalxdığı  səsləri tələffüz edə bilirik - «ş», «j», «r», «l». Qısalmış yüyən uşağın dilini qaldırmaq, üst dodağını yalamaq, çətin hallarda isə hətta dilini çıxarmaq qabiliyyətindən məhrum olmasına gətirib çıxarır. Yüyənin kəsilməsi, onun uzanması və yuxarı səslərin tələffüz edilməsini mümkün edir. Adətən,  bu əməliyyat 1-2 aylıq, yaxud, artıq 5 yaşından sonra, yəni, səs tələffüzü pozğunluğunun səbəbi təyin edildikdən sonra aparılır. Yüngül hallarda yüyəni xüsusi loqopedik məşqlər və masajın köməyi ilə dartmaq olar.

Mülahizə № 8
Körpənin nitqindəki duruxmalar pəltəkliyə gətirib çıxarır
XEYR Duruxma və pəltəklik - əlamətlərin oxşarlığına baxmayaraq, fərqli nitq pozğunluqlarıdır. Duruxmaların səbəbi - körpənin sabit olmayan emosional vəziyyəti, psixoloji problemlər, gərginlik, stressdir. Onları nitqin iti inkişaf tempi də törədə bilər, çünki bu zaman nitq imkanları körpənin fikirlərini çatdıra bilmir. Pəltəklik isə fərqli, nevroloji  təbiətə malikdir və bu halda kəkələmələr qıcolma xarakteri daşıyır (artikulyasion aparat əzələlərində spazmlar əmələ gəlir). Duruxmalar və pəltəkliyin düzəlməsi tamamilə fərqlidir. Kəkələmələr zamanı sakit şəraitin yaradılması, psixoloq, psixoterapevt və loqoped ilə məşğələlərin aparılması məsləhət  edilirsə,  pəltəklik zamanı nevroloqun təyinatı vacib rol oynayır.

2765 dəfə oxunub

BİOETİKA BƏŞƏRİYYƏTİN SABAHININ KEŞİYİNDƏ DURAN ELM
Dünyada baş verən güclü inkişaf prosesi, elmi-texniki tərəqqinin geniş vüsət alması yeni-yeni elm sahələrinin yaranmasına səbəb olur. Müasir təbabətin sürətli inkişafı da bütün tibb aləminin qarşısında bioetik və hüquqi problemlərin nəzərdən keçirilməsini zəruri edir. Belə elm sahələrindən biri də son vaxtlar aktual olan "Bioetika və ya tibbi hüquq"dur. Bu məsələ ilə bağlı oxucularımızı maraqlandıran suallara Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova aydınlıq gətirdi.
Bütün müsahibələr...



Ailə Həkimi © 2008
Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən istinad mütləqdir
AzInWEB