Bagla

Həkimdən soruş

Hekimden sorus







ANATOMİYA ELMİ VƏ İSLAM PEYĞƏMBƏRİ – ÜÇ YÜZ ALTMIŞ OYNAQ

 

“İNSANDA ÜÇ YÜZ ALTMIŞ OYNAQ VARDIR.

O, OYNAĞIN HƏR BİRİNƏ GÖRƏ BİR SƏDƏQƏ ETMƏLİDİR”

 

Rəhmli və Mərhəmətli Allahın adı ilə

ÜÇ YÜZ ALTMIŞ OYNAQ

Məlumdur ki, bir çox elmlər kimi anatomiya elmi də tədricən inkişaf edərək son əsrlərdə öz həqiqətini tapmağa başlamışdır. Anatomiya elminin bir sahəsi olan insan bədənindəki oynaqların sayı son zamanlara qədər alimlər tərəfindən araşdırılmışdır. Dəqiq nəticə əldə olunana qədər müxtəlif oynaq sayları qeyd edilmişdir. Lakin bu mövzuda anatomiya elmini qabaqlayan Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) tam dəqiq rəqəm deyərək bu yöndə çalışan alimləri də heyrətə gətirmişdir.

 

Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət edir:

“Həqiqətən, Adəm oğlundan olan hər bir insan üç yüz altmış oynaq üzərində yaradılmışdır. Kim Allahu Əkbər (Allah ən böyükdür), Əlhəmdulilləh (həmd olsun Allaha), Lə İləhə İlləllah (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur), Subhənallah (Allah bütün nöqsanlardan münəzzəhdir),Əstəğfirullah (Allahdan bağışlanma diləyirəm) deyərsə, insanların yolundan daşı, tikanı və ya sümüyü götürüb kənara çəkərsə, yaxşılığı əmr edib və ya pislikdən çəkindirərsə, bu əməllər bir günün içərisində üç yüz altmış oynağın sayı qədər olarsa, o gün həmin insan yer üzündə Cəhənnəm odundan özünü xilas etmiş kimi gəzər”.

(Muslim, “Səhihu Muslim” kitabında,  1007-ci hədisdə rəvayət etmişdir.)

 

Digər bir hədisdə Əbu Bureydə (Allah ondan razı olsun) rəvayət edir ki, Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi:

“İnsanda üç yüz altmış oynaq vardır. O, oynağın hər birinə görə bir sədəqə etməlidir”. Dedilər: “Kim onları etməyi bacarar, ey Allahın Rəsulu?” O dedi: “Məsciddə olan çirki aradan qaldırmaqla və yoldakı maneəni uzaqlaşdırmaqla. Əgər bacarmazsansa, iki rükət Duha namazı (o əməlləri əvəz etmək üçün) sənə kifayət edər”.

(Əhməd, “əl-Musnəd” kitabında, 23700-cü hədisdə rəvayət etmişdir.)

 

İnsanları gözəl əxlaqa, yardımlaşmağa və təmizliyə çağıran İslam peyğəmbəri (Allahın ona salavat və salamı olsun) Allahın insanlara bəxş etdiyi bu oynaqlara görə Yaradana şükr olaraq saleh əməllər etməyə çağırmış və onları etməzsə heç olmasa gündə iki rükət (gün çıxdıqdan sonra və günortaya qədər bir vaxt arasında) Duha namazı qılmağı tövsiyə etmişdir.

 

Oynaqlar və oynaqların rahat hərəkəti üçün ətrafındakı xüsusi mayelər əgər olmazsa, insan əlini, barmağını, ayağını, çiynini, boynunu və digər üzvlərini hərəkət etdirə bilməz.

 

 

Müasir anatomiyaya əsasən yetişkin bir insanın bədənində 206 sümük, 360 oynaq və 640 əzələ mövcuddur.

 

 

Sümük Cərrahiyyəsi üzrə Amerika Minneapolis Xəstəxanasının rəsmi saytında oynaqların 360 ədəd olduğu bildirilmişdir.  

http://www.mplsortho.com/faq/#how-many-joints

 

 

İnsan bədənində 360 ədəd oynaq mövcuddur. 86 ədəd oynaq kəllə sümüyündə, 6 ədəd oynaq boğazda, 66 ədəd oynaq döş qəfəsində, 76 ədəd oynaq isə onurğa və çanaqda yerləşir. Həmçinin yuxarı ətrafların hər birində (qol, əl və barmaqlar) 32, aşağı ətrafların hər birində (qıç, ayaq və barmaqlar) 31 ədəd oynaq vardır. Vücudumuzda iki sümük bir oynaqda birləşir. Oynaqlar vücudumuzu çevik və hərəkətli edir. Bədənimizin müxtəlif yerlərində yerləşən və fərqli hərəkətlərin icrasını həyata keçirən müxtəlif cür oynaqlar var.

 

http://www.howmanyarethere.us/how-many-joints-in-the-human-body/

 

Amerikanın insan anatomiyası araşdırmaları ilə məşğul olan  məşhur bodytomy.com saytı insan bədənində 360 ədəd oyanağın olduğunu təsdiqləmişdir. 

https://bodytomy.com/joints-in-body

 

Anatomiya elminin müşahidələr və araşdırmalar nəticəsində əldə etdiyi bu məlumatı Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) hələ heç kəsin insan bədəninin anatomiyasından, oradakı orqanların quruluşundan xəbəri olmadığı bir zamanda bu barədə, hətta, soruşulmadan belə xəbər verməsi həqiqətən də Allah tərəfindən böyük bir möcüzədir.

 

İnsanın kəllə sümüyündə olan oynaqların görüntüsü

 

İnsan oynaqlarının mükəmməl birləşməsi

 

1400 il əvvəl bu cür dəqiq məlumatın yazıb-oxuya bilməyən bir Peyğəmbər tərəfindən çatdırılması onun həqiqi Peyğəmbər olmasının və dediklərinin də bütün insanları ən yaxşı bilən, hər şeyin Yaradıcısı olan Allah tərəfindən ona öyrədildiyinin sübutudur.

 

Bu və digər möcüzələrin şahidi olduğumuz zaman Uca Allahın bu ayəsini zikr etmək tam yerinə düşər:

 

﴾ وَقُلِ الْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ آيَاتِهِ فَتَعْرِفُونَهَا وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُون ﴿

 

“De: “Həmd olsun Allaha! O Öz dəlillərini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir!”” ( “ən-Nəml” surəsi, 93-cü ayə)

 

Dünyada insan bədənində 360 ədəd oynaq olduğunu deyən ən məşhur universitet, xəstəxana və alimlərin saytlarının linkləri:

https://bodytomy.com/joints-in-body

http://www.mplsortho.com/faq/#how-many-joints

http://www.howmanyarethere.us/how-many-joints-in-the-human-body/

https://parallelcoaching.co.uk/3-facts-to-ace-your-anatomy-and-physiology-test-joints

http://naturatomica.com/category/joints-bones-muscles

http://www.answerbag.com/q_view/1164556


 3427    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *