Bagla

Həkimdən soruş

Hekimden sorus







Həkimlər dəyərlidir!

Həkimləri qoruyun, onların qədrini bilin, minnətdarlıq bildirin!

Onların böyük təcrübəsini dəyərsizləşdirməyin, onları suçlamayın. 

 

Tibb elmi fəlsəfədir, tibb ilə məşğul olan alim belə də adlanır: fəlsəfə doktoru. Təbabət xəstəliklərə dair bir nəzər nöqtəsi sistemidir. Yüz minlərlə xəstəlik var, onların birləşmələri ilə saysızdır. Xəstəliklərin qanunu fizika qanunlarından fərqlidir, cədvəllərə və düsturlara tabe olmur, riyazi model ilə təsvir olunmur, hətta ən güclü kompüterlə hesablanmır. Xəstəliklərin qanun qaydaları istisna halları qədərdir, istisnalar isə o dərəcədə  mühümdür ki, öz qanunauyğunluqları var.

 

Tibb universitetinin hər bir üçüncü kurs tələbəsi bilir ki, infarkt pnevmoniya kimi, appendisit qrip kimi, qrip appendisit kimi, qastrit isə infarkt kimi keçə bilər, bütün bu azarların klinik gedişatı ya zəif, ya da «lal» keçə bilər. Xəstəlik qanunlarını kompüter proqramları və klinik protokollar çərçivəsinə salmaq asan deyil. Təbabət elə bir bilik  sahəsidir ki, burada diaqnozların qanunauyğunluğu qeyri-tipik əlamətlərlə tapdalanır, xəstəliklərin sonunu isə çox vaxt qabaqcadan demək olmur. Burada hər şey ehtimaldır.

Tibb elmində hər bir fakt beş faiz səhv tezliyi ilə gerçək və sübut olunmuş sayılırp. Bu nə deməkdir? O deməkdir ki, hətta ən ciddi elmi sübutlar diaqnozun və müalicə nəticəsinin yalnız 95% gerçək olduğuna təminat verir.

 

Beləliklə, birinci nəticə. Tibbi diaqnoz və proqnoz heç vaxt yüz faiz dəqiq olmur. Sonra – diqqət. Yaşadığımız qabaqcıl dünyada nə super-internet, nə yapon android robotu, nə meqa-nüvə tomoqrafı başınız ya qarnınız ağrısa diaqnoz qoya bilməz. Hətta bütün həyatınızı avtomatlaşdıra və texnologiyalara, alqoritmlərə  tabe etsəniz də, diaqnozu təyin edən bir az əzik xalatlı canlı  adamdır. Bu diaqnoz ən yaxşı halda doxsanbeşfaizlik dəqiqliyə malikdir.  Demək, əslinə baxılırsa, iki yüz il əvvəl olduğu kimi  diaqnozu  həkim təyin edir. Bu da ikinci nəticə.

 

Üçüncüsü. Dünyada heç bir həkim öz pasiyentinin fəsadlaşmasında və ölümündə maraqlı deyil. Nöqtə. Üçüncü bəndi aksiom kimi qəbul edib irəli gedirik.

Beləliklə, xəstəliklərin 95%-i tipik gedişata malikdir: simptomlar məlumdur, yanaşma protokollarda müəyyən edilib: angina – antibiotik, peritonit – laparotomiya və antibiotik, qanaxma – qeysəriyyə. Ya da trepanasiya. Baxır, haranız ağrıyır.

 

Müalicənin nəticəsi yenə də 95% gözləniləndir. Belə, dördüncüsü.  Əksər hallarda həkimlər sizi nəticəyə əminliklə müalicə edir.

 

Beşincisi – zəhirmara qalmış həmin beş faiz. Atipik simptomlar və ya «pozuq klinika». Xəstəliyin və ya əməliyyatın, doğuşun  gözlənilməz gedişatı, müalicəyə qarşı gözlənilməz  cavab. Bir neçə xəstəliyin birləşməsi. Məhz bu hallarda standart protokollar işləmir, həkim isə demək olar ki, təkbaşına qərar qəbul edir. Taleyinizin görünməyən yol ayrıcında oxları dəyişir. Əməliyyat etmək ya konservativ müalicə etməyə qərar verir.  Çağanı əməliyyat stoluna götürüb-götürməməyi, qeysəriyyə etmək yoxsa gözləmək, şişlə zədələnmiş orqanı kəsib çıxarmaq ya saxlamaq, hipotonik uşaqlığı çıxarmaq ya riskə gedib çıxarmamaq. Uşağı hospitalizasiya etmək ya evdə saxlamaq. Təkrar əməliyyata getmək, tromboliz təyin etmək və beyini şuntlamaq. Bu kimi bir çox hallarda müdaxilə riski demək olar ki, müdaxilə etməmək riskinə bərabərdir. Bəzən qərar vermək üçün bir-iki gün, bəzən – bir gecə, bəzən saniyələr var.  Və həkim qərar verir:

– uşağa əməliyyat lazımdırmı?

– anesteziya, intraoperasion riskləri…

– dölün bətndaxili ölümü ya qeysəriyyə çapığı…

– orqanın defekti və ya gecikmiş uzaq metastazlar…

– qeyri-rasional antibiotikoterapiya fəsadları yoxsa proqressivləşən septiki proses…

– xəstəxanadaxili infeksiya ilə kontaminasiya riski…

– xəstəliyin sürətli gedişatı riski…

 

Risklər, risklər, risklər…

Hə, bir də. İstənilən müalicə xərc tələb edir. Təəccüblü olsa da,  bütün bu hesablamalar, ölçmələr, müqayisələr və proqnozlar, bütün binar seçimlər bu hallarda tamamilə efemer substansiyaya əsaslanır: həkimin təcrübəsi və intuisiyası. İnanın ki, çətin hallarda qərarlar elə bu cür verilir: in-tu-i-tiv. Gözəyarı. Oryol-reşka.  Və, tutaq ki, həmin beş faizə aid olmusunuzsa, hesab edin ki, hər ikinizin bəxti gətirməyib: sizin də, həkimin də. Təəssüf ki, burada riyaziyyat  fərqlidir: əlli-əlliyə. Həkim səhv kartı çəkirsə, buna həkim səhvi deyilir.

Məhz bu nöqtədə, yol ayrıcında həkim verdiyi qərarın məsuliyyətini öz üzərinə götürür.  Risklər əvvəldən bərabərdisə, belə çıxır ki, həkim günahkar olacaq. İttihamlara tuş gələcək, tənqid atəşinə tutulacaq. Belə etmək ol maz idi! – deyə, arxasınca internetdə, teleefirlərdə ya həkim iclaslarında çıxıracaqlar.

Amma, özünüzü həkimin yerinə qoyun, çətin anda qərar verməyin ağırlığını təsəvvür edin. Cəhd edin, seçim edin. Adrenalinlə, tərləmiş alnınızla. Asistoliya, klinik ölüm yanında. Aorta üzərində saxladığınız yumruqla. Əməliyyat otağındakı üç mərtəbəli söyüşlə. Yuxusuzluqla, reanimasiya qapısının astanasında taxikardiya ilə. Çuxura düşmüş gözlərlə. Ömrünüzə bəs edən yüklə. Təsəvvür etdiniz? Bax, belə.

Həkimləri qoruyun. Onsuz da bir azdan gəncləri tibbə cəlb etmək mümkün olmayacaq. İndiki «cadugər ovuna» baxanda yaxın zamanda ömrümüzün ölüm-dirim yol ayrıcında bizimlə dayanmaq istəyən olmayacaq. Hamı ya aytişnik, ya da veb-dizayner olacaq. Uzaq başı – kosmetoloq. Hamar dərili adamlar kompüterin qarşısında cəlbedici saytlarda müalicə olunacaq.

Almaniyada, İsraildə, BƏƏ-də, C. Koreyada letal nəticəyə qədər kobud səhv halları kifayət qədərdir…. Tərifli İngiltərə və ABŞ-da belə hallar baş verir, amma, onlara gəldikdə, hamı susur, guya ki, onlar əlindən gələni etdi….

Xaricdə çekaplara külli miqdarda pul xərcləyib, qayıdandan sonra yerli həkimlərdən müayinələrin nəticəsinə baxmağı xahiş edirlər…təbii ki, ödənişsiz…

 

Qoy bu məqaləni qədirbilən insanlar, minnətdar pasiyentlər, ağ xalata dəyər verənlər oxusun!


 8976    PAYLAŞ |

“Həkimlər dəyərlidir!” üçün bir cavab

  1. İlhamə dedi ki:

    çox düzdür deyilənlər.Həkimlərə dəyər verdiyinizə görə çox sagolun.

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *