Sağlam olmaq və gözəl görünmək üçün daim yeni pəhrizlər axtarır, saatlarla məşq zallarında tər tökürük. Əslində isə, ən tənbəl insan belə bir neçə kiçik vərdişə yiyələnməklə bədən çəkisini daim formada saxlaya bilər. Bəs söhbət hansı qida və vərdişlərdən gedir?
1. Səhər meyvə yeyin.
Meyvəni günün birinci yarısında, yaxşı olar ki, səhər yeməyi əvəzi yeyin. Vitaminlə, kalium, maqnezium, kalsium, dəmir və natriumla zəngin olan meyvələr orqanizm üçün çox xeyirlidir. Səhərlər yediyimiz meyvə gün ərzində mütləq yaranan şirniyyat həvəsini təmin edir, beləliklə, nahardan sonrakı desertdən imtina edə bilirik.
2. Şokolad? Olar, amma ehtiyatla!
Axşamlar niyə şokolad yeyək ki, sonra da aldığımız kalorilər istəmədiyimiz yerlərdə piy yığıntısına çevrilsin? Sinir sistemi də oyanır, gecə vaxtı bu bizə lazımdır? Axı, biz onun ləzzətini səhər də duya bilərik, nahara qədər də (amma günorta saat 2-dən gec olmasın). Beləliklə, zövq də alarıq, çəkimiz də yerində qalar!
3. Qoz, fındıq, badam, tum xoşlayırsızsa, bu faydalı təamları nahardan sonra yeyin.
Onların həzm olunması prosesi uzun çəkir, qaraciyər sağlam qalır və çəkiniz artmır. Beləliklə, orqanizmdə faydalı yağlar ehtiyatını doldurar və çəki artırmadan, yağlı meyvələrin nəfis dadından həzz ala bilərsiz.
4. Yalnız təbii şirə için.
Şirin qazlı içkilərdən birdəfəlik imtina edin, onlar zərərdən, artıq çəkidən və köpdən başqa heç nə vermir. Təbii şirələri seçin, portağal, qreypfrut, giləmeyvə şirələri və limonadı için. Gözəl dad hissiyyatından başqa, həzm funksiyasını da yaxşılaşdıra bilərsiz. Mütləq tomat şirəsi için, ona duz və ədviyyat da əlavə edə bilərsiz.
5. Çoxdu ədviyyat istifadə edin.
Ədviyyat insan orqanizminə möcüzəli təsir göstərir, toksinlərdən təmizlənir, hətta artıq çəkini ləğv edir. Darçın qanda qlükoza səviyyəsini azaldır, beldəki artıq santimetrləri əridir, belə ki, insulin disbalansından əziyyət çəkən məhz bu sahədir. Zirə maddələr mübadiləsini və qan dövranını canlandırır. Narın qırmızı istiot da metabolizmi “işə salır”, artıq piyləri əridir, xüsusən, qarında və ombada. Reyhan həzmi yaxşılaşdırır, qazları və toksinləri çıxarır.
6. Rasionunuzda mütləq balıq olsun.
Ən azı həftədə iki dəfə. Balığın əsas üstünlüyü yağlı omeqa-3 turşularıdır. Bu maddələr piylənmə ilə mübarizə aparır, orqanizmi enerji ilə təmin edir, fiziki və mənəvi durumu yaxşılaşdırır. Omeqa-3 turşuları ilə daha çox zəngin olan balıq növləri skumbriya, siyənək, sardina, tunes və qızılbalıqdır. Bişirilmə vaxtı faydalı keyfiyyətləri azalmasın deyə, balığı buğda, suda bişirmək, yaxud marinə etmək məsləhətdir.
7. Gecə sitrus meyvəsi yeməyin, çünki bu meyvələr turşuluğu artırır, sinir mərkəzlərini oyadır.
Yuxunuz pozulacaq, səhər əzgin oyanacaqsız. Bir neçə sitrus meyvəsini qarışdırmaq isə güclü köp əmələ gətirir.
8. Su düzgün arıqlamağın ən vacib elementidir.
İlk baxışdan, adi içməli sudan sadə nə ola bilər ki? Amma dəfələrlə sübut olunmuşdur ki, orqanizmin bütün funksiyalarını tənzimləyən məhz sudur, sözsüz ki, mütənasib bədən biçimini saxlamaq da suyun əhəmiyyəti böyükdür. Qida maddələrinin hüceyrələrə daşınması, maddələr mübadiləsinin tənzimlənməsi və həzm prosesinin yaxşılaşması suyun orqanizmdə yerinə yetirdiyi mühüm funksiyalardır. Amma faydalıdır deyib su miqdarını abartmayın. Unutmayın, hər şey öz həddində gözəldir.
Bir cavab yazın