Qadın sağlamlığı intim gigiyenası çox incə məsələdir. Hər hansı səhvlər ağır nəticələr verə bilər. Çoxları təəccüblənəcək. Müntəzəm, səliqəli yuyunmağın nəyi çətindir? Amma, bəzi qadınlar intim gigiyenada yol verdiyi kobud səhvlərindən bixəbərdir.
Məsələnin əhəmiyyəti
Qadının cinsiyyət orqanları xarici mühitlə daimi təmasdadır. Bu əlaqə müxtəlif viruslara, bakteriyalara yoluxmaq təhlükəsi daşıyır. Patogen mikroorqanizmlərin basqınına 90% laktobakteriyalardan ibarət olan uşaqlıq yolunun mikroflorası müqavimət göstərir. Onların arasında şərti-patogen, yəni, qabağını düzgün floranın aldığı mikroorqanizmlər də var. Sağlam orqanizm düzgün mikrofloranı özü qoruyur. Qadın reproduktiv sistemində məskunlaşan südturşulu bakteriyalar turş mühit yaradır. Bu şəraitdə viruslar və patogen bakteriyalar sağ qalmır. Laktobakteriyaların sayı azalırsa, şərti-patogen və ya xarici mühitdən daxil olan bakteriyaların artması üçün şərait yaranır.
Ginekoloqlar təsdiq edir ki, mikrofloranın tarazlığını pozan səbəblər arasında intim gigiyena qaydalarının pozulması əsas rol oynayır.
Reproduktiv sisteminə zərbə vuran 9 əsas səhv
Statistikaya görə, qadınların təxminən 75% ömründə bir dəfə də olsa vaginal infeksiya ilə qarşılaşır. Bu cür patologiyanın bariz nümunəsi el arasında süd yarası adlanan kandidozdur. Kandidoza hətta cinsi əlaqə olmadan yoluxmaq mümkündür.
Beləliklə, intim gigiyenada yol verilməyən 9 səhv haqqında danışaq.
1. Cinsi orqanları cəhdlə yumaq olmaz
Cinsi orqanların aktiv və cəhdlə yuyulması böyük fəsadlar törədə bilər. Səylə aparılan gigiyena təbii mikrofloranı yuyub aparır. Bəzi qadınların təmizlik hərisliyi daha uzaqlara gedir. Onlar təkcə xarici cinsiyyət orqanlarını yumaqla kifayətlənmir, uşaqlıq yolunu da «təmizləyir».
Bu cür aktiv hərəkətlər faydalı bakteriyaların sayını azaldır. Şərti-patogen mikroorqanizmlərin sayı kəskin dərəcədə artır. İnfeksiya asanlıqla reproduktiv sisteminə sirayət edir və böyük fəallıqla inkişaf edir. Hədsiz təmizkarlıq vulvoginal kandidozların, vaginozların inkişaf etməsinə səbəb olur.
2. Altdan yuyunmağdan imtina etmək olmaz
Ginekoloqlar intim zonanın gigiyenasını aşağıdakı hallarda tövsiyyə edir:
Evdən kənarda yuyunmaq müşküldür. Bu hallarda intim gigiyena üçün nəzərdə tutulmuş salfetlərdən istifadə etmək məsləhətdir.
Salfetlərdən çox istifadə etmək olmaz, çünki, hətta ən keyfiyyətli vasitələr adi yuyunmanı əvəz etmir.
3. Yuyunma qaydalarını pozmaq olmaz
Prosedurun zərər yetirməməsi, fayda verməsi üçün bir neçə qaydaları gözləmək lazımdır:
4. Adi sabundan istifadə etməyin
Adi hamam sabunu intim zonanın gigiyenası üçün yaramır. Duş geli də çıxış yolu deyil, uşaq sabunu da. Bu vasitələr mikrofloranı ciddi pozmaqla infeksiyanın cinsi sistemdə yayılmasına şərait yaradır. Sağlam qadının uşaqlıq yolunda pH təxminən 4-5 bərabərdir. İntim gigiyena vasitələrinin pH göstəricisi də eynidir. Uşaq sabununda pH təxminən 7, adi sabunda isə – 9-dur. Bu cür aqressiv preparatların istifadə edilməsi turş mühiti sürətlə qələviləşdirir.
5. Dezodorantlardan çox istifadə eməyin
Xüsusi intim dezodorantların, kremlərin pH səviyyəsi uşaqlığın təbii mikroflorasına uyğundur. Onların qoxusu yoxdur (ya da yüngül meyvə, gül təravəti var), amma, qadının təbii «ətrini» çox gözəl gizlədir. Krem isə selikli qişanı qıcıqlandırmır. Lakin, ginekoloqlar bu cür yeniliklərə ehtiyatla yanaşır. Mütəxəssislər onların istifadəsinə lüzum görmür və bunu əsaslandırır.
6. Xəstəlikləri gigiyena vasitələri ilə “müalicə” etmək olmaz
İntim kosmetika sağlam qadınlar üçündür. Hətta, istehsalçının bəyan etdiyi iltihabəleyhinə, antibakterial təsir medikamentoz preparatlarla rəqabət apara bilməz, çünki, dərmanların tərkibində lazımi maddələrin miqdarı daha çoxdur. Özünümüalicə ilə məşğul olan qadınlar daha bir məqamı unudur. Belə ki, reproduktiv sistemində yoluxucu-iltihab prosesi müxtəlif bakteriyalar törədə bilər. Mikrofloranın laborator müayinəsi aparılmadan xəstəliyin törədicisini aşkar etmək mümkün deyil. Demək, düzgün və adekvat müalicədən də söhbət gedə bilməz.
7. Gündəlik bezləri daim istifadə etmək olmaz
Qadınların çoxu gündəlik bezləri məmnuniyyətlə istifadə edir. Onlar doğrudan da bir çox hallarda qadınların dadına çatır. Amma, həkimlər bezləri daimi istifadə etməyi lazım bilmir. Bezlər orqanizmə ciddi zərər yetirə bilər:
Ginekoloqlar gündəlik bezləri nadir hallarda tövsiyyə edir. Bezləri 2-4 saatdan çox saxlamaq, gecə ya bütün günü gəzdirmək olmaz.
8. Sintetik ya dar ağları geyinmək olmaz
9. Qidanı pozmaq olmaz
Orqanizmdə bütün proseslər qarşılıqlı əlaqədədir. Belə ki, bəzi qida məhsulları uşaqlıq yolunun mikroflorasını pozur, xoşagəlməz qoxu yaradır. Düzgün qidalanan qadınlar intim zonada yaranan problemlərlə az üzləşir.
Bir cavab yazın