Bagla

Həkimdən soruş

Hekimden sorus







Məşhur təbiblərin qəribəlikləri

Əsl elmin böyük simalarını səciyyələndirən həmişə qeyri-ordinallıq və demək olar ki, hər şeydə seçilməkdir: həyata proqressiv baxışları ilə, fəaliyyəti ilə, hərtərəfliyi ilə, qeyri-adi yanaşması ilə. Bununla belə, hər əfsanəvi və görkəmli alimin bəzən özünün də izah edə bilmədiyi, xasiyyətini formalaşdırdığı, hətta müxtəlif kəşflərə sövq edən unikal cəhətləri və qəribəlikləri var.

 

HİPPOKRAT
Müasir təbabətin atası Hippokrat zəmanəsini xeyli qabaqlayan son dərəcə mütərəqqi və istedadlı həkim olub. Bununla belə, o piyi əksər xəstəliklərin səbəbkarı hesab edirdi. Məhz buna görə də pasiyentlərinin çoxuna əsas müalicə metodikası kimi aclığı tövsiyə edirdi. Təəssüf ki, bu həmişə nəticə vermirdi, amma təbib öz işlərində qeyd edirdi ki, uğursuz nəticələrin səbəbi pasiyentlərin vaxtında aclığa başlamamasıdır.

Dərman bitkilərinin öyrənilməsinə böyük diqqət yetirirdi və əzvayı sevimli bitkisi hesab edirdi. Yunanıstanda aloye yaxşı bitmirdi deyə, Hippokrat, hətta hörmətin qazandığı hökmdarına geniş aloye plantasiyaları ilə məşhur olan hind adası Sokotranı işğal etməyi təklif edirdi.

 

PARASELS
Orta əsrlərin doğrudan da istedadlı və qabaqcıl həkimi olan Parasels qəribə və çətin ünsiyyətli adam olub. O, tamamilə heç bir nüfuz sahibini qəbul etmirdi, pərəstiş etdiyi yeganə bütü filosof Avla Sels idi, ona görə də özünə “Selsə tay olan” mənasını daşıyan təxəllüs götürmüşdür. Müasiri olduqları həmkarlarını ümumiyyətlə həkim kimi tanımırdı, Hippokratın və İbn Sinanın işlərini camaat arasında tənqid edir, hətta məhv edirdi, hesab edirdi ki, orta əsr təbabətinin əsaslandığı qədim tibbi əsərlərin heç bir dəyəri yoxdur.

Bununla belə, dəlisov xasiyyətinə baxmayaraq, Parasels tibbi yaxşı bilirdi, kimyadakı biliklərindən faydalanaraq ixtira etdiyi dərman vasitələri və preparatları ilə rast gəldiyi əksər xəstəlikləri uğurla müalicə edən ilk həkimlərdən biridir. Bəli, Parasels sözündə və baxışlarında təmkinsiz və özünü saxlaya bilməyən idi, amma məhz bu cür inqilabi coşqusu tənəzzüldə olan orta əsr tibbinin inkişafı üçün bir təkan oldu.

 

ÇARLZ DARVİN
Parlaq zəkalı alim təhsilə son dərəcə mənfi münasibət bəsləyirdi. Ağıllı və ümidverən tələbə olduğu halda, bütün materialları asanlıqla mənimsədiyi halda o tədrisi çox səthi, cansıxıcı və faydasız hesab edirdi, prakti­ki məşğələləri isə tamamilə əsassız qəddarlıq aktı kimi qəbul edirdi. Məhz bu səbəbdən Edinburq universitetindəki təhsilini buraxır və sonralar həmişə vurğulayır ki, ali və ümumiyyətlə istənilən klassik təhsil insanı tənqidi təfəkkürdən məhrum edir, bəzən sonradan kökünü kəsməyi çətin olan yanlış stereotipləri aşılayır.

 

ZİQMUND FREYD
Psixoanalizin atası Ziqmund Freyd bəlkə də, doğrudan da çoxlu fobiyaları və son dərəcə mənfi vərdişləri olan qəribə adam idi. Onun ən maraqlı qəribəliyi 62 rəqəminə qarşı olan panik qorxusu idi. Nədənsə, o bu rəqəmdən qaçırdı, 62-dən çox otağı olan mehmanxanalarda qalmırdı, 1862-cı ildə doğulmuş adamlardan qorxurdu və s.
Psixoloqun daha bir diqqətəlayiq cəhəti adam­larla göz təmasından çəkinməsi idi ki, məhz buna görə elə bir ünsiyyət üsulu düşünür ki, yanına gələnlər taxtın üzərinə uzansın, o özü isə arxada dayanır. Onu da deyək ki, bu fobiya başqa qəribəlikləri kimi Freydin sistematik olaraq opium qəbul etməsi ilə bağlı idi.

Freydin daha bir xüsusiyyəti özünə qarşı mütləq sevgiyə olan ehtiyacıdır. O, arvadını ultim­ativ formada ailəsi ilə ünsiyyəti tam kəsməyə və boş vaxtını bütünlüklə ona ayırmağa məcbur edir. Məlum səbəblərdən cəmi bir neçə nəfər olan yaxınlarını işlərindən, səfərlərindən imtina edib onunla vaxt keçirməyə məcbur edirdi.

 

LUİ PASTER
Məşhur bakterioloq Lui Paster istəyinə ən qeyri-standart üsullarla nail olmağı bacaran son dərəcə çevik və tədbirli insan idi. Belə ki, əvəzində fəal reklam etdiyi bir pivə şirkətini öz tədqiqatlarını maliyyələşdirməyə razı salır. Keçirdiyi ilk iri tibb konfranslarının birində səhnədə asdığı reklam plakatlarını göstərib həmin pivəyə olan həvəsindən danışırdı.

Bir gün onun laboratoriyasına bir zəngin adamın elçisi təşrif buyurur və söyləyir ki, Lui bu yaxınlardakı görüşlərin birində həmin adamı təhqir edib, o da Pasteri duelə çağırır. Paster özünü itirmir və deyir ki, duelə çağırılan odursa, silah seçmək hüququ da ondadır. İki kolbanı göstərib deyir ki, birində adi sudu, birində isə çiçək xəstəliyinin törədicisidir. Rəqibi iki kolbadan birini seçib içməyə hazır olarsa, o dərhal ikincisini içəcək. Bununla da Pasterə qarşı bütün iradlar geriyə götürülür və duel baş tutmur.


 1144    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *