Bagla

Həkimdən soruş

Hekimden sorus







Psevdosağlam qida: faydası şişirdilmiş 10 qida məhsulu

Sağlam qidalanma haqqındakı stereotip təsəvvürlər və gerçəklik iki paralel fəzadır, marketinq də qüdrətli şərtdir.

 

1. Yoğurt, xüsusən, yağsız və meyvə qatqılı yoğurt sağlam qəlyanaltı sayılsa da, əslində, yüksək qlikemik indeksə malikdir, kəsmiklə müqayisədə isə zülal tərkibi çox zəifdir.
2. Suşi və rollar – heç də pəhriz yeməyi deyil, xüsusən, vətəni olmayan ölkələrdə, tərkibinə mayonez və başqa yağlı souslar qatıldığı halda.
3. Müsli – tez təsir edən şəkərlərdən ibarət olan kalorili bombadır. Burada banan, qoz, kişmiş, yulaf ləpələri də var. Şəkəri də çoxdur. Bir qab qarabaşaq və ya yulaf yarması dəfələrlə faydalıdır.
4. Bütöv alma, hətta təzə sıxılmış meyvə şirəsindən xeyli faydalıdır, çünki sellüloz daha yaxşı doyurur və normal həzm prosesi üçün vacibdir.
5. Üzərində “Fitnes” yazılı istənilən ərzaq məhsulu, bütün növ batonçiklər, ləpələr, yaxud tez hazırlanan səhər yeməkləri olsun. Bu cür “qəlyanaltıların” tərkibi çox vaxt mənasızdır: şəkər, şəkər əvəzləyicisi, aromatizatorlar, üstəlik şokoladlı minada.
6. Qodji, asai, spirulin, çia, kinoa giləmeyvələri və digər bu kimi “superfud” supermarketlərdə çox baha satılsa da, mənasız pul tələsidir: bir qab qarabaşaqla turş kələm vitamin və mikroelement mənbəyi kimi dəfələrlə zəngin və dəyərlidir.
7. Zeytun yağı başqa bitki yağlarından az fərqlənir, faydalı məhsul kimi qəbul olunsa da… Kaloriliyi də eynilə günəbaxan yağı qədərdir. Meyliniz ekzotika çəkirsə, kətan yağını seçin.
8. Yağsız süd məhsulları heç bir fayda daşımır. Əslində keyfiyyətli heyvan yağları insana vacibdir, normal yağlılıqlı kəsmik və süd həm faydalı, həm də dadlıdır.
9. Meyvə və meyvə quruları çox yeyilərsə, faydası azalar, belə ki, tərkibində çoxlu şəkər, bananda isə üstəlik nişasta da var. Bütün faydalı parametrlərinə görə onlar tərəvəzlərə uduzur.
10. Soya məhsulları və soya sousunun tərkibində çoxlu zərərli və lazımsız qatışıqlar var. Amma zülalı çoxdur deyə, vegetarianların hörmətini qazanıb.

 

Bir sözlə, yemək rasionunuzda özünüzə çox qadağalar qoymayın, heç nədə gözünüz qalmasın, amma həddi də aşmayın. Unutmayın ki, qəbul etdiyiniz qida yalnız mədənizi doyurmur, bütün orqanizminiz, hüceyrələriniz də o qida ilə qidalanır.Bu gün siz onu necə bəsləyib qidalandırsaz, sabah o da sizə elə geri dönüş edəcək: Sağlam bədən, yaxud xəstə vücudla. Sabahkı orqanizminizin qərarını bu günkü qida seçimlərinizlə Siz verirsiz. Yedikləriniz sağlam olsun ki, mədənizə də nuş olsun.


 5954    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *