Bagla

Həkimdən soruş

Hekimden sorus







“Aterogen dislipidemiya 2019: daha az daha yaxşıdır” mövzusunda elmi və praktik konfrans keçirildi

Fevralın sonunda Macarıstanın əczaçılıq şirkəti “Gedeon Richter” tərəfindən Holiday Inn otelində “Aterogen dislipidemiya 2019: daha az daha yaxşıdır” mövzusunda elmi və praktik konfrans keçirildi. Tədbirin məruzəçisi kimi Azərbaycan Kardioloqlar Cəmiyyətinin sədri, tibb elmləri doktoru, professor İsax Mustafayev idi. Ümumilikdə konfransda müxtəlif ixtisaslardan olan 98 həkim – kardioloqlar, terapevtlər, nevroloqlar, endokrinoloqlar iştirak edirdilər. Tədbirin əvvəlində “Gedeon Richter” Azərbaycandakı Nümayəndəliyinin direktoru Saidə Həsənova giriş nitqi ilə çıxış etdi.

 

Məruzə zamanı iştirakçılar ateroskleroz nəticəsində yaranan ürək-damar xəstəliklərinin (ÜDX) müalicəsinə dair dünyada irəli sürülən son tövsiyələr, müxtəlif xolesterol fraksiyalarının hədəf səviyyələri, Avropa və Amerika alimlərinin bu məsələlərə dair fikir ayrılıqları, eləcə də, bu istiqamətdə yeni dərmanların işlənib hazırlanması barədə məlumat əldə etmək imkanı qazandılar.

 

Peşəkar cəmiyyətin bu tədbirə böyük marağı təəccüblü deyil – qanın lipid spektrinin pozulması ürək-damar sisteminin əsas xəstəlikləri üçün risk faktorları siyahısında aparıcı yer tutur. ÜDX-dən əziyyət çəkən və ya bu xəstəliklərin yaranma riski yüksək olan insanlar həmin risk faktorun ərkən aşkarlaşmasında və həkim məsləhəti və, zəruri olduqda, dərman vasitələrin qəbulunda ehtiyac duyurlar.

 

Hipolipidemik terapiyanın hədəflərindən danışan professor Mustafayev qeyd etdi ki, mövcud tövsiyələrdə aşağı sıxlıqlı lipoproteinlərin (mənfi xolesterol) maksimum azalmasına nail olmaq təklif edilir. Dislipidemiya və aterosklerozun müalicəsində isə, əsas dərmanlar statinlərdir. Statinlərlə müalicənin əsas məqsədi xolesterol səviyyəsini azaltmaqla yanaşı, faciəvi sonluğu uzaqlaşdırmaq və ya minimuma endirməkdir. Statinlərin uzunmüddətli istifadəsi (ən azı 5 il) ürəyin işemik xəstəliyi və digər ÜDX-lər nəticəsində meydana gələ bilən ölüm hallarını 25-40% azaldır. Bu, çoxmərkəzli beynəlxalq kliniki tədqiqatlarda qətiyyətlə nümayiş etdirilmişdir.

 

Yeni nəsil statinlərin (rozuvastatinin) fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, onlar digər hipolipidemik dərmanlara qarşı müqavimət göstərən xəstələrdə xolesterol səviyyəsini aşağı sala bilirlər. Rozuvastatin digər statinlərə nisbətən daha nəzərə çarpan hipolipidemik təsir göstərir. Bundan əlavə, rozuvastatinin effektivliyi triqliseridlərin səviyyəsini əhəmiyyətli dərəcədə azaltması və yüksək sıxlıqlı lipoproteinlərin (müsbət xolesterol) səviyyəsini daha yaxşı artırması ilə əlaqələndirilir. Professor Mustafayev qeyd etdi ki, Azərbaycanda orijinal rozuvastatinə bioekvivalent olan preparat Mertenildir (“Gedeon Richter”).

 

Mühazirədən sonra iştirakçılar professora mövzu ilə bağlı suallar verdilər.

 

Tədbirin formatı məlumatların standart təqdimatından fərqli idi – həm mühazirə hissəsi, həm də praktik suallardan ibarət 7 kliniki halın təhlili təqdim edildi. Həkimlərə təqdim olunan halı və xəstəni düzgün qiymətləndirmək və optimal müalicə taktikasını seçmək təklif olundu. Kliniki halların təhlili zamanı məruzəçi ilə fəal müzakirə aparıldı və müzakirə zamanı dislipidemiyadan əziyyət çəkən yeddi xəstənin müalicəsi ilə əlaqədar suallara cavablar tapıldı. Düzgün cavablar “Gedeon Richter” şirkəti tərəfindən hədiyyələrlə mükafatlandırıldı.

 

Konfransın gedişatından aydın oldu ki, Azərbaycanda dislipidemiyanın müalicəsinə dair tibb icmasının məlumat səviyyəsini artırmaq üçün bu cür elmi və maarifləndirici tədbirlərə kəskin ehtiyac var.


 1030    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *