Bagla

Həkimdən soruş

Hekimden sorus







Təcili kontrasepsiya – bu barədə nə bilmək lazımdır?

 

Təcili kontrasepsiya (TK) — ümumiləşdirilmiş anlayış olaraq qorunmayan cinsi aktdan sonra arzuolunmaz hamiləliyin qarşısını almaq və abortların sayını azaltmaq məqsədi ilə istifadə edilən müxtəlif kontrasepsiya üsullarını birləşdirir.

 

TK-ya münasibət istənilən ola bilər və insanın inamından asılıdır. Amma, çoxları razılaşar ki, abort və onun fəsadları qadın sağlamlığına böyük zərər yetirə bilər.

TK-ya dair yanlış fikirlər və inamsızlıq ilk növbədə qadının bu məsələdə məlumatsızlığından irəli gəlir. Bunu unutmamaq aptek əməkdaşları üçün xüsusilə vacibdir, axı qadına TK dair ilk məsləhət verən çox vaxt onlar olur. Çətin seçim etməli olduğu hallarda qadın peşəkar məsləhətə ehtiyac duyur. Aptek işçiləri aşağıdakı sualları cavablandırmağı bacarmalıdır.

 

TK metodu istifadə etmək nə vaxt vacibdir?

— Hər hansı səbəbdən planlı kontrasepsiya metodları istifadə olunmayıbsa və ya mayalanma ehtimalı varsa, bu üsul arzuolunmaz hamiləlik riskini əhəmiyyətli dərəcədə azaldır. TK metodu bu hallarda məsləhət edilir (ÜST, 2005):

  • qorunulmayan cinsi akt, planlı kontrasepsiya üsulu istifadə edilməyibsə;
  • baryer kontrasepsiya vasitələrinin düzgün istifadə olunmaması və ya defekti;
  • kombinə olunmuş oral kontraseptivlərin qəbul qaydasının pozulması (ardıcıllıqla 3 və daha çox tabletin buraxılması);
  • seksual təcavüz hallarında.

 

TK məqsədi ilə hansı preparatlar istifadə olunur?

— Hazırda TK məqsədi ilə istifadə olunur:

  • kombinə olunmuş estrogen-hestagen dərman vasitələri (xüsusi Yuzpe sxemi üzrə);
  • hestagenlər (təsir maddəsi levonorgestrel olan prepratlar, misal üçün POSTİNOR);
  • antihestagenlər (mifepriston);
  • uşaqlıqdaxili kontrasepsiya (uşaqlıqdaxili spirallar).

 

TK üçün «hormonal/qeyri-hormonal» prinsipi ilə təsir edən tablet formalı preparatların təsnifatı varmı?

— Bu halda «hormonal» və «qeyri-hormonal» tərifi tam korrekt deyil. Belə ki, TK üçün törəmə hormonlar əsaslı (levonorgestrel 0,75 mq və 1,5 mq) və sintetik steroid (mifepriston 10 mq) tərkibli preparatlar mövcuddur. Beynəlxalq ATS-təsnifata əsasən TK üçün tablet formalı bütün dərman vasitələri eyni G qrupuna aiddir: «Sidik-cinsiyyət sisteminə və cinsiyyət hormonlarına təsir edən vasitələr». Levonorgestrel preparatları «Sistem istifadə üçün hormonal kontraseptivlər» (G03A) qrupuna aiddir. Mifepriston əsaslı preparatlar isə «Cinsiyyət hormonları və cinsiyyət sferasına təsir edən vasitələr» qrupuna aiddir (G03X).

 

TK üçün preparatları təsir mexanizminə görə nə ilə fərqlənir?

— Levonorgestrelin (POSTİNOR) təsir mexanizmi ovulyasiyanın ləngiməsi, spermatozoidlərin hərəkətsizləşməsi, mayalanmanın qarşısının alınması, həmçinin endometriumun xüsusiyyətlərinin dəyişməsi ilə bağlıdır ki, bu da implantasiyaya mane olur. Bununla belə, implantasiya artıq baş tutmuşdursa, levonorgestrel qeyri-effektivdir və abort törətmir. Beləliklə, levonor-gestrel abortiv preparatlara aid deyil və artıq inkişafda olan hamiləliyi kəsmir.

Mifepriston təkcə progesteron reseptorlarına təcrid edərək təsir etmir, qlükokortikosteroidlərə də təsir edir. Odur ki, mifepristonun istifadəsinə qarşı məhdudiyyətlər var (10 mq-lıq dozada tərkibində bu təsir maddəsi olan preparatların istifadəsinə qarşı əks-göstərişlər böyrəküstü çatışmamazlıq, davamlı kortikosteroid müalicəsi, kəskin və xroniki böyrək və qaraciyər çatışmamazlığı, ağır ekstragenital patologiya).

 

Levonorgestrel tərkibli preparatlara qarşı əks-göstərişlər?

— Tibbi təlimata əsasən, bu fərdi həssaslıq və 16 yaşdan aşağı yaşdır (uşaqlarda qəbul təcrübəsi kifayət qədər olmadığı üçün). Hamiləlik baş tutmuşdursa, qəbul məqsədəuyğun deyil. Levonorgestrel preparatlarının TK məqsədi ilə təhlükəsizliyi ÜST və ABŞ-nın qida məhsullarına və dərman vasitələrinə nəzarət İdarəsi tərəfindən (Food and Drug Administration) təsdiqlənib, çoxillik istifadə təcrübəsi də bunu göstərir.

 

Hamiləlik baş tutubsa, TK preparatlarının istifadəsi təhlükəsizdirmi?

— ÜST məlumatlarına əsasən hamiləlik vaxtı levonorgestrelin istifadəsi təhlükəsizdir və ana ilə dölün sağlamlığına zərər yetirmir. Bu xüsusilə o zaman vacibdir ki, qadın hamiləliyinə tam əmin olmayaraq levonorgestrel qəbul edib: o zaman hamiləliyin saxlanılması qərarı çəkinmədən qəbul oluna bilər.

10 mq mifepriston preparatların tibbi təlimatlarında dölə təsiri haqqında məlumat yoxdur. Medikamentoz abort məqsədi ilə 200mq dozada mifepriston qəbul ediləndən sonra hamiləlik inkişaf edirsə, bu vasitənin dölə mənfi təsirini (anadangəlmə inkişaf anomaliyaların formalaşması) nəzərə almaq lazımdır. Effekt olmadıqda hamiləliyin başqa üsul ilə kəsilməsi zərurəti qadına izah olunmalıdır.

 

Əmizdirmə dövründə TK preparatlarını qəbul etmək olarmı?

POSTİNORu əmizdirmədən dərhal sonra qəbul etmək olar və preparatın qəbulundan ən azı 8 saat sonra yenidən əmizdirmək olar.

Tərkibində 10 mq mifepriston olan dərman vasitələrinin qəbulu zamanı 14 gün əmizdirmədən çəkinmək lazımdır.

Bilmək lazımdır ki:

  • TK ilk növbədə “yanğın” kontrasepsiyası üsuludur, abort və onun fəsadlarının alternatividir.
  • TK-dan sonra qadına planlı kontrasepsiya üsulları tövsiyyə olunur.
  • Müasir dərman vasitələri təsnifatına əsasən qeyri-hormonal TK üsulları mövcud deyil.

 

Beləliklə, POSTİNOR preparatının əsas üstünlükləri:

  • TK üçün ilk seçim preparatıdır;
  • effektivliyi və təhlükəsizliyi ÜST tədqiqatları ilə sübut olunub;
  • menstrual dövrün istənilən günü qəbul edilə bilər;
  • rahat qəbul edilə bilir;
  • təhlükəsizdir – teratogen təsir göstərmir;
  • əmizdirmə dövründə istifadə oluna bilər;
  • birdəfəlik qəbuldan sonra menstruasiya adətən gözlənilən vaxtı baş tutur və normal keçir.

 

POSTİNORun qəbul qaydaları:

  1. Birinci tablet qorunmayan cinsi aktdan sonra mümkün qədər tez qəbul olunur (72 saatdan gec olmayaraq)
  2. İkinci tablet biricisindən 12 saat sonra qəbul olunur

Unutmayın: POSTİNOR 1 menstrual dövr ərzində 1 dəfədən artıq qəbul olunmur.

 

Bu məqalə informativ xarakter daşıyır. Məqalə mütəxəssis məsləhətini əvəz edə bilməz.

Sağlamlığınızla bağlı suallar yaranırsa, həkiminizlə məsləhətləşin.


 5394    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *