Bagla

Həkimdən soruş

Hekimden sorus







Uzman Dr. Şəhriyar Fətullayev: Travmaya modern yanaşma

Travma yunancadan “yara” deməkdir.Tarixin ilk travma cərrahlarının qədim misirlilər olduğu hesab edilir. Onlar MƏ. 6000-3500-cü illərdə amputasiya, litotomiya, yad cisim çıxarma kimi əməliyyatları icra etmişlər.İlk debridmenti çinli cərrahlar MƏ.2600-cü ildə tətbiq etmişlər.19-cu əsrdə hərbi cərrahiyyə inkişafa başlamışdır.Travma anlayışının modernləşməsi isə 1-2-ci dünya müharibəsilə başlamışdır.Multidissiplinar tədqiqatlar 21-ci əsrdə davam etmişdir.

 

Travma, morfoloji dəyişikliklərə və funksional pozuntulara səbəb olan mexaniki, termiki,elektrik, kimyəvi enerjilərlə meydana gələn və ya oksigen və temperaturun  yoxluğu ilə ortaya çıxan yaralanmadır.

 

1-44 yaşlar arasında ölümünən çox səbəbidir.Dünya Səhiyyə Təşkilatının 2015-ci il raportlarına əsasən inkişaf etməkdə olan ölkələrdə yol-nəqliyyat hadisələrinə bağlı ölümün inkişaf etmiş ölkələrdən daha çox olduğunu göstərmişdir. Bütün sosioekonomik vəziyyətlərdə onkoloji və ürək-damar sistemi xəstəliklərindən sonra ölümün 3-cü səbəbidir. Hər il 11 milyondan çox insan ölür. Bunun 8% i travma səbəblidir.Hər il dünyada 5.8 milyon ölüm yol-nəqliyyat qəzası nəticəsində yaranır. 844 min ölümə intihar səbəb olur.75 yaş üzərindəki insanlarda hər 100 mindən 62% də ölüm baş verir. 25yaş altında ölümlərin  ən çox səbəbi kəllə beyin travmalarıdır. Çanaq  travmalarında 8-13% ölüm bildirilmişdir. Mütəşəkkil təcili yardımla ölümlərin 15-18% azaldıla bildiyi göstərilmişdir.

Şəkil 1. Qədim Misrdə çiyin çıxığının reduksiyası .

(Kocher eyni metodu 1870-ci ildə tövsiyyə etmişdir)

 

 Travma mexanizmlərinin öyrənilməsi, diaqnostika və müalicənin tətbiqi üçün vacibdir.

 

KÜT TRAVMALAR

Dərinin tamlığı pozulmadan daxili orqan və toxumaların müxtəlif dərəcədə zədələnmələridir.Zədələnmə dərəcəsini travmanın enerjisi və orqanizmin müdafiə mexanizmləri müəyyən edir. Yüksəkdən yıxılmalar, yol-nəqliyyat qəzaları, iş qəzaları kimi səbəblər ola bilər.Diaqnostikada gecikmə olacağından ölüm riski yüksəkdir.

 

DƏLİCİ TRAVMALAR

Dəri tamlığını pozan mexaniki səbəblərdən orqan və toxumaların zədələnməsidir.Dəlici və kəsici alətlər, odlu silah yaralanmaları misal göstərilə bilər.

 

BLAST TRAVMALAR

Kompleks mexanizmə malikdir. 3 qrupa bölünür:

birincili yaralanmalar: Partlama zamanı meydana gələn temperatur, alov və partlama enerjisi ilə meydana gələn yaralanma

ikincili yaralanmalar: Partlama zamanı sahədə olan havada uçan cisimlərin təsirindən meydana gələn yaralanma

üçüncülü yaralanmalar: Partlama zamanı yaralının olduğu yerdən uzağa uçması, yüksəkdən düşməsi.

dördüncülü yaralanmalar: Bina çökməsi

Travma  orqanizmdə boşluq yaranma, sıxışma, yırtılmaya səbəb olur. Boşluq yaranma daha çox dəlici travmalarda, sıxılma və yırtılma isə küt travmalarda meydana gəlir. Travmaya məruz qalan yaralıların 50%i hadisə yerində, 30% i travmadan sonra ilk gün, 20% i isə ilk gündən sonra itirilir.

Qəzalar hər il dünyada 900000 uşağın ölümünə səbəb olur.Bunların böyük əksəriyyəti inkişaf etmiş ölkələrin payına düşür. Bu ölkələrdə 15 yaşın altında olan xəstələrin 13% də səbəb qəzalardır. UNİCEF məlumatlarında 1970-1995-ci illər arasında qəza səbəbindən uşaq ölümlərinin sayı 50% azalmışdır. Bunun əksinə isə inkişaf etməkdə olan ölkələrdə bu say artmışdır. Əsas səbəb uşaq travmalarını azaltmağa istiqamətlənən profilaktik proqramların inkişaf etmiş ölkələrdə tətbi edilməsidir.

 

 Avtomobil qəzalarının səbəbləri və nəticələri

Yol nəqliyyat prosesində iştirak edən insanın bədən quruluşu, görmə, eşitmə, hissetmə qabiliyyəti, diqqəti, ani reaksiyası, göz, əl, ayaq koordinasiyası, və müşahidə kimi fiziki xüsusiyyətləri, yorğunluq, xəstəlik, risk alma, aqqressiya, məsuliyyət, özünü idarə kimi davranış formaları, vərdişlər, sosial vəziyyəti, zəkası, təhsil səviyyəsi, adaptasiya kimi xüsusiyyətləri qəzaların baş verməsinə biləvasitə təsir edir. Avtomobil qəzalarına təsir edən bir neçə faktor var: insan faktoru, texniki faktorlar, ətraf mühitin təsiri.

İnsan faktorlarına alkoqol istifadəsi, yol-nəqliyyat qaydalarına əməl etməmək kimi faktorlar göstərilə bilər. Texniki faktorlara yolun yararlılğı, yol-nəqliyyat nişanlarının nizamlılığı, yol polisinin varlığı, yollarda reydlərin sıxlığı, yolların işıqlandırılması, velosiped yollarının ayrıca təşkili, piyada yollarının təşkili,  sürət nizamlayan bariyerlər, avtomobilin texniki baxışı kimi faktorları göstərmək olar.Ətraf mühit faktorlarına isə fəsillər, pis hava şəraiti, qəzanın yeri (şəhərdaxili, şəhərxarici və s.) kimi faktorlar aiddir.

 

Ümumdünya Səhiyyə Təşkilatı avtomobil qəzalarındakı risk faktorlarını 4 qrupa ayırmışdır:

  1. Risklə qarşılaşmanı artıran hallar:

-İqtisadi və demoqrafik göstəricilər

-Nəqliyyata mənfi təsir edən ərazinin istifadəsi

-Velosibet sürənlər və piyada keçidlərinin avtomobil yolları ilə birlikdə olması

  1. Qəza yaranmasına səbəb olan hallar:

– Sürətin uyğun şəkildə nizamlanmaması (yüksək və ya yetərsiz sürət)

– Alkoqol, dərman, istifadəsi qadağan olunmuş preparatların qəbulu

– Gənc və kişi cinsi olmaq

– Ehtiyyat bariyerlərinin yolda olmaması

-Qaranlıqda avtomobil istifadəsi

-Yolun quruluşu

  1. Qəzanın şiddətini müəyyən edən hallar:

           – İnsan faktoru, yüksək və ya yetərsiz sürət

           – Kəmər, uşaq oturacağı, kaska istifadəsi

           – Avtomobillə əlaqədar olan vəziyyətlər

  1. Qəzadan sonrakı riski müəyyən edən hallar

            -Qəza yerinə gecikmə, preklinik yardımda yetərsizlik

            -Qəzada yanğın baş verməsi, zəhərli maddə sızıntısı

 -Alkoqol, dərman, istifadəsi qadağan olunmuş preparatların qəbulu

-Xilasetmədəki çətinliklər

 

Qəzalardan qorunmaq üçün qaydalar və tövsiyyələr

        Avtomobil qəzalarının profilaktikası üçün qəbul edilən 4E qaydaları mövcuddur:

1. Education (Təhsil)

2. Engineering (Mühəndislik)

3. Enforcement (qanuni nizam)

4. Emergency Care and First Aid (təcili və ilkin yardım)

 

Education (Təhsil): Yol-nəqliyyat sistemi haqqında, sürücülük vərdişinin qaydalara uyğun yaradılması mütəxəssislər tərəfindən olmalıdır.  Kütləvi informasiya vasitələrində bu haqqda maarifləndirici proqram saatlarının artırılması və izlənmə sayının çox olduğu vaxtlarda yayınlanmasının  faydalı olacağı düşünülür.  

 

Engineering (Mühəndislik): Avtomobillərin uyğun şəkildə təhlükəsizlik tədbilərini nəzərə alaraq istehsalı və texniki baxışının həyata keçirilməsi, yolların inşasında coğrafi və fiziki şərtləri nəzərə alaraq inşası, təmiri, yol-nəqliyyat işarələrinin düzgün şəkildə yerləşdirilməsi qəzaların profilaktikasında vacib elementlərdir.  

 

Enforcement (qanuni nizam): Daima aparılan yoxlama tədbirləri qəzaların azalmasına kömək edir. Qanun pozuntuları qəti şəkildə cəzasız qalmamalıdır.

 

Emergency Care And First Aid (Təcili tibbi yardım): İlk yardım və təcili tibbi yardımın standartlara uyğun şəkildə qurulması ölüm hallarını azaldır.  Zamanında edilən ilk yardım ölümlərin 15-18 % ni azaldır. 

 

Dünyada hər il 1,2 milyon insan ölür, 50 milyon insan isə yaralanır. Yaralanmanın 90%i, ölümlərin 48%i inkişaf etməkdə olan ölkələrdə baş verir. İnkişaf etməkdə olan ölkələrdə avtomobil qəzalarına bağlı ölümlər 100.000 də 19.5-21.5 ikən, yüksək gəlirli ölkələrdə isə 100.000də 10.3 təşkil edir. ÜST-nin məlumatına görə 2004-cü ildə avtomobil qəzalarına bağlı ölümlərin 9-cu səbəbi idisə 2030-cu ildə 5-ci   

Bütün texnoloji yeniliklərə baxmayaraq 0-44 yaş arasındakı ölümlərin ən çox səbəbi travmadır. 45 yaş üzərindəki ölümlərin isə 4-cü səbəbidir. 14 yaşın altında ölümlərin 50%i, 15-24 yaş qrupundakı ölümlərin 80%i və 25-40 yaş qrupundakı ölümlərin 65%i travma səbəblidir. Travmaya məruz qalan yaralıların 50%i hadisə yerində(bir neçə dəqiqədə), 30% i travmadan sonra ilk gün (ilk 3 saat), 20% i isə ilk gündən sonar(3-4 gün sonra) itirilir. Eyni zamanda gənc insanların əlilliyinə səbəb olaraq psixoloji, sosial, iqtisadi problemlərə gətirib çıxarır.

Travma səbəbli ölümlərin azadılması üçün xəstəxanadan əvvəlki (preklinik) və xəstəxanada (klinik) travma idarəsinin standartlara uyğun şəkildə qurulmasına ehtiyac var. Bu standartlar daima inkişaf etdiyi üçün sübuta əsaslanan elmi və praktiki yenilikləri nəzarətdə saxlamaq və politravma mərkəzlərində tətbiq etmək tövsiyyə edilir. Bunun üçün istər maarifləndirici tədbirlərin görülməsi, istərsə də ilk yardım və təcili yardım sisteminin mütəşəkkil şəkildə beynəlxalq standartlarda təşkil olunmasına ehtiyac var.


 209    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *