Bagla

Həkimdən soruş

Hekimden sorus







Xəstəxanadankənar doğuş: hospitala qədərki mərhələdə təxirəsalınmaz tədbirlər

Doğuş dölün, döl qişalarının və ciftin ananın doğuş yolları ilə xaric olunduğu fizioloji prosesdir. Təcili yardım xidmətinin həkimi, feldşeri və ya mamaçası doğuş aktının istənilən dövrü ilə (açılış, qovulma, cift və erkən doğuşdansonrakı dövr) rastlaşa bilər. Tibb işçisi doğuş mərhələlərini təyin etməyi, doğuşun fizioloji və ya patoloji olduğunu qiymətləndirməyi, dölün vəziyyətini təyin etməyi, doğuşun və erkən doğuşdansonrakı dövrün rasional taktikasını seçməyi, cift və erkən doğuşdansonrakı dövrdə qanaxmanın profilaktikasını aparmağı, baş gəlişində mamalıq yardımı göstərməyi bacarmalıdır.

 

Stasionardan kənar doğuş çox zaman yarımçıq hamiləlik, yaxud çoxdoğmuş qadınlarda tam hamiləliyin nəticəsi olaraq baş verir.
Vaxtından qabaq, təcili və gecikmiş doğuş seçilir.

 

Vaxtından qabaq doğuş – hamiləliyin 22-37-ci həf­tələrində baş verir, yarımçıq uşaq doğuşu ilə nəticələnir. Yarımçıq doğulmuş uşaqlar yetkin deyil, bədən çəkisi 500q-dan 2500q qədər tərəddüd edir, bədənin uzunluğu 19-20sm-dən 46 sm qədərdir.
Təcili doğuş – hamiləliyin 40 ± 2 həftəsində baş tutan və tam vaxtında doğulan diri, bədənin çəkisi təxminən 3200–3500 q, uzunluğu 46 sm-dan yuxarı olan dölün doğulması ilə nəticələnir.

 

Vaxtı keçmiş doğuş – hamiləliyin 42 həftəsin­dən sonra baş tutan və vaxtından gec doğuş əlamətləri ilə (kəllə sümükləri bərkimiş, tikişləri və əmgəkləri daralmış, epiteliumun büzüşməsi, dəri örtüklərinin quruluğu) dölün doğulması ilə nəticələnir. Gecikmiş doğuşların travmatizm faizi yüksəkdir.
Doğuş fizioloji və patoloji olur. Fəsadlaşmış doğuş ekstragenital patologiyalı, ağırlaşmış mamalıq-ginekoloji anamnezi olan və ya patoloji gedişatlı hamilələrdə inkişaf edir.

 

Zahı qadının doğuş evinə çatdırılması imkanı olmadıqda doğuş yerində qəbul olunmalıdır. Qadına təmizləyici imalə edilir, xarici cinsiyyət orqanları sabunla və qaynadılmış su ilə yuyulur, yataq ağları dəyişdirilir, ağların altına müşəmbə salınır, əldəqayırma polster düzəldilir – balaca yastıq bir neçə mələfə qatına bükülür (yaxşı olar ki, steril olsun). Polster doğuş vaxtı zahı qadının çanağının altına qoyulur: hündür vəziyyət aralıq yolunu açır.

 

Uşaqlıq yolunun tam açılışından sonra dölün doğuş kanalı boyu irəliləyən hərəkəti başlayır (doğuşun biomexanizmi).
Birinci məqam – inkişafda olan doğuş fəaliyyəti zamanı baş çəp ölçülərin biri ilə kiçik çanağa dirənir. Bu zaman dölün başı yüngül əyilmiş vəziyyətdə olur.
İkinci məqam — başın daxili çevrilişi (rotasi­ya). Yüngül əyilmiş vəziyyətdə baş kiçik çanağın enli hissəsindən keçir, daxili çevriliş edir və bu çevriliş kiçik çanağın dar hissəsində bitir. Nəticədə, dölün başı çəp ölçüdən düz ölçüyə keçir. Kiçik çanaq boşluğu çıxışına çatarkən baş çevrilişi bitir. Baş oxvari tikişi ilə düz ölçüdə qərar tutur: doğuş biomexanizminin üçüncü məqamı başlayır.
Üçüncü məqam – başın düzəlməsi. Pubik birləşmə ilə dölün başının ənsəaltı çuxuru ara­sın­da əmələ gələn fiksasiya nöqtəsi ətrafında başın düzəlməsi baş verir. Düzəliş nəticəsində ardıcıllıqla təpə, alın, sifət və çənə doğulur. Baş kiçik çəp ölçüsü ilə (9,5 sm) və ona uyğun çevrə ölçüsü ilə (32 sm) doğulur.
Dördüncü məqam – çiyinlərin daxili çevrilişi və başın xarici çevrilişi. Baş doğulduqdan sonra çiyinlərin daxili çevrilişi və başın xarici çevrilişi baş tutur. Çiyinlər daxili çevrilişdən sonra kiçik çanaq çıxışında düz ölçüdə qərar tutur, belə ki, bir çiyin (ön) qasıq altında, o biri isə (arxa) büzdümə baxır.

 

Doğulmuş başın ənsə hissəsi ananın sol budu­na (birinci mövqe) və ya sağ buduna (ikinci möv­qe) çevrilir.
Yeni doğulmuş döl ilk nəfəsini alır, çığırır, ətraf­larını tərpədir və sürətlə çəhrayı rəng alır.
Doğuşun bu dövründə zahı qadının vəziyyəti, doğuş fəaliyyəti, dölün ürəkdöyünməsi nəzarətdə olmalıdır. Dölün ürəkdöyünməsi hər doğuş gücverməsindən sonra izlənilməlidir.

 

Baş görünən kimi, yəni gücvermə anında cinsi dəlikdə görünən kimi, gücvermə bitən kimi uşaqlıq yoluna qayıtdığı məqamda doğuşu qəbul etməyə hazır olmaq lazımdır. Zahı qadın çarpayıya köndələn uzanır, başı çarpayıyanı oturacağa qoyulur, çanağın altına polster yerləş­dirilir. Başının və çiyinlərinin altına daha bir yastıq qoyulur: yarıoturaq vəziyyətdə güc vermək daha asandır.

 

Xarici cinsiyyət orqanları təkrarən ilıq su və sabunla yuyulur, 5%-li yod məhlulu ilə işlənilir, anus steril pambıq və ya uşaq bezi ilə örtülür.
Doğuşu qəbul edən əllərini sabunla təmiz yuyur və dezinfeksiya məhlulu ilə işləyir, steril mamalıq komplektindən istifadə etmək məqsədəyğundur. Doğuş qəbulu mamalıq yardımın göstərilməsindən ibarətdir.

 

Baş cinsiyyət dəliyinə oturan kimi və güc vermədən bu vəziyyətdə qaldığı andan zahıdan sağda və onun başının yanında duran həkim ya mamaça baş barmağı tam yana açılmış sağ əlinin ovucu ilə steril salfetlə örtülmüş aralığı əhatə edib tutmaqla doğuş sancısı zamanı başın vaxtından qabaq düzəlməsinə yol vermir və bununla da ənsənin simfizin altından çıxmasına kömək edir. Əgər başın irəliləyən hərəkəti çox güclü olarsa və bir sağ əl onu saxlaya bilməzsə, mamaçanın sol əli “hazır” vəziyyətdə qalır.

 

Dölün ənsəaltı çuxuru qasıq qövsünə yaxınlaşan kimi (doğuşu tutan ənsəni ovcunda hiss edir) və yanlardan təpə qabarları əllənən kimi başın çıxarılmasına başlanır.
Zahıdan güc verməmək xahiş olunur, sol əlin ovucu ilə başın çıxmış hissəsini tutur, baş barmağı tam açılmış sağ əlin ovucu ilə aralığı tutur və asta, sanki aralığı başdan (üzdən) çəkərək o biri əl ilə ehtiyatla dölün başını bir az yuxarı qaldırırlar. Bu zaman aralığın üzərində əvvəl alın, sonra burun, ağız və nəhayət, çənə görünür. Başı mütləq o vaxta qədər çıxarmaq lazımdır ki, aralıq çənədən “çəkilsin”, yəni çənə tam xaric olunmayınca. Bu hərəkətlərin hamısı mütləq sancıdan kənarda yerinə yetirilir, çünki sancı vaxtı başı asta çıxarmaq çox çətindir, tez çıxarılarkən isə aralıq cırılır.

 

Bu məqamda dölün ağzından axan seliyi sovur­maq gərəkdir, çünki ilk nəfəsini alarkən selik tənəffüs yollarına düşüb asfiksiya törədə bilər.
Baş doğulduqdan sonra barmaqla dölün boynundan çiyninə qədər aparmaqla göbək bağının boyuna dolanması yoxlanılır. Dolanıbsa, ilgək ehtiyatla başdan çıxarılır.


 9106    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *