Bagla

Həkimdən soruş

Hekimden sorus







Xarici babasilin türkəçarə müalicəsi: effektiv reseptlər

Babasilə qarşı ən yaxşı vasitəni yalnız həkim təyin edə bilər və əksər hallarda müalicə medikamen­toz preparatlarla aparılır. Qeyri-ənənəvi üsullar isə köməkçi vasitədir və əsas terapiyanı əvəz edə bilməz. Hətta ən sadə el təbabəti vasitələri də düzgün hazırlanmalı və istifadə edilməlidir.

 

Xarici babasil nədir

Xəstəliyin adı yunancadan qanaxma kimi tərcümə olunur. Babasilin (hemorroyun) əsas əlaməti də qanaxmadır. Xəstəlik venaların varikoz genişlənməsi və trombozu ilə ifadə olunur. Bu prosesin ümumi səbəbi düz bağırsağın aşağı hissəsinin hemorroidal kələf damarlarında qan dövranın pozulmasıdır.
Patologiyanın yaranma səbəbləri: acılı, yağlı, duzlu qida; çətin defekasiya; az hərəkətli həyat tərzi, məşq hərəkətlərinin olmaması; irsi meyllilik; hamiləlik və doğuş; spirtli içkilərin sui-istifadəsi; izafi fiziki gərginlik.
Babasil mərhələ ilə inkişaf edir, erkən mərhələdə problemi aşkar etmək daha çətindir. Başlanğıcda ano­mal proses yalnız düz bağırsaqda diskomfort ilə ifadə olunur. Sonradan aşağıdakı simptomlar əmələ gəlir: ağrılı defekasiya, qanama, qaşınma, düz bağırsaqda yad cisim hissiyyatı.

 

Müalicə
Xəstəlik inkişaf etdikcə hemorroidal düyünlər də böyüyür, şişir və zahirə çıxır. Xarici babasil formalaşır. Erkən mərhələdə xəstəlik yerli və sistem təsirli preparatlardan istifadə etməklə konservativ üsul ilə müalicə edilir. Müalicənin məqsədi qan axınını normallaşdırmaq və venoz tonusu artırmaqdır. Bunun üçün aşağıdakı preparatlar istifadə edilir:
hemostatiklər, hepatrombinlər, venotoniklər, kortikosteroid iltihab əleyhinə, immunomodulyatorlar.
Daha ağır hallarda və fəsadlaşma zamanı cərrahi müdaxilə aparılır. Bu günə məlum olan əməliyyat növləri: hemorroidektomiya, lazerlə ləğv edilməsi, infraqırmızı koaqulyasiya, skleroterapiya, kriodestruksiya.

 

Türkəçarə vasitələr
Hər hansı el üsulları yalnız babasilin erkən mərhələsində effektivdir və əsas medikamentoz terapiya ilə yanaşı aparılmalıdır. Qeyri-ənənəvi müalicə üsulları proses xroniki gedişat aldıqda tətbiq olunur və residivləşmənin qarşısını alır. İstifadə edilən üsul­lar, əsasən, islatmalar, kompresslər, ot cövhərləri və həlimləri; soyuq, isti və buxar vannaları, imalə, şamlardır.

 

Pəhriz
Xarici babasil zamanı orqanizmi vitamin və minerallarla təmin edən pəhriz gözləmək vacibdir. Nişasta, o cümlədən kartof, çörək, yağlı bişmələr qəbizliyə səbəb olur, xəstəliyin gedişatını ağırlaşdırır. Pəhrizin məqsədi bağırsağın hərəki funksiyasının normallaşmasına, bağırsağın müntəzəm boşalmasına və qidanın tam həzm olunmasına yönəlib. İmtina olunmalı qida məhsulları: tünd çay, qəhvə, alkoqol, kələm, temperatu­ru 60 dərəcəni aşan qida, bər bişmiş yumurta və qayğanaq, yağlı bulyon, banan, şokolad, yağlı kremli pirojnalar, kulinar yağı, ət və balıq konservləri, göbələk.
Tövsiyə olunan qida məhsulları və yeməklər: çovdar, buğda, kəpəkli və ya qaba undan hazırlanmış çörək; quru peçenye, qalet, kreker; açıq çay, quru meyvələr; yağsız tərəvəz bulyonu; dənli sıyıqlar, o cümlədən qarabaşaq, yulaf, arpa sıyığı; omlet; bal; tərəvəz kürüsü; itburnu və kəpəkli cövhər; kərə yağı.

 

Məlhəmlər
Ev şəraitində xarici babasilin müalicəsi, əsasən, məlhəmlərlə aparılır. Yaxşı nəticə verən məlhəmlərin reseptləri:
Donuz piyi otlarla. Eyni miqdarda palıd qabığı, yabanı kətan çiçəkləri və dağ nanəsi otunu qarışdırıb əridilmiş qaynar donuz piyi ilə birləşdirin, sonra vam odun üzərində 1-2 saat qatranlamaq lazımdır. Sonra qarışığı süzüb qaba tökmək lazımdır. Hər gün 2 dəfə zədələnmiş toxumalara çəkmək lazımdır.
Həmişəbahar cövhəri. 5q hazır aptek cövhəri 10q vazelinlə qarışdırılır. Səhər və axşam gigiyenik proseduralardan sonra babasilə çəkilir. Tam hopana qədər sürtmək lazımdır.

 

Propolis (arı yapışqanı)
10q propolisi 100ml bitki yağı ilə su hamamında tam əriyənədək qızdırmaq gərəkdir. Tam həll olanadək gözlədikdən sonra istifadə olunur. Prosedura gündə 2 dəfə gigiyenik proseduralardan sonra edilir.

 

Şamlar
Şamları hazırlamaq üçün kartof, daş yağı, əzvay, yerkökü, bal, mumiye (tərkibində 30-а qədər mаkro və mikroelementlər, həmçinin 10 müxtəlif metаl oksidləri, 6 аminturşu, B, B2, B3­, PP və s. vitаminlər, efir yаğlаrı, аrı zəhəri, qətrаnаbənzər mаddələr vаr) və dərman otları cövhərlərindən istifadə olunur.
1/3 hissə daş yağı 1 çay qaşığı ilıq su və bir çimdik unla qarışdırılır. Alınmış qarışıqdan hazırlanmış şam imalədən sonra yeridilir. Yaxşı nəticə almaq üçün 10 prosedura aparılır.
Çiy kartof, yerkökü və ya çuğundurdan təxminən 5sm ölçüdə şam kəsilir, çaytikanı yağına batırılır və gödənə yerləşdirilir. Gecəni qalır.

 

Buzlu şamlar
Buzlu şamlar damardaraldıcı effekt verir, durğunluğu aradan qaldırır, ağrını kəsir, iltihablaşmış düyünlərə qan axınını azaldır. Hazırlanma qaydası: adi qaynadılmış su və ya ot cövhərləri (çobanyastığı, gicitkən, həmişəbahar çiçəyi) lateks əlcəyin çilə barmağına tökülür və donmaq üçün buz dolabına qoyulur.
Şam birbaşa istifadədən əvvəl dolabdan çıxarılır, çox qısa müddətə anal dəliyə yerləşdirilir. 30 saniyədən başlayıb proseduranı tədricən 2 dəqiqəyə qədər davam etmək lazımdır.

 

Ot cövhərləri
Dərman otlarının tərkibindəki aktiv komponentlər qanlı ifrazatı, şişkinliyi və iltihabı aradan qaldırır, qan durulaşır. Otların təsiri antihemorroidal həblərin təsiri ilə müqayisə oluna bilər.
Palıd və tozağacı qabığını, böyürtkən kökünü, qatırquyruğu otunu və yabanı şabalıd toxumunu 2:2:10:5:2 nisbətində qarışdırın. Həlimin hazırlanması üçün qarışığın yalnız 2 x. qaşığı götürülür, 0,5l dağ su ilə qarışdırılıb vam odun üzərində bağlı qapaq altında 5 dəqiqə qızdırılır. Həlim daxilə qəbul olunur. Hər prosedura üçün 100ml həlim lazımdır, gün ərzində 400ml qədər həlim içilir.
600ml suda 2 x. qaşığı başınağacı qabığı və giləmeyvəsi qaynadılır. Dərman gündə 3 dəfə 50ml qədərində içilir, qanayan hemorroidal düyünlərə islatma da qoyula bilir.

 

Mikroimalə
Bu proseduralar tibbi şırınqa ilə düz bağırsağa dərman məhlulunun yeridilməsidir. Proseduranın qaydası: sol böyrü üstə uzanmaq, dizi bükmək, ayaqları qarına sıxmaq; sol əl ilə sağrını aralayıb anal dəliyə 5-10sm dərinliyə şırınqa yeritmək; ehtiyatla sıxıb məhlulu yeritmək. Məhlul dərman otlarından, bitki yağlarından hazırlanır: çiyələk yarpaqları, kartof şirəsi, mumiye məhlulu.

 

Kompres
Çuğundur, kartof və ya yerkökü narın sürtkəcdən keçirilir. Sıyıq tənzifə yaxılır və ağrılı yerin üzərinə qoyulur.


 49893    PAYLAŞ |

üçün 10 cavab

  1. Turan dedi ki:

    Salam. Mən bugün anal dəliyin kənarında siskinlik hiss elədim və baxıs keçirərkən siskinlik olduğunu aşkar etdim. Siskinlik çox ağrı vermir sadəcə olaraq babasil olub olmadığını bilmək istəyirəm.

  2. Emil dedi ki:

    Salam birdən-birə babasıl düyünlərində yanğılı göynədən və qaşına tutub necə sakitləşdirə bilərəm . Əvvəlcədən təşəkkür edirəm.

  3. Konül dedi ki:

    Salam men yaşayış yerimi ve qidalarmı deyişdiyim üçün qebizlikler oldu oda bu gun aqrılarım coxaldı ve baxdımkı babasir olmuşam xarıçden ve cox aqrıyır ne meslehet bilirsiniz.teşekkürler

  4. Sahin dedi ki:

    Salam. Mende. Az. Sis. Var

  5. Adim Orxan dedi ki:

    Salam mende babasell cixr men ne edim arda agri verir

  6. Günel dedi ki:

    Salam. Məndə də anal dəliyin çölündə şiş kimi bir şey çıxıb və arada ağrıverir. Nə ola bilər?? Dərman nə məsləhət bilirsiz? 10 il bundan əvvəl də belə olmuşdu, aptekdən şam dedilər aldım istifafə etdim, keçib getdi. İndi yenə əmələ gəlib.

  7. Günel dedi ki:

    Məndə anal dəliyin çölündə şiş kimi bir şey çıxıb və arada ağrıverir. Nə ola bilər?? Dərman nə məsləhət bilirsiz? 10 il bundan əvvəl də belə olmuşdu, aptekdən şam dedilər aldım istifafə etdim, keçib getdi. İndi yenə əmələ gəlib.

  8. Günel dedi ki:

    Məndə anal dəliyin çölündə şiş kimi çıxıb və arada ağrı verir. Nə ola bilər?? Dərman nə məsləhət bilirsiz? 10 il bundan əvvəl də belə olmuşdu, aptekdən şam dedilər aldım istifafə etdim, keçib getdi. İndi yenə əmələ gəlib.

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *