Bagla

Həkimdən soruş

Hekimden sorus







Xolesterin əfsanəsi – XX əsrin ən böyük fırıldağı

 

Məşhur vyanalı cərrah və alim Teodor Bilrot (xora xəstəliyi zamanı mədənin hissəvi rezeksiyası əməliyyatının müəllifi) öz şagirdlərini maraqlı sınaq aparmağa dəvət edir. Keçi və qoyunların qalxanvarı vəziləri çıxarılır. Nəticə çox ziddiyyətli olur. Əməliyyat xolesterin səviyyəsinin kəskin qalxması, o cümlədən koronar arteriyalarının total aterosklerozu ilə fəsadlaşır. Beləliklə, heç vaxt xolesterin tərkibli, heyvan mənşəli qida yeməyən otyeyən heyvanlarda ateroskleroz inkişaf edir.

 

Bu, qalxanvarı vəzi funksiyasının zəifləməsinin ateroskleroza gətirib çıxarmasına şübhə yaradır. Sonralar bu ehtimallar insanlar üzərində öz təsdiqini tapdı. Aterosklerozun əsas səbəblərindən biri heyvan yağları deyil, məhz qalxanvarı vəzi funksiyası çatışmazlığıdır. XIX əsrdən başlayaraq ateroskleroz kiçik dozalı qalxanvarı vəzi hormonları ilə uğurla müalicə edilirdi.

 

XX əsrin ikinci yarısında meydana çıxan nəzəriyyənin nəticələri kütləvi soyqırımla müqayisə oluna bilər. Aterosklerozun səbəbinin xolesterin tərkibli, heyvan mənşəli qida olduğunu iddia edən nəzəriyyənin yaranması dayaz düşüncəli alimlərin eqoizmi və əczaçılıq şirkətlərinin tamahının “məhsulu” idi. Milyonlarla aterosklerozlu xəstələr bu fırıldağın qurbanı oldu.

 

Qurbanlar arasında ABŞ-nın Prezidenti Duayt Eyzenhauer da vardır. Belə ki, keçirdiyi ilk infarktdan dərhal sonra həkimlər onu aşağı xolesterinli pəhrizə “oturtdu”. Buna baxmayaraq, xolesterin səviyyəsi durmadan artırdı. Heyvan yağları məhdudlaşdıqca xolesterin səviyyəsi artırdı, onunla bərabər çəki də artırdı. Düzgün aparılmayan müalicənin sonu acınacaqlı oldu: Prezident daha bir neçə infarkt keçirdikdən sonra vəfat etdi.

 

Aterosklerozun və infarktın yaranmasında heyvan yağlarının “təqsirini” təsdiqləmək məqsədi ilə nəticəsiz elmi işləmələrin odluğunda milyonlarla dollar külə çevrildi. Hələ də bu günə qədər heç bir gerçək sübut təqdim olunmayıb. Bununla belə, geniş ictimaiyyət bu faktdan xəbərsizdir, antixolesterin preparatlarının satışı isə uğurlu üstünlüyü saxlamaqdadır.

 

Prezident Eyzenhaure kömək etmək üçün rasiondan “sıx” karbohidratları çıxarmaq lazım idi. Məhz saflaşdırılmış, nişastalı, şirin qida yüksək xolesterin səviyyəsinin və miokard arteriyaları aterosklerozunun əhəmiyyətinə görə ikinci yerdədir.

 

Hələ fiziologiyanın atası Rudolf Virhov yazırdı ki, xolesterin heç vaxt aterosklerozun səbəbi olmayıb. Xolesterin yalnız arteriya zədələnməsinin sonuncu mərhələsində əmələ gəlir.O, “yaranı sağaltmaq” üçün gəlir, amma heç vaxt bu yaranı törədən səbəb olmur. Arteriya divarlarını zədələyən amillər çoxdur. Misal üçün, qanda qlükozanın və insulinin yüksək səviyyəsi. Təəccüblü deyil ki, miokard infarktı keçirmiş adamların yarısında xolesterin səviyyəsi normaya uyğundur. Və əksinə, xolesterin miqdarı az olanlarda ölüm səviyyəsi 2 dəfə artıqdır.

 

Xolesterin əfsanəsinin tutarsızlığının çox sübutu var. Misal üçün, şimali Hindistan əhalisi ölkənin cənubundan 17 dəfə çox heyvan mənşəli yağ yeyir. Lakin şimallılarda miokard arteriyalarının ateroskleroz tezliyi 7 dəfə aşağıdır. Xolesterin, həmçinin mikrob əleyhinə xüsusiyyətlərə malik olan əvəzolunmaz maddədir. Döl beyninin bətndaxili inkişafı, mərkəzi sinir sisteminin normal funksiyası üçün xolesterinin iştirakı labüddür. Əbəs deyil ki, xolesterin ehtiyatının 23%-i beyində cəmlənib. Əcdadlarımız nəsildən-nəslə aşağı xolesterinli qida ilə qidalansaydı, qorxuruq ki, insan beyni meduzaya bənzəyərdi. Təəccüblü deyil ki, orta və yuxarı yaşlı adamların yaddaşının zəifləməsi məhz aşağı xolesterin səviyyəsi ilə bağlıdır (Amerikada Altsgeymer xəstəliyinin sıçrayışı kütləvi hipoxolesterinli pəhrizlə bağlıdır).

 

Xolesterinin D vitamini sintezi üçün tikinti materialı kimi həyati vacib əhəmiyyəti xüsusi diqqətəlayiqdir. D vitamini sümüklərin möhkəmliyini təmin edir, osteoporozun qarşısını alır, hormonların, o cümlədən cinsi və böyrəküstü hormonların sintezində müstəsna rol oynayır. Aşağı xolesterinli qida tərzi orqanizmin streslə mübarizə imkanlarını zəiflədir. Rasionda heyvan yağlarının olmaması qaraciyərin yükünü artırır. Xolesterin həyat fəaliyyəti üçün vacibdir deyə, qaraciyər onu “əldə olduğundan” sintez etməli olur, yəni karbohidratlardan. Xolesterin sintezi qaraciyərdən böyük ehtiyatlar səfərbərliyini tələb edir. Qidanın xolesterinsiz olması qaraciyər üçün əsl böhrandır!

 

Xolesterinin antioksidant funksiyası daşımasından çoxumuz xəbərsizik. Onun azalması xərçəngin, seksual disfunksiyanın, yaddaşsızlığın, Parkinson xəstəliyinin, insultun inkişaf etmə ehtimalını artırır, özünəqəsd və aqressiv davranışa meylliliyə səbəb olur. Məsləhət edirik ki, xolesterin səviyyəsi aşağı olması ilə öyünən adamla son dərəcə nəzakətli davranasız… Nə bilmək olar?…

 

Heç kim deyə bilməz ki, saçların ağarması qocalığın səbəbidir. Analoji olaraq xolesterin mio­kard infarktının səbəbi deyil. Xolesterin əfsanəsi ona gətirib çıxardı ki, ən sağlam qida – heyvan yağları ürək sağlamlığının düşməni elan edildi. İş o yerə çatdı ki, cəfəng yer aldı: yumurtanın ağı sarısından ayrılırdı və ən faydalı sarı hissəsi atılırdı.

 

Xolesterin əfsanəsinin dəfni zamanı gəlib çatdı və bu mərasimi gurultulu, hərbi atəşfəşanlıqla qeyd etmək lazımdır! Qoy yaylım atəşini mümkün qədər çox aldadılmış adam eşitsin.


 224    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *