Bagla

Həkimdən soruş

Hekimden sorus







Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət

 

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda pasiyentlərə günün 24 saatı, həftənin 7 günü təcili və təxirəsalınmaz kardioloji yardım göstərilir.

 

İnstitutun 24/7 fəaliyyət göstərən çoxfunksiyalı laboratoriyası ürək-damar xəstəliklərinin diaqnostikası üçün zəruri olan laborator müayinələrin, o cümlədən təcili kardioloji biomarker analizlərinin operativ aparılmasını təmin edir.

 

Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində pasiyentlərin ilkin qiymətləndirilməsi, təcili diaqnostika və zəruri tibbi müdaxilələr həyata keçirilir. Tibbi göstərişlərə əsasən, koronar angioqrafiya da daxil olmaqla ixtisaslaşdırılmış diaqnostik imkanlardan istifadə olunur. Bu gün institutun direktoru prof. Gülnaz Dadaşova və direktor müavinləri təcili yardım şöbəsinin və laboratoriyanın fəaliyyəti ilə yerində tanış olmuş, xidmətin operativliyi, fasiləsizliyi və pasiyent təhlükəsizliyinin təmin olunması ilə bağlı məsələləri nəzərdən keçirmişlər.

 

Əsas prioritetimiz- vaxtında diaqnostika, operativ tibbi yardım və pasiyent təhlükəsizliyidir.

 

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu – ürəyinizin sağlamlığı üçün xidmətinizdə!

 


 118    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *