GƏLƏCƏYƏ TƏMİNAT
NIPT nədir ?
Anadan götürülən periferik qan vasitəsilə başda 13, 18, 21, X, Y xromosom anomaliyaları olmaqla bütün xromosomları təsbit edən asan, etibarlı və sərfəli skrininq testidir.
Testin üstünlükləri:
Hamiləliyin 10-cu həftəsində anadan götürülən 8 ml periferik qan nümunəsi ilə aparılır.
Qeyri-invaziv olduğu üçün düşük riski yoxdur.
Test nəticələrini götürdükdən sonra Referans Klinik Laboratoriya Mərkəzinin əməkdaşları və həkim heyəti ilə görüşərək daha ətraflı məlumat əldə edə bilərsiniz.
Testin işləmə prinsipi:
Hamiləlik dövrü ərzində dölün DNT fraksiyaları ananın qan dövranına daxil olur. Erkən hesab olunan hamiləliyin 10-cu həftəsində anadan götürülən periferik qan nümunəsində sərbəst dölün DNT fraksiyaları təyin edilir.
Qeyri-İnvaziv Prenatal Skrininq testi invaziv prosedurlardan öncə sizə bir şans verir.
QEYD: Qeyri-İnvaziv Prenatal Skrininq testi haqqında məlumat əldə etmək və testin sizin üçün uyğun olub-olmadığını müəyyənləşdirmək məqsədilə mütləq həkiminizlə məsləhətləşin.
NIPT İLƏ TƏSBİT EDİLƏ BİLƏR:
– Trisomiya 21 – Daun sindromu kimi tanınan və monqolizmə səbəb olan bu xəstəlik zamanı 21-ci xromosomun əlavə olaraq daha bir surəti mövcud olur. Daun sindromu əqli və inkişaf geriliyi ilə yanaşı, orqan anomaliyalarına da səbəb olur.
– Trisomiya 18 – Edvards sindromu zamanı 18-ci xromosomun əlavə olaraq daha bir surəti olur. Bu sindrom adətən dölün ölümü ilə nəticələnir.
– Trisomiya 13 – Patau sindromu zamanı 13-cü xromosomun əlavə olaraq daha bir surəti mövcud olur. Bu sindrom da, Edvards sindromu kimi adətən dölün ölümü ilə nəticələnir.
– Cinsiyyət xromosomu sindromları
Jakobs syndrome (47, XYY)
Trisomy X (47, XXX)
Klinefelter syndrome (47, XXY)
Terner syndrome (45, XO)
– Delesiya/Duplikasiya sindromları
TESTİN NƏTİCƏLƏRİNƏ ƏSASƏN
Hamiləlik zamanı ana və döl üçün:
Test nəticələri daxilində hamiləlik həftəsi, ananın yaşı və dölün DNT fraksiyasına aid məlumatlar Azərbaycan dilində əks olunur.
* NIPT testinin qəbulu Referans Klinik Laboratoriya Mərkəzinin bütün filiallarında həyata keçirilir.
Bir cavab yazın