Bagla

Həkimdən soruş

Hekimden sorus







17 may hipertoniya ilə ümumdünya mübarizə günü

17 may hipertoniya ilə ümumdünya mübarizə günüdür. Bu tarix hipertoniya ilə mübarizə Ümumdünya liqası tərəfindən ÜST-nın dəstəyi ilə təsis edilmiş və 2005-ci ildən qeyd olunur. Əsas məqsəd əhalinin diqqətini yüksək arterial təzyiqin törətdiyi xəstəliklərə cəlb etmək, onların profilaktikası, aşkar edilməsi və müalicəsinə dair məlumatları insanlara çatdırmaqdır.

 

Arterial hipertoniya ilə Ümumdünya mübarizə gününün əsas mövzusu «Öz arterial təzyiqinin rəqəmlərini bilin». Dünyada 1,5 milyarda yaxın insan arterial hipertoniyadan əziyyət çəkir və, demək olar ki, onların yarısı xəstəliyindən xəbərsizdir. Halbuki, arterial hipertoniya infarktların, insultların, görmə qabiliyyətinin itirilməsinin ən çox rast gəlinən səbəblərindən biridir. Ürək xəstəlikləri səbəbindən baş verən ölüm hallarının ən azı 45% və insultdan ölüm hallarının 51% hipertoniyanın payına düşür.

 

Hipertoniya vaxtında aşkar edilərsə, ürək tutmaları, insult, ürək və böyrək çatışmazlığı riskini minimuma endirmək mümkündür.

 

AH-nın inkişaf etmə ehtimalını azaltmaq üçün aşağıdakı şərtlərin gözlənilməsi vacibdir:

  • sağlam həyat tərzinin həvəsləndirilməsi;
  • duzun istifadəsinin azaldılması;
  • meyvə və tərəvəzlərin çox istifadə edilməsi;
  • doymuş yağların və ümumi yağ miqdarının azaldılması;
  • alkoqoldan imtina etməsi;
  • mütəmadi fiziki aktivlik;
  • normal bədən çəkisinin saxlanılması;
  • tütün istifadəsindən imtina etməsi;
  • stress vəziyyətlərə nəzarət.

Hipertoniya xəstəliyinə artıq məruz qalmış şəxslər vəziyyətinə nəzarət etmək üçün müəyyən qaydalara riayət etməlidir:

  • yuxarıda göstərilən sağlam həyat tərzi normalarını gözləmək;
  • qanda şəkər və xolesterin səviyyəsinə, sidikdə albumin səviyyəsinə nəzarət etmək;
  • ürək-damar riskini qiymətləndirməyi bacarmaq;
  • tibbi məsləhətlərə riayət etmək;
  • AT-i azaldan təyin edilmiş dərman vasitələrinin müntəzəm qəbul edilməsi.

 

AT-i azaldan dərman vasitələrinə gəlincə, qeyd etmək lazımdır ki, həmin vasitələrin keyfiyyəti, davamlı proqnozu, hədəf-orqanların müdafiəsi önəmli şərtdir. Keyfiyyəti zamanın sınağından keçmiş preparatlar istehsal edən qabaqcıl şirkətlərdən biri “Gedeon Richter” macar əczaçılıq şirkətidir. “Gedeon Richter” Şərqi və Mərkəzi Avropada ən iri dərman istehsalçısı olan multimilli əczaçılıq və biotexnologiya şirkətidir.

 

Bu gün azərbaycan kardioloqları və terapevtləri arasında antihipertenziv preparatların istifadəsinə dair müəyyən üstünlüklər yaranmışdır. Əksər hallarda bu, AÇF inhibitorları, o cümlədən, DİROTON (lizinopril) preparatıdır. Preparat yaxşı mənimsənilir, maddələr mübadiləsinə mənfi təsir göstərmir və arterial təzyiqin məqsədli səviyyəsinə çatmağa imkan verir. DİROTON geniş pasiyent çevrəsi üçün, o cümlədən, çoxlu sayda dərman qəbul edən qara ciyər xəstəlikləri, AH və xroniki ürək çatmamazlığı, ödem sindromu, proteinuriya, diabetik və qeyri-diabetik nefropatiyadan əziyyət çəkən pasiyentlər üçün seçim preparatıdır.

 

AH-nın kombinə olunmuş terapiya üsullarından biri də AÇF inhibitorlarının kalsium antaqonistləri ilə birgə istifadə edilməsidir. “Gedeon Richter” şirkətinin arsenalından daha bir preparatı – EKVATORu (amlodipin + lizinopril) ölkəmizdə sözün əsl mənasında «bestseller» adlandırmaq olar. Bu birləşmə beyin insultunun birincili və ikincili profilaktikası, yüksək fəsadlaşma riskli pasiyentlərin müalicəsi (ürəyin işemik xəstəliyi, metabolik pozuntular, ağır və rezistent arterial hipertenziya) üçün münasib seçimdir.

 

Artıq, renin-angiotenzin-aldosteron sistemi blokatorları, kalsium antaqonistləri və tiazidəbənzər diuretiklər kombinasiyasından ibarət müalicə alan pasiyentlərdə VEROŞPİRONun (spironolakton, “Gedeon Richter”) əlavə edilməsi sistolik AT-in etibarlı dərəcədə enməsini təmin edir. Hətta, qeyd olunan birləşməyə VEROŞPİRONun əlavə edilməsi sistolik AT-in daha çox enməsinə səbəb olur, nəinki, beta-blokator bisoprololun, alfa-blokator doksazozinin və ya plasebonun.

 

“Gedeon Richter” məhsulu olan daha bir məşhur preparat PANANGİNdir. 50 ildən artıqdır ki, PANANGİN müxtəlif ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin ürəyinin qeydinə qalır.

 

PANANGİN həkim resepti tələb olunmadan buraxılan klassik preparatdır, tərkibi maqnezium aspartat və kalium aspartat kimi normal ürək fəaliyyətini təmin edən komponentlərdən ibarətdir. Kalium miokardı gücləndirir və stabil ürək ritmini təmin edir. Maqnezium damar spazmının qarşısını alır və damarların elastikliyini yaxşılaşdırır. PANANGİNin tərkibində kalium və maqnezium miokardın maddələr mübadiləsini yaxşılaşdırır və aterosklerozun qarşısını alır. Sübut olunmuşdur ki, kalium və maqneziumun müntəzəm istifadəsi infarkt riskini 2 dəfə və insult riskini 40% azaldır. Preparatın aktiv maddələri arterial təzyiqin yumşaq azalmasına kömək edir.

 

Aterosklerozun və AH-nın qarşılıqlı əlaqəsi haqqında hələ 1965-ci ildə görkəmli kardioloq, elmi məktəbin banisi A.L. Myasnikov yazmışdır. Bu iki müxtəlif xəstəliklərin çox vaxt birlikdə inkişaf etməsi ümumi etioloji və patogenetik amillərlə bağlıdır. Hər iki xəstəlik bir-birinə qarşılıqlı təsir edir. Praktiki olaraq hər iki xəstəliklə ayrılıqda, birlikdə, birinin digərindən üstünlüyü halları ilə rastlaşırıq. Burada müalicə sxeminə statinlərin əlavə edilməsi zərurəti yaranır. Effektiv və geniş sübutlu bazaya malik statinlərdən biri MERTENİL (rozuvastatin) preparatıdır.

 

MERTENİL yüksək hipolipidemik təsirə malikdir, yaxşı mənimsənilmə və təhlükəsizlik profilə uyğundur, geniş xəstə çevrəsinin müalicəsi üçün göstərişdir. Optimal statin olmaqla mertenil ürək-damar xəstəliklərinin uğurlu və davamlı müalicəsi üçün tələb olunan bütün lazımi keyfiyyətlərə uyğundur.

 

AH müxtəlif orqan arteriyalarını zədələyir, o cümlədən, baş beyin arteriyalarını, bu isə müəyyən vaxtdan sonra həm işemik (beyin infarktı), həm də hemorragik (beyin qansızması) xarakterli beyin qan dövranı pozulması ilə nəticələnə bilər. Bu halda pasiyentlər beyin qan dövranını və qidalanmasını yaxşılaşdıran, qanın reoloji xüsusiyyətlərini yaxşılaşdıran kompleks təsirli preparatlara ehtiyac duyur. “Gedeon Richter” şirkətinin vizit kartı hesab edilən KAVİNTON (vinposetin) preparatı damar tonusunu tənzimləyir, qan dövranı pozulmuş beyin sahələrinə qanın çatdırılmasını təmin edir, qanın axarlığını artırır, qlükoza və oksigenin sinir hüceyrələrinə çatdırılması və mənimsənilməsi hesabına beyinin qidalanmasını və enerji təminatını yaxşılaşdırır.

 

Arterial hipertoniyalı pasiyentlərdə beyin qan dövranı pozulmasının vacib müalicə aspektlərindən biri də baş ağrısının müalicəsidir. Qeyd etmək lazımdır ki, baş ağrısı təkcə AT ilə deyil, beyin damarları tonusunun azalması ilə də bağlıdır ki, bu vəziyyət KAVİNTONla müalicəyə yaxşı tabe olur.

 

Ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunan müasir dərman vasitələri, o cümlədən, “Gedeon Richter” şirkətinin preparatları xroniki xəstəliklərdən əziyyət çəkən pasiyentlərin vəziyyətini yaxşılaşdırmaq və ömrünü uzatmaq üçün həkimlərə yeni imkanlar verir. 


 1792    PAYLAŞ |

“17 may hipertoniya ilə ümumdünya mübarizə günü” üçün bir cavab

  1. Vafa dedi ki:

    Gedeon Rixter kompaniyasina minnetdaram. Cox effektuv dermanlardir.Hekimin uzunu ag edir.

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *