

Mətbəx divar kağızının seçim meyarları
Mətbəx və mətbəx divarları müntəzəm nəmli təmizlik tələb edən məkandır, odur ki, mətbəx divar kağızları da nəmə davamlı olmalıdır. Ömrümüzün ən «dadlı» hissəsi məhz mətbəxdə keçir, amma, ruhu və cismi rahatlandıran qidanın hazırlıq prosesində divarlara yağ, şirə damcıları sıçrayır. Bəzək materialı uğursuzdursa, ev sahibləri yeni təmirə başlamalı və divar kağızını dəyişməli olur. Nəmə davamlı örtüklər az çirklənmiş yerlərin yuyucu və təmizləyici vasitələrdən istifadə etmədən yumşaq əski ya nəm süngərlə silinməsinə davamlıdır. Yuyulan divar kağızları xüsusi yuyucu vasitələrlə nəm təmizliyə davamlıdır, superyuyulan kağızlar isə təkcə yuyucu vasitələrlə silinməyə deyil, fırçalanmaya da dözür.
Mətbəx divar kağızlarının vacib keyfiyyət göstəricilərindən biri möhkəmliyidir. Divar kağızı nə qədər qalın, nə qədər möhkəmdirsə, çirkin yığıldığı məsamələrin sayı da o qədər azdır. Mətbəx divar kağızları işığa qarşı yüksək davamlığı ilə fərqlənməlidir ki, tez saralıb görkəmini itirməsin. Bu, həm otağın estetikasını korlayır, həm də divarları təmir etmədən mebelin yerin dəyişməsinə mane olur. Rənglənən divar kağızı seçərkən təkrar rənglənən növlərə üstünlük vermək məsləhətdir.
Mətbəx divar kağızlarını seçərkən malın üzərindəki nişana diqqət yetirin: «dalğa» işarəsi materialın nəmə davamlığını, «fırçalı dalğa» isə mexaniki zədəyə qarşı davamlığını göstərir.
Kağız örtüklər mətbəx divarlarına çəkilməyə yararlı deyil. Ucuzluğuna aldanmayın! Sonradan bu ucuzluq əlverişsizliyi və davamsızdığına görə sizə baha başa gələcək. Getdikcə dəbə düşən pambıq, kətan ya ipək tekstil divar kağızları, bambukdan, nadir ağac növlərinin şponundan, yarpaqlardan və ekzotik otların saplağından hazırlanmış təbii divar kağızları, sözsuz ki, gözəl görünür, lakin, tüstünü, yanıq iyini, bişirilən yemək qoxusunu canına çəkdiyinə görə, mətbəx üçün bu, uğurlu seçim deyil. Qabarıq relyefli naxışlı akril kağızları da qonaq, yataq otaqları ya dəhlizin işlənməsi üçün istifadə etmək yaxşıdır, mətbəxdə yaraşıqlı bəzəklər hətta yuyucu vasitələrlə çətin təmizlənən tünd ərp qatı ilə örtüləcək.
Məlumdur ki, rənglər insana müəyyən təsir göstərir: sakitləşdirir, ruhlandırır, eyni rəngə tamaşa etməklə adam həm yorula bilər, həm də dincələr.

Mətbəx divar kağızlarının rəng seçimi qaydaları
Alçaq tavanlı otaqlar üçün uzununa zolaqlı ya şhaquli naxışlı divar kağızları seçin. Ensiz naxışlar tavanı daha da hündür göstərir. Demək, tavan hündürdüsə və mənzil quyuya bənzəyirsə, tavanın hündürlüyünü görüntü olaraq köndələn naxışlar və üfüqi zolaqlar tənləşdirə bilər.
Xırda naxış və ya bir rəngli divar kağızları balaca otağın sahəsini vizual olaraq artırır.
İri naxışlar və tünd rəngli divar kağızları çox geniş otağı daha yığcam göstərir.
Soyuq çalarlı divar kağızları (gümüşü, mavi, göy) otağı geniş göstərir.
Mətbəx divar kağızlarının rəng çalarları mütləq göz oxşamalı, xoşagəlimli olmalıdır, bej və şux narıncı, sarı naxışlar ola bilər. Qırmızı isə qəzəb oyatmağndan başqa, iştahı da qıcıqlandırır. Müxtəlif rəng birləşmələri isə daha maraqlı seçim variantıdır.
Mətbəxin rəng seçimi – «təlimat vərəqəsi»
Ən sadə variant müxtəlif fakturalı kombinasiyadır, yəni, düzgün rəng seçimi mətbəxi funksional zonalara ayırmağa, alçaq tavanları «qaldırmağa», hətta, divarları «aralamağa» imkan verir.
Eyni rəngin yarım ton fərqli çalarlarından istifadə etməklə mətbəxin quruluşundakı qeyri-adi detalları vurğulamaq olar.
Müasir tərzli mətbəxin işləməsində bir qammanın bir neçə çalarları istifadə edilir. Sadə, amma, çox effektiv bir üsul ilə, üs-üstə bir neçə qat yapışdırmaqla mətbəx zonalarını ayırmaq mümkündür.
Kontrast rənglərin uyğunlaşdırılması daha bir bəzək variantıdır – ağ-qara, sarı-göy, qırmızı-qara, göy-gümüşü, yaşıl-qızılı və s. Amma, burada ölçünü gözləmək şərtdir, çünki, bu cür «birləşmələr» hər mətbəxə, hər kəsə yaramır.
Dar, amma, uzun mətbəxi uzununa açıq, eninə tünd rəngli divar kağızlarının köməyi ilə «genişləndirmək» olar. Kvadrat mətbəxlərə istənilən rəng çalarları yarayır, əsas odur ki, divarlardan birinin rəngi başqalarından dolğun olsun.
Şərq üslubu həvəskarları sarı isti çalarları bambuk təsvirli, şərq naxışları və ya hörmə naxışı ilə uyğunlaşdıra bilər.
Vacib məqam! Divar kağızlarını uyğunlaşdırarkən müxtəlif növləri eyni rəng diapazonunda saxlamağa çalışın. Elit modellər daha ucuz variantlarla uyğunlaşmır, hətta, çalarlar bir-birinə yaxın olsa belə.
Mətbəx divar kağızlarının qısa xarakteristikası
Vinil kağızlar – mətbəx divarlarına çəkilməsi üçün ideal variantdır. Vinil yetərincə nəmə, işığa davamlıdır, divarların xırda defektlərini gizlədir.
Köpüklənmiş vinil kağızlar – işlənməyə davamsızdır və dekor seçimi baxımından imkanları məhduddur.
Kompakt-vinil isti basmanaxış kağızlar suvağı, daşı, dərini və bir çox başqa materialları imitasiya edir, yaxşı təmizlənir.
Flizelin kağızlar – asan yapışır, cırılmır, əzilmir, yapışqanla təmasda deformasiya olunmur, şişmir, divar səthinin defektlərini örtür.
İpəkqrafiya – hamar ipək parlaq səthi var, nəmə və işığa, mexaniki təsirə davamlıdır, möhkəmdir.
Rənglənən vinil kağızlar – yeddi dəfə rənglənə bilər, bu da otaqların görkəmini tez-tez dəyişməyə imkan verir.
Şüşə kağızlar – vaxta, pula və səylərə qənaət edən gözəl seçimdir. Ehtiyatla davranmağı tələb etmir, on dəfəyə qədər rənglənə bilər, oda, nəmə davamlıdır.
Bu gün zolaqlı divar kağızları dəbə düşür. Burada bir neçə məqamlara diqqət yetirmək vacibdir:
Əsas kağız növləri
Xüsusi suyadavamlı təbəqəli divar kağızları qiymətinə görə mətbəxə çəkilməyə ən yararlı variantdır. Amma, üç-dörd ildən artıq xidmət etməyəcək, tez bozarır, dekor imkanları azdır.
Minimal vinil təbəqəli divar kağızları – hamar səthli, adətən, tematik mətbəx naxışlı çox nazik kağızlardır. Çatışmayan cəhəti odur ki, yapışdırıldığı divar tam hamar olmalıdır, əks halda bütün batıqlar, çatlar ya çıxıntılar nəzərə çarpacaq.
Vinil kağızlar – mətbəx divarlarına çəkilməyə ən yararlı «oboy» həllidir. Vinil nəmə, işığa davamlı süni materialdır, divar qüsurlarını bildirmir. Əsas tələb vinil kağızlarının möhkəmliyidir, bunu yoxlamaq üçün açıq rulonu əldə sıxmaq lazımdır: material tez əzilirsə, demək, mətbəx üçün yaramır. Vinil kağızlar bir neçə qatdan ibarətdir: alt qat parçadan ya qalın kağızdandır, üst qat polivinilxlorid pərdə ilə örtülüb və davamlıdır. Vinil kağızlar çox işlənir, toksik deyil, nəmə və işığa davamlıdır, göbələyə qarşı davamlıdır.
Kompakt -vinil – isti basmanaxışlı divar kağızlarını fırçalamaq, yumaq mümkündür. Material davamlıdır, divar qüsurlarını bildirmir, orijinal fakturası və əlvan rəng çalarları harmonik dekor yaratmağa imkan verir. Təbii ki, belə variant ucuz deyil, amma, keyfiyyətin öz qiyməti var və buna öyrəşmək lazımdır.
Flizelin əsaslı vinil kağızlar. Flizelin toxunmayan kətandır və bu xüsusiyyət divar kağızına xeyli üstünlük verir, yəni, flizelin oboylar əzilmir, cırılmır, səthin üzərinə yaxşı yatır, şişmir, yapışqan quruduqdan sonra çökmür, xırda batıqları və çatları bildirmir, divarlar səliqəli və təmiz görünür. Yapışqan birbaşa divara çəkilir, sonra hazır quru kağız təbəqəsi çəkilir, səliqə ilə hamarlanır.
İpək qrafiyası – kağız əsaslı xarici vinil qatlı çoxtəbəqəli süni və ya ipək saplı divar kağızları. Parlaq hamar ipək səthi var. Kağızlar elastikdir, qalındır, gün işığına, nəmə və mexaniki zədəyə davamlıdır.
Şüşə lifli divar kağızları – bir çox üstünlükləri var. Əvvəla, mikroorqanizmlərin inkişaf etməsi üçün qida mühiti yoxdur. Daha sonra, dielektrikdir, şüşə elektrostatik cərəyan toplamır. Bu divar kağızları allergiya oyatmır. Yüksək buxar buraxma qabiliyyətinə malikdir, yanğına, qələvi və turşuya davamlıdır. Şüşə lifli divar kağızları panellər arası tikişləri, xırda çatları və batıqları örtür, tam hamar səth yaradır. Sulu emulsiya və ya lateks boya ilə boyandıqdan sonra fırça ilə yuyula bilir.
Bir cavab yazın