

Diaqnoz Tibb Mərkəzi korporativ əməkdaşlıq çərçivəsində süd vəzi sağlamlığı ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirir.
Diaqnoz Tibb Mərkəzi və “Atəşgah” Sığorta Şirkətinin birgə təşkilatçılığı ilə bir sıra nüfuzlu şirkətlərin əməkdaşları üçün süd vəzi sağlamlığı və süd vəzi xərçənginin erkən aşkarlanması mövzusunda maarifləndirici seminarlar keçirilib.
Seminarlar “JW Marriott Absheron”, “Baker Hughes-Azerbaijan”, “The Ritz-Carlton, Baku”, “Borusan Cat Azərbaycan”, “GPMS”, “Schlumberger” və “Halliburton” şirkətlərinin əməkdaşlarını əhatə edib.
Tədbirlər çərçivəsində Diaqnoz Tibb Mərkəzinin mammoloqu Kəmalə Rəhimova “Süd vəzilərinin sağlamlığını qoruyaq” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı süd vəzi xəstəlikləri, onların risk faktorları, profilaktik yanaşmalar, müntəzəm tibbi müayinələrin əhəmiyyəti və süd vəzi xərçənginin erkən mərhələdə aşkarlanmasının əhəmiyyəti ətraflı izah olunub. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, süd vəzi sağlamlığının qorunması istiqamətində praktik tövsiyələr verilib.
Maarifləndirmə tədbirinin sonunda iştirakçılara məlumatlandırıcı bukletlər və Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayının beynəlxalq rəmzlərindən biri olan çəhrayı lentlər təqdim edilib.
Erkən diaqnoz həyat xilas edir!
Süd vəzi xərçəngi ilkin mərhələlərdə heç bir aşkar simptom vermədən inkişaf edə bilər. Bu səbəbdən müntəzəm tibbi müayinələr xəstəliyin vaxtında aşkarlanmasında mühüm əhəmiyyət daşıyır. Müayinələrin tezliyi qadının yaşına, fərdi risk faktorlarına və həkim tövsiyələrinə uyğun müəyyən edilməlidir.
Süd vəzisində yeni yaranmış düyün, forma və ölçü dəyişikliyi, dəridə dəyişikliklər, məmə ucunun formasında dəyişiklik və ya qeyri-adi ifrazat müşahidə edildikdə mütəxəssisə müraciət etmək vacibdir.
Diaqnoz Tibb Mərkəzi sağlam cəmiyyətin formalaşmasında tibbi maarifləndirmənin rolunu önə çəkərək, əhalinin və korporativ kollektivlərin sağlamlıq biliklərinin artırılmasına yönəlmiş təşəbbüslərini davam etdirir.
Unutmayaq: sağlamlığımıza ayırdığımız vaxt gələcəyimizə verdiyimiz ən dəyərli töhfədir.
Erkən diaqnoz üçün müayinənizi təxirə salmayın!
#DiaqnozTibbMərkəzi #ÇəhrayıOktyabr #SüdVəziSağlamlığı #SüdVəziXərçəngi #ErkənDiaqnoz #Mammoqrafiya #3DTomosintez #BreastCancerAwareness














Bir cavab yazın