Bagla

Həkimdən soruş

Hekimden sorus







Ölkəmizin əczaçılıq sahəsində yeni bir dövr başladı!

Artıq Azərbaycanın ilk elmi əsaslı əczaçılıq şirkəti olan “Parla Pharmaceuticals” yüksək texnologiyalara əsaslanan dərmanların istehsalına başlayıb. “Parla Pharmaceuticals” şirkəti əhalinin təlabatını ödəmək və ixrac məqsədilə yerli dərman preparatlarının istehsalına başlaması barədə rəsmi açıqlama verib. Klassik dərman vasitələri ilə yanaşı yüksək texnologiyalı dərmanların istehsalını həyata keçirəcək zavod Azərbaycanda fəaliyyət göstərəcək. Bütün dərman vasitələri  Avropa və Amerika əczaçılıq standartlarına cavab verəcək.

 

“Parla Pharmaceuticals” şirkəti 2019-cu ildə yaradılıb. “Parla”nın fəaliyyəti Azərbaycanda yüksək texnologiyalı dərmanların tam istehsalından ibarətdir və qısa zamanda “Made in Azerbaijan” brendi kimi dünya bazarında tanınmasıdır.

İlkin mərhələdə 100-dək adda dərman vasitələri istehsal olunacaq, növbəti 5 il ərzində isə bu say 400-ə çatacaq. Bu məhsullar arasında klassik dərman vasitələri ilə yanaşı yüksək texnologiyalı dərmanların istehsalı da planlaşdırılır.

 

“Parla Pharmaceuticals” keyfiyyətli dərman preparatları ilə sağlam gələcəyinizi təmin edəcək.
http://parlapharma.com/


 3205    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *