

MÖVZU:
Üç komponentli kombinasiya ilə antihipertenziv terapiya
SUB-MÖVZU:
TRİPLIKSAM preparatının AT-nin (arterial təzyiq) endirilməsində effektivliyi təhlükəsizliyi və təyinata riayət olunma
HƏDƏF KOMANDA: TRİPLIKSAM
İSTİNAD: Nedogoda SV, Stojanov VJ. Single-pill combination of perindopril/indapamide/amlodipine in patients with uncontrolled hypertension: a randomized controlled trial. Cardiol Ther. 2017. DOI 10.1007/s40119-017-0085-7
XÜLASƏ
Hipertenziyalı bir çox xəstələrə AT-ə nəzarəti əldə etmək üçün üç antihipertenziv vasitə ilə müalicə tələb olunur. Bu tədqiqat tək həbdə Perindopril/Indapamid/Amlodipin kombinasiyası ilə terapiyanın effektiv, təhlükəsiz olmasını və müalicə ilə AT dəyərlərinin yüngül (1-ci dərəcə) hipertenziyaya uyğun gəldiyi nəzarət populyasiyasında dərmana riayət , edilmənin yüksək səviyyələri ilə əlaqəli olduğunu nümayiş etdirmişdir.
ELMİ DAYCEST
Kontekst:
Monoterapiya yalnız məhdud sayda hipertenziyalı pasiyentlərdə AT-i effektiv azlada bilir və ona görə də hədəf səviyyələrə çatmaq üçün əksəriyyətinə iki və ya daha çox preparat ilə terapiya tələb olunur. Arterial hipertenziyanın üç müxtəlif mexanizmini hədəfə alan üçlü kombinasiya terapiyasının istifadəsi doza ilə bağlı daha az sayda xoşagəlməz təsirlərlə birgə optimal AT nəzarətini təmin etmək üçün getdikcə daha çox tətbiq olunur. Per/lnd/Aml kombinasiyasının istifadəsi klinik təlimatlar tərəfindən dəstəklənərək effektiv və qəbuluna dözümlülük baxımından bir-birini tamamlaması göstərilmişdir. Rusiyada 13 mərkəzdə və Serbiyada 4 mərkəzdə aparılmış bu beynəlxalq çoxmərkəzli, açıq, randomizə edilmiş tədqiqata 12 həftəyə qədər müddətdə təqib edilən 148 pasiyent daxil olmuşdur. İlkin yekun nöqtələr başlanğıcla müqayisədə 12-ci həftədə tibb müəssisəsində arxası üstə uzanmış vəziyyətdə respondentlərdə AT-də (SAT<140 mm c.süt və DAT <90 mm c.süt), nəbzdə dəyişikliklər və/və ya SAT>20 mm c.süt və/və ya DAT>10mm c.süt olmuşdur.
Nəticələr:
Cəmi 148 nəfər randomizə olunmuşdur: 75 nəfər Per/lnd/Aml və 73 nəfər Per/İnd + Aml qrupu. Arxası üstə uzanmış vəziyyətdə başlanğıc orta AT 149,1±4,7/94,1±3,1 mm c.süt olmuşdur. 12-ci həftədə müalicə müəssisəsində arxası üstə uzanmış vəziyyətdə SAT/DAT göstəricisi Per/lnd/Aml qrupunda -21,5±11,7/-15,3 ±7,8 olmaqla əhəmiyyətli dərəcədə azalmışdır. Müalicə müəssisəsində arxası
üstə uzanmış vəziyyətdə SAT/DAT azalması artıq 4-cü həftədə aşkar olunaraq hər iki qrupda tədqiqat dövründə davam etmişdir.
Per/lnd/Aml qrupu pasiyentlərinin əksəriyyəti 4-cü həftədə müalicəyə cavab vermiş (89,2%) və AT nəzarətinə (87,8%) nail olmuşdur. Bu effekt 12-ci həftəyə kimi davam etmişdir. Per/lnd/Aml preparatına müalicə ilə əlaqəli üzə çıxan xoşagəlməz hallar yalnız bir neçə pasiyentdə (4,0%) qeyd edilmiş; preparatın qəbuluna ümumən yaxşı dözümlülük nümayiş etdirilmişdir. Per/lnd/Aml qrupunda heç bir pasiyentdə simptomatik ortostatik hipotenziya qeyd edilməmişdir.
Müalicəyə riayət etmənin orta göstəricisi 97,6±6.4% olmaqla çox yaxşı olmuş və bir nəfər istisna olmaqla, bütün pasiyentlərdə müalicəyə ümumi riayət etmə göstəricisi 80% və 120% arasında olmuşdur.
Yekun nəticə:
Müalicə ilə nəzarət edilməyən essensial hipertenziyalı böyük yaşlı pasiyentlərdə tək həbdə birləşdirilmiş üç preparatın kombinasiyası olan Per/İnd/Aml ilə terapiya effektivdir (başlanğıcla müqayisədə klinik əhəmiyyətli AT azalmaları ilə), qəbuluna yaxşı dözülür və yaxşı riayət edilir.
İxtisarlar:
Aml, amlodipin; AP, arterial təzyiq; DAT, diastolik arterial təzyiq; İnd, indapamid;
Per, perindopril; SAT, systolik arterial təzyiq
Qeyd:
Başlanğıcdan 12-ci həftəyə AT-də (mm c.süt) dəyişiklik.

TRİPLİKSAM Perindopril arginine / indapamide / amlodipine. 2.5mq/0.625mq/5mq; 5mq/1.25mq/5mq; 5mq/1.25mq/10mq; 10mq/2.5mq/5mq; 10mq/2.5mq/10mq örtüklü tabletlər. İstifadəsinə göstərişlər: Tripliksam – hipotenziv preparatdır, yüksək arterial təzyiqin (hipertenziya) müalicəsi üçün istifadə edilir. Ayrı-ayrılıqda, fiksə edilmiş kombinasiya şəklində, perindopril/indapamid və amlodipin tabletləri qəbul edən pasiyentlər bunun əvəzinə həmin dozalarda hər üç komponenti özündə birləşdirən bir Tripliksam tableti qəbul edə bilərlər. Əks göstərişlər: əgər sizdə perindoprilə, digər AÇF inhibitoruna, indapamidə və ya hər hansı digər sulfonamidə, amlodipinə və ya hər hansı digər dihidropiridinə, yaxud bu dərmanın komponentlərindən (“Tərkibi” bölməsində sadalanan) hər hansı birinə qarşı allergiya varsa; əgər daha əvvəl sizdə və ya hər hansı ailə üzvünüzdə AÇF inhibitoru qəbulu zamanı fitverici tənəfüs, sifətin və dilin ödemi, güclü qaşınma və ya dəridə səpgi (angioödem) baş veribsə; əgər sizdə ağır qaraciyər xəstəliyi və ya qaraciyər ensefalopatiyası (qaraciyər xəstəliyi nəticəsində meydana çıxan, beyin degenerativ xəstəliyi) varsa; əgər sizdə müalicə olunmamış və dekompensasiya mərhələsində olan ürək çatmamazlığına şübhə varsa (suyun bədəndə toplanması, tənəfüsün çətinləşməsi); əgər siz ürəyin həyat üçün təhlükəli ritm pozğunluqlarına (torsades de pointes) səbəb olan və antiaritmik olmayan dərmanlar qəbul edirsinizsə; əgər sizdə aortal qapaqda daralma (aortal stenoz) və ya kardiogen şok (bu xəstəlik zamanı ürək orqanizmi kifayət qədər qanla təmin edə bilmir) varsa, əgər siz miokard infarktından sonra ürək çatışmazlığından əziyyət çəkirsinizsə; əgər arterial təzyiqiniz kəskin aşağıdırsa (hipotenziya); əgər sizin qanınızda kaliumun səviyyəsi çox aşağıdırsa; əgər sizdə böyrək funksiyası ciddi şəkildə pozulubsa; əgər siz dializ alırsınızsa; əgər sizdə mülayim böyrək problemləri varsa (Tripliksamın 10mq/2.5mq/5mq və 10mq/2.5mq/10mq dozaları üçün); əgər siz hamiləsinizsə və hamiləliyin müddəti 3 aydan artıqdırsa (həmçinin hamiləliyin erkən dövrlərində də Tripliksamın qəbulundan çəkinmək lazımdır – bax: “Hamiləlik və südvermə dövrü”); əgər siz uşaq əmizdirirsinizsə; əgər arterial təzyiqi aşağı salmaq üçün aliskiren tərkibli dərman preparatı qəbul edirsinizsə və eyni zamanda şəkərli diabet və ya böyrəklərin funksiya pozulması probleminiz varsa; Xəbərdarlıq və ehtiyat tədbirləri: Aşağıda sadalanan hallardan hər hansı biri sizə aiddirsə, Tripliksam qəbuluna başlamazdan əvvəl həkiminiz, əczaçınız və ya tibb bacınızla məsləhətləşin:hipertrofik kardiomiopatiya (ürək əzələsinin xəstəliyi), yaxud böyrək arteriyasının stenozundan (böyrəyi qanla təchiz edən arteriyanın daralması) əziyyət çəkirsinizsə; ürək çatışmazlığı, yaxud digər ürək xəstəliyindən əziyyət çəkirsinizsə; qan təzyiqinin kəskin artmasından (hipertonik kriz) əziyyət çəkirsinizsə; qaraciyər funksiyasının pozulmasından əziyyət çəkirsinizsə; sistem qırmızı qurdeşənəyi, yaxud sklerodermiya kimi kollagen xəstəliklərindən (dəri xəstəliyi) əziyyət çəkirsinizsə; aterosklerozdan (damarların divarlarının sərtləşməsi) əziyyət çəkirsinizsə; qalxanvari ətraf vəzin funksiyasını yoxlamaq üçün testə ehtiyacınız varsa; hiperparatireozdan (qalxanvari ətraf vəzin funksiyasının artması) əziyyət çəkirsinizsə; əgər siz podaqradan əziyyət çəkirsinizsə; əgər siz diabetdən əziyyət çəkirsinizsə; əgər siz duzun miqdarı azaldılmış pəhriz saxlayırsınızsa, yaxud tərkibində kalium olan duz əvəzedicilərindən istifadə edirsinizsə; əgər siz litium və kaliumqoruyucu diuretiklər (spironolakton, triamteren) qəbul edirsinizsə, çünki onları Tripliksam ilə eyni zamanda qəbul etmək tövsiyə edilmir (bax: “Digər preparatların qəbulu”); ahıl yaşlısınızsa və dozanın artırılmasına ehtiyac varsa; fotohəssaslıq reaksiyanız varsa; qaradərilisinizsə, sizdə angioödem (üzün, dodaqların, ağzın, dilin və ya boğazın şişməsi; bu, udqunmanın və ya tənəfüsün çətinləşməsinə səbəb ola bilər) ehtimalı çoxdur və qan təzyiqini aşağı salmaqda daha az efekt müşahidə edilir; əgər siz yüksək axınlı membranla dializ edilən hemodializ xəstəsinizsə; əgər sizin böyrək problemləriniz varsa; əgər sizin qanınızda həddindən artıq çox turşu varsa, bu tez-tez nəfəs almaya səbəb ola bilər; əgər sizdə beyin qan dövranında çatışmazlıq (baş beyində aşağı qan təzyiqi) varsa; əgər sizdə üz, dodaqlar, dil, ağız və ya boğazın ödemi varsa və bu udqunma və ya tənəfüsün çətinləşməsinə səbəb olursa (angioödem), müalicəni dərhal dayandırın və dərhal birbaşa həkiminizlə əlaqə saxlayın (bu, müalicə dövründə istənilən vaxt baş verə bilər), yüksək arterial təzyiqin müalicəsi üçün aşağıdakı preparatlardan hər hansı birini qəbul edirsinizsə: angiotenzin II reseptorun blokatoru (ARB) (bunlara sartanlar da deyilir, məsələn, valsartan, telmisartan, irbesartan) – xüsusilə də, əgər şəkərli diabetlə əlaqədar böyrək çatışmazlığından əziyyət çəkirsinizsə; aliskiren. Həkiminiz sizdə böyrəklərin funksiyalarını, arterial təzyiq və qanda elektrolitlərin (məs., kalium) miqdarını mütamadi intervallarda yoxlaya bilər. Həkiminiz sizə kalium və kalsium səviyyəsinin aşağı olduğunu və ya kalsium səviyyəsinin yüksək olduğunu yoxlamaq üçün qan analizləri təyin edə bilər. Hamilə olduğunuzu (yaxud ola biləcəyinizi) düşünürsünüzsə həkiminizi bu barədə mütləq xəbərdar etməlisiniz. Hamiləliyin erkən dövrlərində Tripliksamın qəbulu tövsiyə edilmir. Preparat hamiləliyin 3 aydan artıq müddətlərində qəbul edilməməlidir, çünki bu uşağın sağlamlığına ciddi zərər vura bilər (bax: “Hamiləlik və laktasiya dövründə istifadəsi”). Tripliksam preparatını qəbul edərkən öz müalicə həkiminizi aşağıdakılar barədə məlumatlandırmalısınız: əgər sizi qarşıda anesteziya və ya ciddi cərrahi əməliyyat gözləyirsə; əgər sizdə son vaxtlarda ishal və ya qusma olubsa, yaxud orqanizminiz susuzlaşıbsa; əgər siz ASLP aferez (xolesterinin qandan aparat vasitəsilə çıxarılması) qəbul edirsinizsə; əgər siz arı və ya eşşəkarısı sancmalarına qarşı allergik reaksiyaların azaldılması məqsədilə desensibilizasiya kursu alırsınızsa; əgər siz tərkibində yod olan rentgen kontrast maddənin (daxili orqanların, məsələn, böyrəklərin və ya mədənin rentgen şüalarının köməyilə müayinəsinə imkan verən maddələr) yeridilməsinin tələb edildiyi tibbi müayinədən keçirsinizsə. Uşaq və yeniyetmələr: Tripliksam preparatını uşaqlara və yeniyetmələrə təyin etmək olmaz. Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Həmişə, hazırda, yaxud son günlərdə qəbul etdiyiniz preparatlar barədə həkiminizə və ya əczaçınıza məlumat verin. Şəkərli diabet və ya böyrək problemləriniz varsa, aliskiren (yüksək qan təzyiqini müalicə etmək üçün istifadə edilir) qəbul etməyin. Tripliksamın preparatı aşağıdakı preparatlarla birgə qəbulundan çəkinin: litium (maniya, manik depressiya və qayıdan depressiya kimi psixi pozğunluqların müalicəsi üçün istifadə edilir); kaliumqoruyucu diuretiklər (məs., triamteren, amilorid), kalium duzları və ya tərkibində kalium olan duzəvəzedicilər; Dantrolen; həmçinin anesteziya zamanı bədxassəli hipertermiyanı (simptomlarına çox yüksək qızdırma və əzələ sərtliyi daxildir) müalicə etmək üçün infuziya; Estramustin (xərçəngin müalicəsində istifadə edilir); Yüksək qan təzyiqini müalicə etmək üçün istifadə edilən digər dərmanlar: angiotenzin çevirici fermentin inhibitorları və angiotenzin reseptorlarının blokatorları. Tripliksam preparatı ilə müalicəyə digər preparatların qəbulu təsir edə bilər. Həkiminiz dərmanın dozasını dəyişə və/və ya digər ehtiyat tədbirləri görə bilər. Əgər siz aşağıdakı preparatların hər hansı birini qəbul edirsinizsə, bu barədə müalicə həkimizə mütləq məlumat verin, çünki onların qəbulu zamanı xüsusən diqqətli olmaq lazımdır: yüksək arterial təzyiqin müalicəsi üçün nəzərdə tutulan digər dərman vasitələri, o cümlədən angiotenzin II reseptoru blokatorları (ARB), aliskiren, diuretiklər (böyrəklər tərəfindən ifraz olunan sidiyin həcmini artıran preparatlar) (Həmçinin Tripliksam qəbul edilməsi bölməsində verilən məlumatlara nəzər salın); ürək çatışmazlığının müalicəsində istifadə edilən kaliumqoruyucu diuretiklər: gündəlik 12,5 – 50 mq arası dozalarda eplerenon və spironolakton; anestetik dərmanlar; tərkibində yod olan kontrast maddələr; bepridil (stenokardiyanın müalicəsində istifadə edilir); moksifloksasin, sparfloksasin (antibiotik – infeksiyaların müalicəsi üçün istifadə edilən dərman); metadon (asılılıqları müalicə etmək üçün istifadə olunur); dofetilid, ibutilid, bretilium, sizaprid, difemamil, prokainamid, xinidin, hidroxinidin, dizopiramid, amiodaron, sotalol (qeyri-müntəzəm ürək ritminin müalicəsi üçün); verapamil, diltiazem (ürək dərmanları); diqoksin və digər ürək qlikozidləri (ürək xəstəliklərinin müalicəsi üçün istifadə edilir); infeksiyaların müalicəsi üçün istifadə edilən bəzi antibiotiklər, məsələn, rifampisin, eritromisin, klaritromisin; itrakonazol, ketokonazol, venadaxili amfoterisin B (göbələk xəstəliklərinin müalicəsi üçün); allopurinol (podaqranın müalicəsi üçün); mizolastin, terfenadin və ya astemizol (ot qızdırması və ya allergiyaların müalicəsi üçün antihistamin preparatlar); ağır astma və revmatik artrit də daxil olmaqla, bir sıra xəstəliklərin müalicəsi üçün istifadə edilən kortikosteroidlər və qeyri-steroid iltihab əleyhi preparatlar (məsələn, ibuprofen), yaxud salisilatların (məsələn, aspirinin) yüksək dozaları; autoimmun pozğunluqların müalicəsi üçün və ya transplantasiya əməliyyatlarından sonra transplantatın qopma reaksiyasının qarşısının alınması məqsədilə istifadə edilən immunosupressant preparatlar (məsələn, siklosporin, takrolimus); tetrakozaktid (Kron xəstəliyinin müalicəsi üçün); xüsusilə də venadaxili təyin olunan qızıl duzları (revmatoid artritin simptomlarının müalicəsi üçün istifadə edilir); halofantrin (malyariyanın bəzi növlərinin müalicəsi üçün istifadə edilir); baklofen (bəzi xəstəliklər, məsələn sklerozlar zamanı baş verən əzələ sərtliyinin müalicəsi üçün); diabetin müalicəsində istifadə edilən dərman vasitələri, insulin ya metformin kimi preparatlar; kalsium, tərkibində kalsium olan qida əlavələri də daxil olmaqla; stimuləedici işlədicilər (məsələn, səna çayı); xərçəng xəstəliyinin müalicəsi üçün təyin edilən preparatlar; vinkamin (yaşlı pasiyentlərdə yaddaş pozulması da daxil olmaqla, koqnitiv pozğunluqların simptomatik müalicəsi üçün istifadə edilir); depressiya, həyəcan, şizofreniya və s. kimi ruhi pozğunluqların müalicəsi üçün istifadə edilən preparatlar (məsələn, trisiklik antidepressantlar, neyroleptiklər); pentamidin (pnevmoniyaların müalicəsi üçün istifadə edilir); ritonavir, indinavir, nelfinavir (HİV müalicəsi zamanı istifadə edilən proteaza inhibitorları); adi dazı (hypericum perforatum); trimetoprim (infeksiyaların müalicəsi üçün); heparin (qanı durultmaq üçün istifadə edilən dərmanlar); aşağı qan təzyiqinin, şokun və ya astmanın müalicəsi üçün istifadə edilən dərmanlar (məs., efedrin, noradrenalin və ya adrenalin); nitroqliserin və digər nitratlar, yaxud qan təzyiqini daha çox aşağı sala biləcək digar damargenəldici dərmanlar. İstifadə qaydası və dozası: Gündə bir tablet, səhər yeməyindən əvvəl bir stəkan su ilə içilməlidir. Həkiminiz sizin üçün düzgün dozanı seçəcək. Mümkün əlavə təsirlər: İstənilən digər dərman preparatı kimi Tripliksam da bütün xəstələrdə olmasa da, əlavə təsirlərə səbəb ola bilər. Sizdə aşağıdakı hallardan hər hansı biri baş verərsə, verilən tibbi preparatın qəbulunu dərhal dayandırın və öz müalicə həkiminizlə əlaqə saxlayın: qəfil fitverici tənəfüs, sinədə ağrı, təngnəfəslik, yaxud tənəfüsün çətinləşməsi (yayılmamış, 100 pasiyentdən 1 nəfərindən azında); üzün, dodaqların, yaxud göz qapaqlarının şişməsi (yayılmamış, 100 pasiyentdən 1 nəfərindən azında); tənəfüsün çətinləşməsi ilə nəticələnən, dilin, ağzın və boğazın şişməsi (yayılmamış, 100 pasiyentdən 1 nəfərindən azında); dəridə qəfil yaranmış səpgi, bütün bədəndə dərinin qızarması, kəskin qaşınma, suluqların əmələ gəlməsi, dərinin soyulması və şişməsi, selikli qişaların iltihabı (Stivens Conson sindromu) və ya digər allergik reaksiyalar daxil olmaqla, kəskin dəri reaksiyaları (çox nadir, 10 000 nəfərdən 1-dən azında); miokard infarktı, ürək ritminin pozğunluqları (çox nadir, 10 000 nəfərdən 1-dən azında), yaxud ürəyin həyat üçün təhlükəli ritm pozğunluğu (tezliyi məlum deyil); mədəalti vəzin iltihabı, qarında və kürəkdə kəskin ağrıya səbəb ola bilər (çox nadir, 10 000 nəfərdən 1-dən azında). Əlavə təsirlərə aşağıdakılar aid ola bilər (rastgəlmə tezliyinin azalma sırası ilə): Yayılmış (10 pasiyentdən 1 nəfərindən az, lakin 100 pasiyentdən 1 nəfərindən çoxunda); aşağrı, başgicəllənmə, ürəkdöyünmə (ürəyin döyünməsini hiss etmək), istigəlmə, vertiqo, iynəbatma hissi, görmənin pozulması, qulaqda küy, qan təzyiqinin aşağı olması nəticəsində yüngül başgicəllənmə; öskürək, təngnəfəslik, həzm pozğunluqları (ürəkbulanma, qusma, dad hissiyyatının pozulması, ağızda quruluq, dispepsiya və ya həzmin çətinləşməsi, ishal, qəbizlik), allergik reaksiyalar (dəridə səpgi, qaşınma kimi), əzələ qıcolmaları, yorğunluq hissi, yuxululuq, topuqda şişkinlik (ödem). Yayılmamış (100 pasiyentdən 1 nəfərindən azında): Əhval-ruhiyyənin tez-tez dəyişməsi, həyəcan, depressiya, yuxu pozulmaları, titrəmə, bayılma, ağrı hissiyyatının itməsi, rinit (zökəm), bağırsaq vərdişlərinin dəyişməsi, saçtökülmə, purpura (dəridə qırmızı nöqtələr), dərinin rənginin dəyişməsi, dəri qaşınması, tərləmə, sinədə ağrı, oynaq və ya əzələ ağrıları, kürəkdə ağrı, əzginlik, gecələr sidiyə getmənin tezləşməsi, sidik ifrazının tezləşməsi, ereksiyanın olmaması, qızdırma, kişilərdə süd vəzilərində böyümə və ya diskomfort, bədən çəkisinin artması və ya azalması, bəzi leykositlərin sayının artması, qanda şəkərin miqdarının azalması (hipoqlikemiya), qanda natrium səviyyəsinin azalması, ikili görmə, ürəyin tez-tez döyünməsi, vaskulit (qan damarlarının iltihabı), günəş və ya süni ultrabənövşəyi şüaların təsirinə məruz qaldıqdan sonra fotohəssaslıq reaksiyaları (dərinin görünüşünd dəyişiklik), dəridə suluqlar, əllərin, topuqların və ayaqların şişməsi, qanda sidik cövhəri və kreatinin səviyyəsinin yüksəlməsi, yıxılma, ağızda quruluq. Nadir (1000 pasiyentdən 1 nəfərindən azında): Huşun alaqaranlıq olması, laborator parametrlərdə dəyişiklik: qaraciyər fermentlərinin səviyyəsinin yüksəlməsi, plazmada bilirubin səviyyəsinin yüksəlməsi; Çox nadir (10, 000 nəfərdən 1-dən azında): Leykositlərin sayının azalması, trombositopeniya (trombositlərin sayının azalması, asanlıqla göyərmə və burun qanaxmasına səbəb ola bilər), anemiya (eritrositlərin sayının azalması), ürək-damar pozğunluqları (ürək ritminin qeyri-müntəzəm olması, ürək tutması (ürəyin qan təchizatında olan problemlərlə bağlı olub fiziki gərginlik zamanı sinədə, çənədə və kürəkdə ağrının olması ilə xarakterizə olunur)), eozinofil pnevmoniya (pnevmoniyanın nadir növü), diş ətinin şişməsi, dəridə səpgi, bütün bədən dərisinin qızarması, kəskin qaşınma, suluqların əmələ gəlməsi, dərinin soyulması və şişməsi, multiform eritema (üzdə, qollarda və ayaqalarda qaşınan qırmızı ləkələrlə başlayan dəri xəstəliyi) daxil olmaqla kəskin dəri reaksiyaları, qanayan, şişmiş və ağrılı diş əti, qaraciyər funksiyasının pozulması, qaraciyər iltihabı (hepatit), kəskin böyrək problemləri, dərinin saralması (sarılıq), qarında köp (qastrit), rigidlik, sinir pozğunluqları (zəiflik, keyimə və iyna batma hissinə səbəb olur), əzələ tonusunun artması, hiperqlikemiya (qanda şəkərin yüksək səviyyəsi), qanda kalsium səviyyəsinin yüksəlməsi, çox aşağı qan təzyiqi nəticəsində meydana çıxan beyin qan dövranı pozğunluğu. Tezliyi məlum deyil (əldə olan məlumatlar əsasında tezlik müəyyən edilə bilməz): Qaraciyər ensefalopatiyası (qaraciyər xəstəliyi nəticəsində yaranan beyin xəstəliyi), EKQ-də anormal dəyişikliklər, qanda kalium aşağı səviyyəsi, əgər siz sistem qırmızı qurdeşənəyindən (kollagen-damar xəstəliyinin bir növü) əziyyət çəkirsinizsə, pisləşmə müşahidə edilə bilər. Yaxından görmə (miopiya), dumanlı görmə. Aşağıdakı əlavə təsirlər də bildirilmişdir: rigidlik, tremor və/ və ya hərəkət pozğunluqlarının kombinasiyası müşayiət olunan pozğunluqlar. Laborator göstəricilərdə (qan analizləri) dəyişikliklər ola bilər. Mümkündür ki, həkiminiz sizin vəziyyətinizi yoxlamaq məqsədilə sizə qan analizləri təyin etsin. Gözlənilməyən əlavə təsirlər yarandığı zaman, həkimə müraciət edin. Ətraflı məlumat üçün içlik vərəqə ilə tanış olun. (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 16.06.2019-cu il tarixində təsdiq edilmiş Dərman vasitəsinin istifadəsi üzrə təlimat.)
![]()
Bir cavab yazın