

Müasir diaqnostik vasitələr burun və burun cibləri boşluğunun selikli qişasının vəziyyəti nəzərə alınmaqla ən effektiv müalicə yanaşmasını seçməyə imkan verir. Prioritet müalicə antibakterial və topik kortikosteroid terapiyası, əlavə olaraq vazokonstriktor, mukolitik, antihistamin təsirli preparatlar, nəmləndirici nazal duşlar, fitoterapiya, fizioterapiyadan ibarətdir.
E.O.Meltzer et al. (2011) tərifinə görə rinosinusit “the broad umbrella term” — “geniş çətirli termin” olaraq bir neçə qrup xəstəliyi birləşdirir: kəskin rinosinusit, xroniki rinosinusit və nazal polipoz. Çətinlik törədən məsələ klinik əlamətlərin dinamikasına, burun boşluğu sahələrinin selikli qişasının vəziyyətinə, burunyanı ciblərin həcmli və destruktiv proseslərinə davamlı nəzarətin aparılmasıdır.
Sübutlu tibb və ənənəvi klinik təcrübə bir-birini istisna etmir, bunu müasir protokollar da təsdiq edir, belə ki “daha əsaslı” antibakterial və kortikosteroid terapiyası ilə yanaşı, fitoterapiyanın və fiziki faktorların istifadəsi də yolveriləndir. RS xəstələrin mərhələli ambulator müalicəsində müxtəlif ixtisaslı həkimlər iştirak edir: xəstəliyin mənfi dinamikası və fəsadlaşma zamanı klinik qərar yanaşması daha çox birmənalıdır, lakin xəstəliyin fəsadsız gedişatı, yəni infeksion agentlərin konversiya müddəti (“viruslu”, “postviruslu” və “bakterial” kəskin RS), xroniki və residivləşən RS-in əlaməti olaraq kəskinləşmə hallarının müddəti və tezliyi standartlaşma, müalicə həkiminin təcrübəsinə və səriştəsinə bağlıdır.
RS-in Perspektivi konservativ müalicəsi nəticələrinin yaxşılaşması imkanları, selikli burun qişasının və burun boşluğu ciblərinin sonrakı davamlı iltihablaşması liqand aktivliyin öyrənilməsi ilə əlaqədardır (yeni molekullar və reseptorlar) və bəlli substansiyaların təhlilinə, o cümlədən “xalq təbabəti”nə də müraciət edir (müasir terminlər “etnobotanika” və “etnofarmakologiya”). Fitoterapiyada kapsaisin və kannabinoidlərin təsiri məlumdur, belə ki, selikli burun qişasının vaniloid zülal-termoreseptor 1 tipli (TRPV1 — transient receptor potential vanilloid) aqonistləri olaraq onların neyroepitelial kontaktları zədələməsi naşatır spirti və soyuqlamanın təsirinə bənzər “burun tənəffüsü dolğunluğu” hissiyyatı ilə müşayiət olunur.
Daha az dərəcəli spesifik yanaşma farmakoloji tədqiqatlarda ADMET-analiz kimi ifadə olunur (ingilis.: Absorption, Distribution, Metabolism, Excretion, Toxicity),
0mahiyyətcə RS-in konservativ müalicəsinə avropa Siklamenası (TQSE) triterpen qlikozidlərinin (saponinlərin) daxil edilməsindən ibarətdir. TQSE selikli burun qişasının xolinergik trigeminal reseptorlarını qıcıqlandırmaqla onun sekretor aktivliyini gücləndirir, protektiv və detergen (sabunlaşdırıcı) təsir göstərir.
Uşaq yaşlarında gecələr güclənən öskürək, seliyin gənziyə axması, yuxunun pozulması müşahidə olunur. Simptomların 4 həftədən az davam etməsi kəskin, 12 həftədən çox davam etməsi xroniki RS mərhələsinə uyğundur. Bədən temperaturunun 38ºS –dən çox yüksəlməsi, simptomların VAŞ-a görə yüksək qiyməti və 1 həftədən çox davam etməsi RS gedişatının ağırlığına dəlalət edir. Xəstəliyin başlanğıcı pasiyent tərəfindən qeyd edilirdi, müalicənin başlanıcı isə “otorinolarinqoloqa müraciət anına” təsadüf edir.
Endoskopik müayinə əksər hallarda qrupların formalaşası, xəstəliyin ağırlığının və dinamikasının qiymətləndirilməsi meyarı kimi istifadə olunur. Selikli qişanın iltihablaşması (ödem, hiperemiya), ifrazatın xarakteri (selikli, irinli, miqdarı), ön, orta və arxa burun boşluğu şöbələrinin müqayisəli qiymətləndirilməsi müalicə həkimi tərəfindən aparılır.
Burunyanı ciblərin rentgenoloji rekonstruksiya üsulları müalicə başlanarkən tətbiq olunur. Mənfəzin tutqunluğu RS əlaməti sayılır, tutqunluğun azalması isə müsbət dinamikadır. Əksər hallarda ikiölçülü istifadə olunur. Ayrı-ayrı hallarda selikli burun qişasının endomikroskopiyası və lazer doppler floumetriya üsullarından istifadə edilir.
• TQSE istifadəsi alınan təmizləyici effekt nazal seliyin axarlığının artması hesabına mümkün olur.
• TQSE selikli qişaya bronxial ağac surfaktantının təsirinə oxşar protektiv
təsir göstərir. Mukosiliar klirensin və burun strukturlarının keçiciliyi saxlanılmaqla nazal seliyin miqdarının və axarlığının artması selikli qişanın sanasiyasını tezləşdirir və iltihablaşmanı azaldır. Burun boşluğu selikli qişasının mikrosirkulyasiyası yaxşılaşır, adaptiv və iltihab əleyhinə effekt güclənir.
• Pseudomonas aeruginosa kulturunun biopərdəsinə təsir etməklə ftorxinolon antibiotiklərin antibakterial effektini gücləndirir.
Bir cavab yazın