Bagla

Həkimdən soruş

Hekimden sorus







Dünya Azərbaycanlılarının V Qurultayı ilə əlaqədar TƏBİB-in ərazi tibbi müəssisələri gücləndirilmiş iş rejimində çalışır

Dünya Azərbaycanlılarının V Qurultayı ilə əlaqədar TƏBİB-in ərazi tibbi müəssisələri gücləndirilmiş iş rejimində çalışır. Məlum olduğu kimi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı öz işinə başlayıb.
65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və 1000-dən çox qonağın iştirak etdiyi tədbirin iştirakçılarını zərurət yarandıqda tibbi xidmətlərlə təmin etmək üçün TƏBİB-in ərazi tibbi müəssisələri tədbir müddətində gücləndirilmiş iş rejimində çalışacaq. Hazırda Şuşa Modul Xəstəxanası 24 saat xidmət göstərməkdədir.
Eyni zamanda, tam təchiz olunmuş Təcili və Təxirəsalınmaz Yardım birqadaları (16 briqada) tədbirin keçirildiyi məkana, qonaqların yerləşdirildiyi mehmanxanalara və Füzuli Mərkəzi Xəstəxanasına cəlb olunub.
Tədbir iştirakçılarından “COVlD-19” üzrə PZR test nümunələrinin götürülməsi də TƏBİB tərəfindən təmin edilib.
TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov tibbi xidmətlərin təşkili ilə bağlı vəziyyətlə yerində tanış olmaq üçün Şuşada səfərdədir.

 3610    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *