Bagla

Həkimdən soruş

Hekimden sorus







Yeni “Made in Azerbaijan” əczaçılıq məhsulları artıq bazarda

 

Azərbaycanın ilk elmi əsaslı əczaçılıq şirkəti olan “Parla Pharmaceuticals” endokrinoloji dərman vasitələrinin istehsalı ilə bağlı ölkənin qabaqcıl endokrinoloqları ilə birgə görüş təşkil edib və onlardan məsləhətlər alıb.

 

Azərbaycanda yüksək keyfiyyətli yerli dərman istehsalına dəstək məqsədilə “Parla Pharmaceuticals” şirkəti Azərbaycan Endokrinoloqları Elmi Cəmiyyəti və Azərbaycan Diabet Cəmiyyətinin dəstəyi ilə Endokrinoloji Müşavirə Şurasının görüşünü həyata keçirib. Ölkənin qabaqcıl endokrinoloqları, eləcə də Azərbaycan Diabet Cəmiyyətinin sədri “Parla Pharmaceuticals” şirkətinin yeni endokrinoloji məhsullarının bazara çıxışı ilə bağlı şirkətə öz tövsiyələrini verib, həmçinin bu barədə fikir mübadiləsi aparıblar.

 

“Yerli dərman istehsalının əsas məqsədlərindən biri idxaldan asılılığı azaltmaq və dərman vasitələrini bütün pasientlər üçün münasib və əlçatan etməkdir. Hazırda ölkəmizdə yerli istehsala böyük ehtiyac var. “Parla Pharmaceuticals” şirkətinin dərmanları Səhiyyə Nazirliyi tərəfindən ciddi yoxlama və testlərdən keçir, buna görə də dərmanların keyfiyyət və təhlükəsizliyinə tam güvənirik”, – deyə Səhiyyə Nazirliyinin baş endokrinoloqu Babək Salek Qənnadi görüş zamanı bildirib.

 

Ölkənin qabaqcıl endokrinoloqlarından olan “HB Güvən” klinikasının həkim-endokrinoloqu Gülay Həsənqızı isə qeyd edib ki, şirkətin məhsul portfelinə həm biotexnoloji və nanotexnoloji, həm də klassik dərman vasitələri daxildir:

“Bu ölkəmiz üçün böyük fürsətdir. Bununla Azərbaycan da dünyada bu cür yüksək texnologiyaya sahib az sayda ölkələr sırasına daxil olur”. O, hesab edir ki, bu dərman vasitələri Azərbaycanda pasientlərin həyat keyfiyyətinin yaxşılaşdırılmasında böyük müsbət təsirə malik olacaq.

 

“Əlimizdə olan məlumatlara əsasən, “Parla”nın yerli dərman vasitələrinin effektivliyi və təhlükəsizliyi yüksəkdir. Yerli dərman istehsalı ölkəmiz üçün böyük irəliləyişdir və hər birimiz bu inkişafa dəstək olmalıyıq”, – deyə Azərbaycan Endokrinoloqları Elmi Cəmiyyətinin sədri Valeh Mirzə-zadə görüş zamanı əlavə edib.

 

Biotexnoloji dərman vasitələrinin istehsalına gəldikdə isə, “Parla Pharmaceuticals” hazırda texnologiya transferi ilə öz innovativ fəaliyyətini genişləndirmək üçün dünyanın bir sıra qabaqcıl şirkətləri ilə danışıqlar aparır. Şirkətin dərmanlarının Azərbaycanda satışı ilə yanaşı, onların bir çox ölkələrə ixracı və qarşılıqlı ixrac imkanları da nəzərdə tutulub. 

 

“Baku Medical Plaza”nın aparıcı endokrinoloqu Hidayət Məmmədzadə şirkətin dərman vasitələrinə tam dəstəyini ifadə edib. O, qeyd edib ki, dərman vasitələrinin ixracı ölkəmiz üçün strateji məsələdir. Həkim “Parla Pharmaceuticals” şirkətinin artıq bir sıra ölkələrə ilkin ixrac fəaliyyətinə başlamasını təqdirəlayiq hal kimi dəyərləndirib.

 

Sonda Azərbaycan Diabet Cəmiyyətinin sədri Mömünat Ömərova dərman vasitələrinin təminatında yerli şirkətlərin keyfiyyət və pasientlərin təhlükəsizliyi amillərini nəzərə almasının vacibliyini vurğulayıb. O hesab edir ki, yerli istehsal pasietlərin daha əvvəl də üzləşdiyi dərman çatışmazlığı riskini azaldacaq. Görüş zamanı o, həmçinin əlavə edib ki, şirkətin bu təşəbbüsü pasientlər və ölkə əhalisi tərəfindən rəğbətlə qarşılanacaq və dəstək alacaq.

 

Azərbaycanın ilk elmi əsaslı əczaçılıq şirkəti olan “Parla Pharmaceuticals” 2019-cu ildə fəaliyyətə başlayıb və “Made in Azerbaijan” brendi altında yüksək keyfiyyətli dərman vasitələrinin istehsalı ilə yerli dərman istehsalına və ölkənin qeyri-neft sektorunda ixracın həcminə öz töhfəsini verməyi hədəfləyir. Şirkətin bir neçə adda dərman vasitəsi artıq apteklərdə satışdadır.

 

“Parla Pharmaceuticals” şirkətinin direktoru Araş Nosrati Heravi bildirib ki, “Parla Pharmaceuticals” qabaqcıl qlobal əczaçılıq brendi olmağı planlaşdırır:

“Bu böyük məqsədə nail olmaq üçün şirkətin aparıcı həkimlərin dəstəyinə ehtiyacı var və inanırıq ki, Azərbaycan əhalisi bizim ən əsas dəstəkçilərimizdir”.

 


 2059    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *