Bagla

Həkimdən soruş

Hekimden sorus







Tibbi Xidmət İdarəsi Bio-Etika komissiyasının ilk iclası keçirilmişdir

 

25 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin  rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyevin sədrliyi ilə Bio-Etika komissiyasının ilk iclası keçirilmişdir.

 

İclasda Mərkəzi Gömrük Hospitalının bazasında klinik tədqiqatların, o cümlədən beynəlxalq  çoxmərkəzli tədqiqatın aparılması üçün daxil olmuş 3 müraciətə baxılmışdır. Əsas tədqiqatçılar çıxış edərək hər bir klinik tədqiqat haqqında məlumat vermiş, komissiya üzvlərinin suallarını cavablandırmışdır. Müzakirələrdən sonra komissiya təqdim edilmiş tədqiqatların qəbul olunmuş etik standartlara cavab verdiyini nəzərə alaraq, onların Mərkəzi Gömrük Hospitalı bazasında keçirilməsi üçün müsbət rəy vermişdir.


 506    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *