Bagla

Həkimdən soruş

Hekimden sorus







Sabunçu rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş səhiyyə aksiyası keçirilib

 

7 aprel tarixində Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası və “Sağlamlığa Xidmət” İсtimai birliyinin təşkilatçılığı ilə Sabunçu rayonunda yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Bakı Dövlət Sosial-iqtisad Kollecində səyyar ağciyərlərin rentgen müayinəsi keçirilmişdir. Tədbir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Sabunçu rayon İcra Hakimiyyəti ilə birgə təşkil edilmişdir.

 

Müayinələr zamanı 100-dən çox tələbə və kollec heyəti profilaktik olaraq müayinə olunmuşdur. Aksiyada Bakı şəhər 12 saylı poliklinikanın radioloqu Hüseynova Nərgiz, “Sağlamlığa Xidmət” İсtimai birliyinin həkim ftiziatoru Samirə Muxtarova və Mediclub klinikasının radioloqu Kərimov Rövşən müayinələr zamanı diaqnozun təyin edilməsində iştirak etdilər.

 

Müayinələr Yaponiyanın Fujifilm şirkətinin portativ və süni intellekt üstünlüyünə malik rentgen qurğusu ilə həyata keçirilmişdir. Qeyd edək ki, rentgen qurğusu Yaponiyanın Azərbaycandakı Səfirliyinin ianəsi əsasında əldə olunmuşdur.

 


 615    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *