Bagla

Həkimdən soruş

Hekimden sorus







Uşaqlarda diabet

Balaca uşaq diabetlə xəstələnibsə, bu azarı nəzarət altında saxlamaq lazımdır. Əsas qaydaları müalicə həkimi izah edir, bununla belə, gözlənilməsi lazım olan xeyli məqamlar da var.
Əvvəlcə, 1-ci tip diabet haqqında. Uşağın atası xəstədirsə, irsən qazanılma ehtimalı 4-6%, anası xəstədirsə – 2-3% təşkil edir. Bu gün, hətta qanda şəkərin səviyyəsi normadadır və xəstəlik əlamətləri hələ yoxdursa belə, diabetin irsən keçdiyini təyin etmək mümkündür. Bunun üçün «HLA-sistemin tədqiqi» adlanan xüsusi analiz aparılır. Tədqiqat molekulyar genetika laboratoriyasında aparılır.
Uşaqda diabetə qarşı irsi meyllik aşkar edilərsə, xəstəliyin inkişaf etməsini dayandırmaq lazımdır. Diabetin başlanmasına virus infeksiyası təkan verə bilər: məxmərək, suçiçəyi, hepatit, hətta qrip.
Körpəni bu xəstəliklərdən peyvəndlər qoruya bilər. Orqanizmi bədən tərbiyəsi bərkidir. Piylənmə, şirniyyatdan sui-istifadə, hərəkətsizlik və mədəaltı vəzi xəstəlikləri də şəkərli diabetə şərait yaradır.
Ailəliklə sağlam qidalanın – çoxlu meyvə və tərəvəz yeyin, şirniyyat və yağlı məhsullardan az istifadə edin. Asudə vaxtını televizor və kompüter qarşısında keçirməkdənsə, qoy uşaq təmiz havada fəal istirahət etsin.

Diabetə aparan yol ciddi stresdən keçir. Körpəni mümkün qədər acı təəssüratlardan qoruyun.
İldə bir dəfə körpənin qanında şəkərin səviyyəsini yoxlamaq lazımdır. Bunu uşaq hər dəfə virus xəstəliyindən sağaldıqdan sonra da etmək lazımdır. Bu sadə bir tədbirdir, amma, xəstəliyi lap başlanğıcında nəzarətə almaq imkanı yaradır.

2-ci tip diabet uşaqlarda nadir hallarda inkişaf edir. Ona düçar olanlar, adətən, qırx yaşını adlamış artıq çəkidən əziyyət çəkən insanlardır.
İnsulindənasılı diabet, yəni 1-ci tip diabet mədəaltı vəzin beta-hüceyrələri məhv olmağa başlayan zaman əmələ gəlir. Birdən-birə orqanizm bu insulin istehsalçılarını düşmən hesab edib onları məhv edir.

Xəstəliyin əvvəlində, həqiqətən də, davamlı remissiya dövrü yaranır – o, həm də “bal ayı” adlanır. Bu, diabetin lap erkən mərhələdə “yaxalanması” və yaxşı tənzimlənilməsi şəraitində mümkündür – insulin inyeksiyası, düzgün seçilmiş pəhriz və fiziki hərəkətlər sayəsində qanda şəkərin səviyyəsi norma daxilində olur. İnsulin dəstəyi alan beta-hüceyrələrin məhv olması ləngiyir. Şəkər də, demək olar ki, normaya yaxınlaşır.

Əvvəllər bu mərhələdə insulin ləğv olunurdu. Sonralar məlum oldu ki, bu zaman beta-hüceyrələrin yükü yenə artır və remissiya dövrü tez bitir. Əgər, bu məqamda insulin az dozada yeridilərsə, əminamanlıq dövrü, hətta bir neçə il uzanacaq.

İlk vaxtlarda qlükometrlə işləmək daha asandır, nəinki, test-zolaqlarla. Bir damla qan qlükometrin test- zolağına damlanır və hazır rəqəm çıxır – tutaq ki, 5 mmol/l. Vizual test-zolaqlar başqa prinsiplə işləyir. Qan damlası ilə təmasdan sonra zolağın rəngi şəkərin qatılığından asılı olaraq dəyişir. Zolağın rəngi etalon-cədvəllə müqayisə edilir və bununla da qanda şəkərin səviyyəsi təyin edilir. Nəzərə alsaq ki, şəkər gündə ən azı 4-5 dəfə yoxlanılmalıdır, valideynlər test-zolaqlara alışır.

Test-zolaqlara əlavə edilən təlimat vərəqinə ciddi riayət olunsa, onların köməyi ilə şəkəri qlükometr qədər dəqiq təyin etmək olar. Belə ki, qan damlasının test-zolağın üzərində qalma müddəti çox dəqiqliklə, saniyəölçənlə izlənilməlidir. Tələb olunan vaxt keçdikdən sonra qanı zolaqdan yalnız göstərilən üsulla silmək olar – ya quru pambıq, ya təmiz su ilə. Bəzi valideynlər bu xırdalıqlara diqqət yetirmir, amma istehsalçının tələblərinə məhəl qoymamaq analizin nəticələrinə təsir edir.

Vizual test-zolaqların ən böyük üstünlüyü əlverişli olmasıdır – onlar qlükometr zolaqlarından xeyli ucuzdur və qənaətlə sərf olunur – hər zolağı uzununa 3-4 hissəyə kəsmək olar.
Yaxın zamanlarda istifadəyə buraxılan ultraqısa insulin yeniliklərə aiddir. Klassik insulin terapiyası sxemi – səhər və axşam uzun təsir müddətli, hər qida qəbulundan əvvəl – qısa təsir müddətli insulin vurulur.

“Uzun” sağlam insan orqanizmində mövcud olan insulin fonunu saxlayır, “qısa” isə yemək vaxtı baş verən insulin tullanışını əvəz edir. Qısa insulini indi ultraqısa ilə əvəz etmək olar.
“Ultranın” bir neçə üstünlükləri var. Qısa insulin qabaqcadan vurulur – yeməkdən 20-30 dəqiqə əvvəl. Ultraqısa isə vurulduqdan dərhal sonra təsir etməyə başlayır – demək, onu birbaşa yeməkdən əvvəl və sonra vurmaq olar. Çox rahatdır – körpəni yedizdirdikdən sonra qidanın miqdarına uyğun insulin vurulur. Qısa insulinlə çətinliklər yaranırdı. Körpənin bir boşqab yediyi hesabından insulin vurulurdu, əslində isə o, cəmi bir-iki qaşıq yeyirdi. Şəkər düşməsin deyə, əlavə olaraq konfet verilirdi.

Daha bir məqam. Qısa insulin təsirini vurulduqdan 4-6 saat sonra itirir. Odur ki, yeməkdən üç saat sonra körpəyə nə isə yedirmək lazım gəlirdi ki, hələ təsirini itirməmiş qısa insulin şəkərin səviyyəsini salmasın və hipoqlikemiya yaranmasın. Ultraqısa isə cəmi 3-4 saat təsir edir. Əlavə qida qəbuluna ehtiyac yaranmır.

Qısa insulindən ultraqısaya keçmək çətin məsələdir. Bir preparatı digəri ilə yalnız endokrinoloqun nəzarəti altında əvəz etmək olar. Daha bir yenilik – barmağı ağrısız deşən lazer cihazıdır.

Şəkərin səviyyəsi 4 mmol/l-dən aşağı düşürsə, hipoqlikemiya ehtimalı artır. Vaxtında yardım göstərilməsə, bir neçə saata hipoqlikemik koma inkişaf edə bilər.

Amma şəkər səviyyəsinin yüksək (8 mmol/l-dən artıq) olmasına da diqqətsiz yanaşmaq olmaz. Hiperqlikemiya – qanda şəkər səviyyəsinin əhəmiyyətli dərəcədə artması – təxminən 12 gün ərzində baş verir. Bu məqamı gözdən qaçırmaq və hiperqlikemik komanın yaranmasına yol vermək çətindir.

Şəkər səviyyəsinin yüksək olması ciddi fəsadlar törədə bilər: görmə qabiliyyətinin, böyrək funksiyasının pozulması, ağız boşluğunun iltihabi xəstəlikləri.

Balaca uşaqlarda şəkər səviyyəsinin azalması və ya qalxmasını nəzarətdə necə saxlamaq olar? Bu hallara gətirib çıxaran səbəbləri bilmək lazımdır. O zaman, şəkəri vaxtında ölçər və lazımi tədbir görmək olar – insulin miqdarına və pəhrizə düzəliş edər, ağırlaşmanın qarşısı alınar.

 

Şəkər səviyyəsinin azalma səbəbləri:
– gərgin və alışılmamış fiziki yük. Tutaq ki, körpə həmişəkindən az yedi, sonra çox hərəkət etdi
– qusma ya ishal
– insulin dozasının aşılması.

 

Şəkər səviyyəsinin qalxma səbəbləri:
– çoxlu miqdarda şirin və yağlı qida qəbulu
– buraxılmış insulin inyeksiyası
– soyuqdəymə, yüksək hərarət
– fiziki hərəkətsizlik
– stress

Təbii ki, uşağın əhvalı, ümumi vəziyyətinə diqqətlə nəzarət etmək lazımdır. Süstlük, solğunluq, tərləmə, iştahanın güclənməsi, narahat yuxu, əsəbilik – uşağın davranışı ya əhvalında istənilən səbəbsiz dəyişiklik şəkərin növbədənkənar ölçülməsinə əsasdır.


 5099    PAYLAŞ |

üçün 3 cavab

  1. Nuraliyeva dedi ki:

    Salam menim işagimda barmagindan yoxlamisam 115 gösderim accqarina bu normaldimi doktor?

  2. Xuraman dedi ki:

    Salam 7 yasinda usaqda qanda seker95.14 cixib bu normaldi ya risk qrupuna aiddi.analiz damarda qanla gotrulub

  3. Rafiq dedi ki:

    Salam. Usaqi analiz elletdirdik seker 29.9 cixdi. Bu ne demekdir. Coxmu pis bir seydi

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *