

Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilən qadınlarla görüşüb.
Komitə sədri təltif edilənlərin sırasında “Tərəqqi” medalına layiq görülmüş Azərbaycan Fitoteapevtlər İctimai Birliyinin sədri, Tibb elmləri doktoru, “Nərgiz” Klinkasının baş həkimi Məlahət Qəhrəmanovanı təbrik edərək mükafatını təqdim edib.
Məlahət Qəhrəmanova hər il ölkə başçısının Sərəncamı ilə qadınların təltif edilməsinin cənab Prezident İlham Əliyevin Azərbaycan qadınlarına verilən dəyərin göstəricisi olduğunu xüsusi olaraq qeyd edib. Ona göstərilən etimada görə dövlət başçısına minnətdarlıqını bildirib.
Qeyd edək ki, Məlahət Qəhrəmanova 25 may 2023-cü il tarixində Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.



Bir cavab yazın