Bagla

Həkimdən soruş

Hekimden sorus







Azərbaycanlı həkimdən böyük uğur – Fəxri professor Mirəzim Zaidov (VİDEO)

 

İsveçrənin Montro Universitetinin Fəxri professoru, Estetik, Plastik, Rekonstruktiv cərrah, Psixologiya üzrə fəlsəfə doktoru Mirəzim Zaidov Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Elmi şurasının qərarı ilə Akademiyanın həqiqi üzvü seçilib. Fəxri professor elmi dərəcəsinə layiq görülüb.

 

Mirəzim Zaidov Türk dünyası tibbinə göstərdiyi böyük xidmətlərə və Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafındakı uğurlu fəaliyyətinə görə Akademiyanın qızıl medalı ilə təltif olunub.

 

Eyni zamanda böyük tibb xidmətlərinə görə Mirəzim Zaidov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının təqdimatı ilə Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyası Rəyasət Heyətinin qərarı ilə “Hippokrat” ordeni ilə də təltif edilib.

 

Görkəmli həkim, professor Dr. Mirəzim Zaidovu “Ailə Həkimi” jurnalı redaksiyası adından təbrik edir, bu çətin və şərəfli fəaliyyətində uğurlar arzulayırıq!


 3266    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *