

İcbari tibbi sığorta sisteminin tətbiqindən tibb işçilərinin məmnunluq səviyyəsini öyrənmək məqsədilə anonim sorğu aparılır.
Sorğu USAİD Azərbaycan Missiyasının dəstəklədiyi ABŞ-ın FHI 360 təşkilatının MG Consulting və Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzlə birgə icra etdiyi “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti” (ECSOFT) layihəsi çərçivəsində baş tutan “Səhiyyədə ictimai iştirakçılıq və icbari tibbi sığorta haqqında maarifləndirmə təşəbbüsləri” adlı fəaliyyətlər sırasında həyata keçirilir.
Bu barədə məlumat sorğunu keçirən “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva tərəfindən verilib.
Bildirilib ki, sorğunun keçirilməsi zamanı anonimlik qorunur. Sorğu aşağıda qeyd olunan linkə daxil olmaqla bir dəfə cavablandırıla bilər:
Tibb işçilərinin sorğuda yer alan rəy və təklifləri Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim ediləcək və icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi istiqamətində önəmli töhfəsini verəcək.
Bir cavab yazın