Bagla

Həkimdən soruş

Hekimden sorus







Millimizin üzvü Tural Həsənlinin səhhəti ilə bağlı

 

Dünən günorta saatlarında Azərbaycan milli voleybol komandasının kapitanı, “Xarı Bülbül” (Şuşa) komandasının voleybolçusu Tural Həsənli MƏLHƏM Beynəlxalq Hospital’a ağır klinik vəziyyətdə, bağırsaq qanaması və kəskin qan itirmə (hb 3 g/dl) diaqnozu ilə xəstəxananın ümumi cərrahı uzman dr. Mahmud Mahmudov tərəfindən qəbul edilmişdir.

 

8 gün öncə başqa mərkəzdən mədə deşilməsi (perforasiyası) diaqnozu ilə qəbul edilib, böyük həyati təhlükəsinə rəğmən uğurla əməliyyat olunaraq evə yazılmış xəstəmizə təcili və təxirəsalınmaz qan köçürülməsindən sonra dərhal endoskopiya (gastroskopiya) olunaraq bu dəfə onikibarmaq bağırsağın başqa seqmentində bir damarın şiddətli (profuz) qanadığı aşkarlanmışdır.

 

Endoskopik prosedurla dayandırmayacaq qədər böyük damarın şiddətli qanaxmaya davam etdiyi və xəstənin klinik vəziyyətinin kritik olması üzərinə xəstə uzman Dr. Mahmud Mahmudov tərəfindən dərhal əməliyyata alınaraq 3 saatlıq mürəkkəb əməliyyat nəticəsində qanaxma dayandırıldı.

 

Gecə reanimasiyaya tənəffüs cihazına bağlı (entubasiya olunmuş) şəkildə yerləşdirilmiş xəstə bu gün saat 12 radələrində tənəffüs cihazından uğurla ayrıldı.
Xəstənin uzun illərdir çox sayda var olan qanamağa meylli xoraları ilə əlaqədar riskləri qalmaqla bərabər vəziyyəti qənaətbəxş-stabildir.
Allah bütün xəstələrimizə şəfa versin…


 1148    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *