Bagla

Həkimdən soruş

Hekimden sorus







Təbabət və təsviri sənət

Hələ bu gün də aktuallığını itirməyən şüa seansı nə vaxtdan tibbə məlumdur? Üsulun üstün və fərqli cəhətləri nə idi?

“Xərçəng xəstəliyinin şüa ilə müalicəsində ilk cəhdlər” Georges-Alexandre Chicotot

Fransız həkimi və rəssamı Jorj Şikot (Georges-Alexandre Chicotot, 1868-1921) “xərçəng xəstəliyinin şüa ilə müalicəsində ilk cəhdlər” adlı rəsm əsərində şüa terapiyası seansını təsvir etmişdir. Rəsm əsərində həkimin başına geydiyi qara şlyapa xəstənin açıq sinəsindən daha çox diqqəti cəlb edir. Əsər 1907-ci ildə çəkilmiş və qeyd edilən avtoportretdə Jorj Şikot süd vəzi xərçənginin müalicəsində özünün tətbiq etdiyi ilk seansı təsvir etmişdir. (Paris Hospital Broca, 1899).

Portretdə əks olunan təsvir – həkimin sağ əlində tutduğu  cihazla şüalanmanın intensivlik dərəcəsini, sol əlində tutduğu saniyəölçənlə isə  seansın müddətinin 10 saniyədən ibarət olduğunu  əks etdirir.

Şikotun həyatı  haqqında məlumatlar azdır. O, Parisdə Gözəl Sənət əsərləri Milli Məktəbini bitirmiş, lakin sonralar tibbi öyrənmək qərarına gələrək 1908-ci ildə Ali Tibb Məktəbinə (Ecole de Medicine) qəbul olunmuşdur. Şikot Broka xəstəxanasında Radiologiya şöbəsinə rəhbərlik etmiş və bu mənada onu ilk Fransız radioloqlarından biri adlandırmaq olar. Maraqlıdır ki, bütün bu illər ərzində Şikot həkim işləsə də, yaradıcılıq fəaliyyətini də davam etdirmişdir. 1887-1913-cü illərdə onun əsərləri  demək olar ki, hər il dəfələrlə Paris Salonlarında təqdim olunmuşdur. Hər şeydən əvvəl  Şikot bir həkim olduğunu nəzərə alaraq, mütəmadi surətdə özünün peşə fəaliyyətini bir çox rəsm əsərlərinin mövzusuna çevirmişdir.

 

Georges Shikoto. “İntubasiya”, 1904- cü il

 

Onun digər “Intubasiya” adlı (Le Tubage, 1904) əsəri də vardır. Təsvir tənəffüs orqanlarının iltihabi xəstəliklərinin müalicəsini göstərir (əsər həkimin difteriya ilə xəstələnən bir uşağı intubasiya etməsi haqqındadır  (incəsənətdə bu  haqda oxuya bilərsiniz). Hər iki əsər avtoportret şəklindədir və hazırda Parisdə Xəstəxanalara İctimai Yardım Muzeyində (Le Musee de l’Assistance Publique Hôpitaux de Paris) toplu olaraq qorunub saxlanılır. Rəssamın daha az tanınmış, ancaq daha çox tibbi cəhətdən əks olunan digər portreti də var.

 


Georges Shikoto. Avtoportret

 

Həmin dövrdə şüalarla müalicənin mümkün təhlükəsi barədə heç bir fikir olmamışdır: Həkim özü də, xəstə də rentgen şüalarından qorunmurdı, şüalardan məcburi surətdə qorunma yalnız 1922-ci ildə tətbiq olundu. 1921-ci ildə vəfat edən Şikotonun ölümünün səbəbi məlum olmasa da, tərcümeyi-halı onun daim təhlükəli şüalarla təmasda olması və onların təsiri nəticəsində öldüyünü xatırladır. Təəssüf ki, bu həqiqətən belə idi.

 

EMIL HENRIX GRUBBE

Şişlərin müalicəsində onların yayılmasını təmin edən xüsusi hüceyrələrin böyüməsi, eləcə də inkişafını dayandıran  və hətta “məhv edən” şüalanma metodunun atası Emil Henrix Grubbe (Emil Herman Grubbe 1875-1960) olmuşdur. O, bu metodun qeyri-adi, həm də son dərəcə əhəmiyyətli olması ehtimalını aşkarlamışdır. Emil Henrix şüa ilə müalicə üsulunu tətbiq etdikdən yalnız bir neçə il sonra özü də təhlükəli şüaların təsirinə məruz qalaraq, xroniki şüa xəstəliyinin əlamətlərini hiss etməyə başlamışdı.

Belə ki,şüalanmanın bir xəstəlik və bir müalicə üsulu kimi ehtimal edilməsindən yarım əsr sonra Grubbe artıq yuxarı dodağın şişindən əziyyət çəkirdi və barmaqlarının bir neçəsini itirmişdi, həyatının sonunadək onun sol yuxarı ətrafı bütünlüklə amputasiya edilmişdir. Demək olar ki, o, evdən bayıra çıxmır və xəstələrlə, evə gələn qonaqlarla arakəsmə arxasında sanki gizlənənərək danışırdı. Atom bombası ilə əlaqədar verdiyi müsahibələrin birində isə Grubbe fotoşəkil çəkməyi qərara almışdır.

Digər tərəfdən öz müsahibəsində O, “Rusiya və Amerika dərhal nüvə sınaqlarını dayandırmalıdır, çünki radiasiya nə edəcəyini bilirəm! “deyə söyləmişdir.

Emil Qrubbe karyerasının başında və 50 il sonra.

 

Burada Grubbe “Radiolog-Münxauzen” haqqında oxuya bilərsiniz.

Xəstəlik və  incəsənət, rəssam

 

Şüalanma xəstəliyinə aid fotogündəlik həkim, Mihran Krikor Kassabian(1870-1910) tərəfindən də hazırlanmışdır: ilk fotoşəkil prosesin başlanğıc mərhələsinə aiddir, ikinci fotoşəkildə artıq xronik radiasion dermatit əlamətləri nəzərə çarpır, üçüncü fotoşəkil isə (1908) əl barmaqlarının bir neçəsində dəri örtüyünün xronik xoralı-nekrotik zədələnməsini, maliqnizasiya prosesini əks etdirir.

Sonuncu fotoşəklin 1909-cu ildə, xərçəng  metastazından əziyyət çəkən xəstənin ölümündən bir neçə ay əvvəl hazırlanması qeyd edilir.

 


Bartel Bexam (1502 — 1540)”Ölüm və qız 

 

 

VERTHEYMİN ƏMƏLİYYATLARI

Uşaqlıq boynunun xərçəngi  XIX əsrdə yaşamış bir qadının ölümünə səbəb olmuşdur. Alman cərrahı Konrad Langenbek (1776-1851) bu cür xəstələrə kömək etməyə çalışan ilk şəxs idi: 1813-cü ildə o, uşaqlıq yolundan daxil olmaqla uşaqlıq üzərində əməliyyat edib, onu çıxarmışdır. Belə bir əməliyyat üsulu heç kimdə sonralar  xəstəliyin reqressiyasına gətirib çıxarmamışdır. Daha sonralar digər bir əməliyyat üsulu ilə qarın nahiyəsində kəsik aparıb (qarın boşluğuna daxil olma) uşaqlığın çıxarılmasını həyata keçirdilər. Bu üsul cərrah-ginekoloq Wilhelm Freund (1833-1917) tərəfindən tətbiq edilmişdir.

Avstriyalı cərrah Ernst Wertheym (Ernst Wertheim, 1864-1920) qarınaltı nahiyədə kəsik aparmaq üsulunu tətbiq etdi. 1898-ci ildə uşaqlığın radikal üsulla götürülməsi əməliyyatının – bir sıra fərqli cəhətləri var idı. Belə ki, qeyd edilən əməliyyat üsulunda nəinki uşaqlıq, həmçinin yumurtalıqlar limfa düyünləri ilə birlikdə, eləcə də uşaqlıq yolunun çox hissəsinin götürülməsi xərçəngin sonrakı inkişafının qarşısını almağa kömək etmiş oldu. Bartel Bexam (1502 — 1540)”Ölüm vəqız”adlı rəsm əsərində Vertheymin apardığı əməliyyatları təsvir etmişdir.

Digər həkimlərin apardıqları əməliyyatlar üçün protokollar tərtib edilməsinə  baxmayaraq, “Wertheim əməliyyatı” adlandırılan portretlər məhz  (uterus extirpation, panhysterectomy) bu əməliyyatı göstərir: Clark (CV Clark, USA, 1895), Şapyu və Faure H. Chaput, J. Faure, Fransa, 1896), A. P. Qubarev (Rusiya, 1897).

Əməliyyatlar qanlı idi və sonradan bir sıra ağırlaşmalar və fəsadlarla nəticələnirdi. 1898-ci ildə şüa ilə müalicə dövrü başladı.

Bu müalicəni yerinə yetirmək mümkün olmadıqda isə ona alternativ olaraq cərrahi müalicə üsulu təqdim edildi.


Con Kuinsi AdamusErnest Vertheym və uşaqlığın radikal üsulla götürülməsi“, 1900-cü il. 

 

 

VİVİAN – ƏSİL, BÖYÜK FOTOQRAF

Bir neçə il bundan əvvəl  küçələrdə dolaşan və əsərləri satışda olan bir fotoqraf haqqında öyrənərkən bu sirli hadisədən artıq fotoqrafiya ilə maraqlanan hər bir kəsin xəbərdar olduğunu düşündüm. Haqqında söhbət açacağım şəxs bir fotoqraf qadına məxsusdur. 2007-ci ildə Çikaqoda qorunub saxlanılan əsərlər bir konteynerin satışından sonra aşkar edilmişdir. Məlum olub ki, bu fotoqraf  qadının minlərlə fotoşəkilləri vardı – onların içərisində çəkilib, lakin hələ çıxarılmayanlar, hətta qutularda yığılıb qalanları belə olmuşdur.O fotoqraf qadın-Vivian Mayer (1926, New York – 2009, Chicago) idi. Bəs onun əsərləri necə üzə çıxmışdır?

Bu Vivianın əsərlərinin neqtivlərinin tapılmasından sonra olmuşdur. Daşınmaz əmlak agenti Con Maloof neqativlər saxlanılan həmin qutunu götürüb, hərraca çıxarmışdı. Neqativlərin kimə aid olmasını maraqlandıqda isə onların borc ucbatından  satılması və naməlum bir qadına məxsusluğu məlum oldu. Con Maloof bu neqativləri görərkən Çikaqo haqqında yazdığı kitaba şəkillər tapacağına ümid etmişdi. Lakin o, negativlərə baxıb, kitabı üçün əlverişli bir şey tapmadığından (o zaman Vivian hələ sağ idi) içərisində neqativlər olan qutu onu daha maraqlandırmadı və 2 il o bu haqda düşünməyi belə unutdu.

Vivian Mayerin ölümü bir çoxlarına qaranlıq qalmışdı və onunla bağlı olan hər bir şey də sanki onunla birgə yox olmuşdu. Yalnız o vaxtadək ki, 2009-cu ildə  Con Maloof  bu işi dayandırmamağa, Vivianın haqqında nə isə deyə biləcək materialları- negativləri tapmağa və bu haqda istintaqa başlamağa qərar verdi: o, çox böyük həvəs və enerji ilə yenidən işə başlamağı və itmiş şəkil kolleksiyalarını toplamağı qərara aldı.  Con Maloof sonradan filmi əhatə edən təxminən 100000 neqativə, 150 filmə, 2000 ağ – qara və 700 rəngli şəkil kolleksiyasına  baxmağa başladı.

Mən lap çoxdan “Vivian Mayer axtarışında” adlı filmi görmək və bu haqda fikirlərimi yazmaq istəyirdim.

Vivian Mayer – çoxları üçün sirli bir şəxs idi. O, demək olar ki, öz işinə o qədər aludə olmuşdur ki, sanki heç nə haqda fikirləşmir, düşünürdü ki, yalnız  yaşamaq və yemək üçün bir yer olsun kifayət edər, ancaq o, öz fikrində tutduğu işə başlamağı üstün hesab edirdi. Onun heç bir dostu olmamışdır. O, pak toxunulmaz biri olmuşdur. Böyük ölçülü köynəklər, paltarlar geyinər, ən çox kişi geyimlərinə üstünlük verərdi. Sehrbaz papaqları və hərbi çəkmələr geyinərdi. Vivian haqqında oxuyarkən onun həm sərbəst, həm adamayovuşmaz və danışmaqdan çox sükuta üstünlük verən biri kimi olması üzə çıxır. Məlum olur ki, o, eyni bir insanla, hətta ailə ilə uzun müddət birgə olmağı sevməzdi, bu mənada onu tanıyanların bəziləri Viviana “çox soyuq” və  ya “qəddar” deyirdilər. Onu tanıyanlar belə hesab edirdilər ki, ən kədərli bir hadisənin şahidi olduğu zaman da Vivian hər hansı canlıya və ya insana acımaqdansa dərhal onun fotoşəklini çəkməyə daha çox üstünlük verərmiş.

Vivian ən çox  axşam saatlarında uşaqlarla birgə təhlükəli (təhlükəli işlə məşğul olan) yerlərə səyahət etmək istərdi. O, iradəsindən asılı olmayaraq ətrafda gördüklərinin o andaca fotoşəklini çəkər, onların neqativlərini hazırlayıb, bir qutuya yerləşdirər, sistemləşdirər, ancaq heç birini nə çıxarmaz, nə hazır foto halına gətirər, nə də bir kəsə göstərməzdi. Deyilənlərə görə o, ictimai nəqliyyatdan bütün biletləri yığar, gün ərzində baş verən hadisələrin  səsini  audiokasetlərə yazar, yaşadığı məkana o qədər qalaq – qalaq qəzet yığardı ki, onun  otağına adi halda deyil, ya yanakı tərzdə, ya da çox çətinliklə keçmək mümkün olardı və s.

Beləliklə o, yalqız idi. Nə bir ailəsi, nə də bir dostu var idi. O, qocalar evində ölmüşdür, onun ölümü haqqında demək olar ki, heç bir səbəb də tapılmamışdır. Ancaq sübut olundu ki, onun ölümünün səbəbi yüksək tərzdə özünə qapanması olmuşdur. Bir psixiatr kimi diqqətlə fotoqrafiyaya baxdıqda, burada nəyə isə “xüsusi maraq” göstərən birindən çox öz aləmində olan, yaxud sosial qarşılıqlı əlaqələri, gözəl geyimləri çox da vacib hesab etməyən və yüksək maaşlı iş tapmaq üçün cəhd etməyə çalışmayan birisini görmək olar. Qeyd edilən fotoşəkildə xüsusi maraqdan kənar, yalnız öz hisslərində, düşüncələrində bir narahatlıq hissi yaşayan və öz işinə çox bağlı, öz maraq dairəsi olan bir insan təsviri haqqında fikir yürütmək olar.

Onunla bir yerdə böyüyən və ya həmişə bir yerdə olan  köhnə  tanışları Vivian  barəsində sakit deyil, xüsusi tərzdə, sanki qıcıqlanmış, qorxu və şaşqınlıq hissi  ilə danışır və ona neyrotipik bir uşaq  kimi baxırdılar

Əslində, onu əlavə etmək olar ki, Vivian ətrafdakı hər bir şeyə sanki öz görmə üzvü ilə deyil, fotoaparatdan, kameradan format olunmuş şəkildə baxırdı. O, əhatəsindəki hər bir şeyi orta səviyyəli format spektrindən görməyə adət etmişdi. Odur ki, Vivian insanlara qəribə adam təsiri bağışlayır və bu haqda fikir söyləmək onlar üçün çox çətin idi. Vivian insanların həyatını adi gözlə görüb yadda saxlamaqdansa,yaşanan anları tutmağı bacarıb
fotokamerada canlandırmağa çalışırdı. Amma insanlar bilmirdilər ki, kənardan qəribə insan təsiri bağışlayan Vivian əsil  yaradıcı şəxs və böyük fotoqraf idi

 

BÜTÜN XƏSTƏLİKLƏRDƏ MƏQSƏDYÖNLÜ MÜALİCƏ

Zəli ilə müalicə üsulu hələ orta əsrlərdən məlum idi. Bu üsulun tətbiqi Avropada çox geniş yayılmış və məşhurlaşmışdı: O zamanlar zəli ilə müalicə üsulu ilə demək olar ki, bütün xəstəlikləri müalicə edə biləcəklərinə inanırdılar və belə bir “doza”da tətbiq etmişdilər ki, bir dəfəyə 200 zəli qoymaq lazımdır. Məqsəddən asılı olaraq titrlənmiş “doza” tətbiq edilirdi. Əslində, insanların çarmıxa çəkilərək yandırıldığı və yalnız qanburaxma ilə müalicə edildiyi vaxtdan nə gözləmək olardı? (O zaman qanburaxmadan sonra qanın itirlməsi və qanaxma bir çox məşhur insanın ölümünə səbəb olmuşdur).

 Əslində zəlinin antikoaqulyant təsiri haqqında heç nə məlum deyildi, o zaman zəli qoyma üsulunu tətbiq etməkdən məqsəd yalnız qan buraxma olmuşdur. Napoleonun qeydlərinə görə, ancaq ordu əsgərlərinin müalicəsi üçün təkcə altı milyon zəli idxal edilmişdir.

Həmin illərin əczaçıları da əhali kütləsinə bu üsulu tətbiq etmək üçün bir sıra məlum tarixi şərtlərdən misal çəkirdilər. Belə ki, onlar qeyd edirdilər ki, Kleopatra, Julius Sezardan qazandığı uşağı yalnız zəli qoymaq sayəsində qazanmışdı (bir krala varis dünyaya gətirmək bir qadın üçün böyük şərəf idi, ancaq o dövrün ən yaxşı həkimləri kraliçanın sonsuzluğuna əlac edə bilmirdilər). Uzun axtarışlar və uğursuz müalicədən sonra kraliça dövrünün həkimi, şair və  filosofu Nikolay Kolofonskiyə müraciət etmək qərarına gəldi. Nikolay Kolofonski isə kraliçaya zəlidən istifadə etməyi tövsiyə etdi. Bundan sonra Kleopatra hamilə qaldı. Bəlkə də o səbəbdən həmin dövrdə bütün binaların divarları və qəbir daşlarındakı  rəsmlərdə zəli təsvirlərinə daha tez-tez rast gəlinirdı.

Bizim eraya qədər Hipokrat, Galen və Plini də zəlilərdən istifadə etmişdir. Latıncadan tərcümədə Hirudin yəni “zəli” deməkdir.

Yeri gəlmişkən Pirogov əməliyyatlardan əvvəl tromboprofilaksiyanı ilk dəfə həyata keçirmişdir: Krım müharibəsi dövründə və Qafqaz ekspedisiyası adlı qeydlərində Pirogov yazırdı ki,: “Mən 100-dən 200-ə qədər zəli qoyurdum. Hətta kiçik bir şişin qeyd olunduğu sadə sınıqlarda belə bundan istifadə edirdim “.

Zəli qoyma üsulunun tətbiqi tezliklə “sehrli qurdlar” ilə dolu olan gölməçələr və su anbarlarının qurudulması və xarab olmasının qarşısını aldı. Hətta bərbərxanalarda belə zəli saxlanılırdı. Bu artıq o qədər məşhurlaşmış üsul hesab edilirdi ki, o zaman əlbəttə ki, özünə hörmət edən hər bir həkim yanında həmişə içərisi zəli ilə dolu banka saxlayırdı.

Müəyyən edilmişdir ki, XIX əsrin əvvəllərində Rusiyada ildə təxminən 30 milyon zəli istifadə edilmişdir, o zaman əczaxanalrın reytinqi ancaq satışa çıxarılan zəlilərin sayından asılı olaraq müəyyən edilirdi. Bu üsuldan o zaman çox istifadə edilsə də əhali bunun mahiyyətini anlamırdı, çünki zəlinin təsirinin elmi cəhətdən izahı bilinmirdi və onlara bu sualın cavabını tapmaq çox çətin olduğundan, onlar nə üçün həkimlər xəstələrə baxış keçirən zaman məhz zəlidən daha çox istifadə edirlər? deyə düşünürdülər.

 

XIX ƏSRİN DİSSERTASİYASI

Bir gün təyyarə ilə gedərkən mən oradakı jurnallarda Mendeleyev haqqında yazılmış bir məqalədə onun doktorluq dissertasiyasına rast gəldim. Mendeleyevin doktorluq dissertasiyasının “Alkoqolun birləşməsi haqqında” adlandırıldığını öyrəndim.

 Bundan əvvəl isə XIX əsrin böyük rus terapevtlərindən biri Zaxarinin dissertasiyasının da adını bilirdim.

XIX əsrin ikinci yarısından bəri dərc olunmuş bütün tezislər və elmi qeydlərin adlandırılması belə olmuşdur.

– “Qadınlar haqqında elmi suallara dair”;

– “Bağırsaqlarda yağların sorulması haqqında”;

– “Periton boşluğuna qan transfuziyası haqqında”;

– “Uşaqlıq ətrafının qanlı şişi haqqında”;

– “Fosforla zəhərlənmə zamanı onurğa beyninin patoloji anatomiyası”;

– “Flegmanoz və bəzi digər iltihabi xəstəliklər zamanı piy toxumasının dəyişiklikləri haqqında”;

– “Oftalmologiyada hüceyrə zəhərləri haqqında”;

– “Qaraciyərdə şəkər hazırlanması haqqında”;

– “Qan haqqında bir neçə suallara dair”;

– “Rusiyada alkoqolizm və alkoqol qəbulunun tezliyinin psixiatrik xəstəliklərə təsirinə dair”;

– “Oftalmoterapiyada titrəyişli masajın əhəmiyyəti haqqında”;

– “Eyni vaxtda ürək böyüməsi və arterial divarın qalınlaşması ilə müşayiət olunan kəskin böyrək xəstəlikləri haqqında”;

– “Sidikdə zülal və hamilə ana qarşılıqlı münasibətləri haqqında”;

– “Kokainin fizioloji təsiri və onun terapevtik istifadəsi”.

 

Burada Sкliflolfsкi N.В.,Bоtkin S.P., Zaxarin Q.А.,Filatov V.P və s. elmi işlərinin  adları var.


 1238    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *