

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə departamentinin rəhbəri Rasim Həsənov və Büdcə planlaşdırması və icraya nəzarət şöbəsinin müdiri Sənan Fətəliyev Böyük Britaniyanın London şəhərində keçirilən “Mühasiblərin Zirvə Toplantısı 2024” tədbirinə qatılıblar.
Tədbir çərçivəsində R.Həsənov “LUCA Awards 2024 Financial Director of the year” (“LUKA Mükafatı 2024 – İlin maliyyə direktoru”) nominasiyası üzrə təltif olunub. Mühasibatlıq dünyasının Oskarı sayılan mükafatı Böyük Britaniyanın nüfuzlu və peşəkar mühasib təşkilatı – Sertifikatlı Maliyyə Menecerləri İnstitutunun (“ICB/ICFM Global”) direktoru Eymi Koplend təqdim edib.
Keçirilən canlı panel çıxışlarında uğurlu mühasibat karyerası, gələcək mühasibatlıqda gözləntilər və reallıqlar, süni intellekt, təcrübə strategiyası və s. mövzulara toxunulub.
Azərbaycan nümayəndə heyəti zirvə toplantısına qatılmış “ICB/ICFM Global” nümayəndələri üçün Böyük Britaniyanın parlamentində təşkil olunmuş işgüzar nahar yeməyində iştirak ediblər.
Sammit çərçivəsində, həmçinin beynəlxalq mühasibat təşkilatlarının nümayəndələri ilə görüşlər keçirilib, mühasib və maliyyə menecerlərinin, maliyyə mütəxəssislərinin peşəkar inkişafı üzrə beynəlxalq əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tədbirdə qonaqlara Azərbaycanın milli hədiyyələri təqdim edilib.
Qeyd edək ki, “ICB/ICFM Global” təşkilatının Azərbaycandakı rəsmi nümayəndəsi APFM – Azərbaycan Professional Maliyyə Menecerləri Asssosiyasiyasıdır.











Bir cavab yazın