Bagla

Həkimdən soruş

Hekimden sorus







Professor Gülnaz Dadaşova Madriddə keçirilən Avropa Kardiologiya Cəmiyyətinin illik konqresində iştirak edir

 

29 avqust – 1 sentyabr 2025-ci il tarixlərində İspaniyanın paytaxtı Madriddə, IFEMA Madrid Konqres Mərkəzində Avropa Kardiologiya Cəmiyyətinin (ESC) illik konqresi keçirilir. Bu il tədbir Ümumdünya Kardiologiya Konqresi ilə birgə təşkil olunub və dünyanın ən böyük kardioloji toplantısı hesab olunur.

 

Konqresdə dünyanın müxtəlif ölkələrindən aparıcı alimlər, professorlar və klinisistlər iştirak edərək ürək-damar xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi sahəsində ən son elmi yenilikləri müzakirə edirlər.

 

Azərbaycanı bu möhtəşəm tədbirdə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova rəsmi nümayəndə heyəti ilə birlikdə təmsil edir.

 

ETKİ-nun nümayəndə heyətinin iştirakı Azərbaycan kardiologiyasının beynəlxalq elmi mərkəzlərlə əməkdaşlığının genişlənməsi, yeni klinik təcrübələrin öyrənilməsi və ölkəmizin səhiyyə sisteminə tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Bu ilki konqresin əsas mövzusu *Sərhədsiz Kardiologiya”dır. Tədbirdə qlobal sağlamlıq problemləri, səhiyyədə bərabərsizliklər, müasir müalicə metodlarının tətbiqi və dünyada müxtəlif səhiyyə sistemlərinə uyğunlaşma yolları müzakirə olunur.

 


 775    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *