

Oktyabrın 3-ü Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Xatırladaq ki, Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. 1967-1973-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu “Müalicə işi” ixtisası üzrə bitirib.
O.Şirəliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci il oktyabrın 20-də səhiyyə naziri təyin olunub, 2021-ci il aprelin 23-dək bu vəzifədə çalışıb.
O, 2015-ci il avqustun 12-də səhiyyənin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.
Sabiq Səhiyyə naziri, dəyərli insan Oqtay Şirəliyevin ölümü bizi çox kədərləndirdi. Oqtay müəllim uzun illər səhiyyə sahəsində böyük xidmətlər göstərmişdir.
Allahdan Oqtay müəllimə rəhmət, ailə üzvlərinə dərin hüznlə başsağlığı diləyirik!
Bir cavab yazın