

Tədbir çərçivəsində “Soyuq Günəş” filmi ilk dəfə səsli bətimləmə ilə nümayiş etdirilib. Bu addım görmə imkanları məhdud şəxslərin mədəni həyata bərabər qoşulmasına xidmət edir və inklüziv cəmiyyətin formalaşması istiqamətində mühüm təşəbbüsdür.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Tohid Hüseynov, Milli Məclisin deputatı İlham Məmmədov, tanınmış televiziya siması Hacı Nuran, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova, filmin ssenari müəllifi Sədaqət Kərimova və layihənin prodüseri Ramal Əzimzadə çıxış ediblər.
Çıxışlarda dövlətimizin başçısı Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial siyasətin, həmçinin Birinci vitse-prezident Mehriban Əliyeva xanımın inklüziv sahəyə göstərdiyi xüsusi diqqətin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, bu istiqamətdə görülən işlər cəmiyyətin hər bir üzvünün bərabər hüquq və imkanlardan faydalanmasına xidmət edir.
Layihənin rəhbəri Nilufər xanım çıxışında bildirib ki, “Zülməti dələn işıq” layihəsinin məqsədi görmək və eşitmək imkanından asılı olmayaraq, hər kəsin duyğularla filmi hiss etməsinə şərait yaratmaqdır.
Nilufər xanım vurğulayıb ki, filmin seçilməsi zamanı produser Ramal Əzimzadə xüsusi olaraq qeyd edib: “Dostlarım “Soyuq Günəş” filmini səsli bətimləmə ilə izləmək istəyirlər. Ona görə də biz bu filmi seçdik.”
Tədbir iştirakçıları “Soyuq Günəş” filmini böyük maraqla izləyiblər. Nümayiş zamanı zalda səmimi, duyğulu atmosfer hökm sürüb.
“Zülməti dələn işıq” layihəsi bir daha sübut etdi ki, işıq bəzən gözlə deyil, qəlblə görünür.










Bir cavab yazın