Bagla

Həkimdən soruş

Hekimden sorus







Masallıda ödənişsiz Hepatit skrininqi keçiriləcək

 

Masallıda Hepatit B və C viruslarının vaxtında aşkarlanması məqsədilə ödənişsiz skrininq aksiyası təşkil olunacaq.

 

Aksiya 20-21 noyabr tarixlərində Referans Masallı Tibb Mərkəzində baş tutacaq. Mütəxəssislərin sözlərinə görə, Hepatit B və C virusları çoxvaxt gizli şəkildə inkişaf edir və yalnız ağır nəticələr ortaya çıxdıqdan sonra özünü büruzə verir. Xüsusilə diş müalicəsi almış, salon xidmətlərindən istifadə etmiş, cərrahi əməliyyat və ya ginekoloji prosedurlardan keçmiş şəxslərin skrininqdə iştirakı tövsiyə olunur. Aksiya çərçivəsində paytaxtdan dəvət olunmuş peşəkar həkim heyəti tərəfindən əhalinin müayinəsi aparılacaq. İştirakçılar Hepatit B və C viruslarına görə ödənişsiz testdən keçə biləcəklər.

 

Ünvan: Masallı ray.,Qarabağ küç. 20
Əlaqə: +994 77 276 0033


 144    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *