Bagla

Həkimdən soruş

Hekimden sorus







Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edilib

 

17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Mərkəzi Gömrük Hospitalında tədbir keçirilib.

 

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov tədbirdə çıxış edərək peşə bayramı münasibətilə Mərkəzi Gömrük Hospitalının əməkdaşlarını təbrik edib, Ümummilli Lider Heydər Əliyevin səhiyyəyə göstərdiyi diqqətin bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən səhiyyə sistemində həyata keçirilən məqsədyönlü islahatlar sayəsində bu sahə müasir standartlara uyğun olaraq daim təkmilləşdirilir, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyəti daha da yüksəlir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkə vətəndaşlarının sağlamlığının qorunması, tibbi xidmətlərin əlçatanlığının artırılması, əhalinin həssas təbəqələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması məqsədilə bir sıra əhəmiyyətli layihələr həyata keçirilir.

 

O da qeyd olunub ki, Mərkəzi Gömrük Hospitalı tərəfindən gömrük əməkdaşlarının, həmçinin onların ailə üzvlərinin sağlamlığının qorunması, keyfiyyətli tibbi xidmətlərlə təmin olunması istiqamətində mühüm işlər görülüb.

 

Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, İdarənin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov və digərləri səhiyyə sahəsində dövlətin göstərdiyi qayğıdan, həyata keçirilən islahatlardan, eləcə də milli səhiyyə sistemimizin inkişafına Mərkəzi Gömrük Hospitalının verdiyi töhfələrdən, ölkə əhalisinin yüksək səviyyəli tibbi xidmətlə təmin olunması istiqamətində göstərdiyi fəaliyyətdən bəhs ediblər.

 

Tədbirdə Mərkəzi Gömrük Hospitalının kollektivinə ünvanlanan videotəbriklər nümayiş olunub, daha sonra xidmətdə fərqlənən bir qrup əməkdaşa təltiflər təqdim olunub.

 


 39    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *