Bagla

Həkimdən soruş

Hekimden sorus

Diabetlə mübarizədə yeni mərhələ: Nələr dəyişib? – MÜSAHİBƏ

Nərmin İsmayılova: “Diabet artıq yalnız yaşlıların xəstəliyi deyil”

Referans Endokrin və Cərrahi Mərkəzin endokrinoloqu, baş həkimi – tibb üzrə fəlsəfə doktoru Nərmin İsmayılovanın müsahibəsini təqdim edirik:

– Nərmin xanım, şəkərli diabet nədir, hansı növləri var və bu xəstəliyin müalicəsində son illərdə hansı yeniliklər tətbiq olunur?

– Şəkərli diabet karbohidrat mübadiləsinin pozulması ilə xarakterizə olunan xroniki xəstəlikdir. Xəstəlik mədəaltı vəzin insulin hormonunu kifayət qədər ifraz etməməsi və ya orqanizmin insulinə həssaslığının azalması nəticəsində yaranır.

Dünyada şəkərli diabet xəstələrinin təxminən 10 faizini tip 1, 90 faizini isə tip 2 diabetli şəxslər təşkil edir. Tip 2 diabetli xəstələrin əksəriyyətində artıq çəki və piylənmə müşahidə olunur.

Son illərdə diabetin müalicəsində mühüm irəliləyişlər əldə olunub. Xüsusilə tip 2 diabetin müalicəsində tətbiq edilən yeni preparatlar yalnız qan şəkərinin tənzimlənməsinə deyil, həm də piylənmənin müalicəsinə, ürək-damar və böyrək fəsadlarının riskinin azaldılmasına kömək edir.

Tip 1 diabet zamanı mədəaltı vəzi insulin ifraz etmir və xəstələr ömürboyu insulin müalicəsinə ehtiyac duyurlar. Bu xəstəlik daha çox uşaqlarda və gənclərdə müşahidə olunsa da, yetkin yaşlarda (30-40 yaş) da aşkarlana bilər. Azərbaycanda 18 yaşadək təxminən 2500 tip 1 diabetli uşaq qeydiyyatdadır.

Tip 2 diabetdə isə insulin ifrazı davam etsə də, toxumaların insulinə həssaslığı azalır. Bu hal insulin rezistentliyi (insulin dirənci) adlanır. Müalicənin əsasını sağlam qidalanma, fiziki aktivlik, həyat tərzinin dəyişdirilməsi və dərman terapiyası təşkil edir. Bəzi hallarda insulin müalicəsinə də ehtiyac yarana bilər.

Bundan əlavə, hamiləlik diabeti də mövcuddur. Bu forma adətən hamiləliyin 24–28-ci həftələri arasında aşkarlanır və əksər hallarda doğuşdan sonra aradan qalxır. Bununla belə, belə qadınlarda gələcəkdə şəkərli diabetin inkişaf etmə riski daha yüksək olur.

– Diabetin müasir idarə olunmasında insulin pompalarının rolu nə qədərdir və bu texnologiyalar xəstələrə hansı imkanları yaradır?

– İnsulin pompaları diabetin müalicəsində son illərin ən mühüm texnoloji yeniliklərindən biridir. Bu üsul əsasən tip 1 diabetli xəstələr üçün nəzərdə tutulub və orqanizmin insulinlə fasiləsiz təmin edilməsinə imkan yaradır.

Hazırda Azərbaycanda qeydiyyatdan keçmiş insulin pompası Medtrum A8 Nano-dur. Bu, ABŞ istehsalı olan müasir pompadır. Referans Endokrin və Cərrahi Mərkəzi olaraq biz bu pompanı xəstələrdə istifadə edirik.

Müasir insulin pompaları əvvəlki nəsil cihazlarla müqayisədə daha kiçik, rahat və istifadəyə uyğundur. Bu sistemlər xəstənin gün ərzində dəfələrlə insulin inyeksiyası etməsi ehtiyacını minimuma endirir və qan şəkərinin daha sabit saxlanılmasına kömək edir. Cihaza süni mədəaltı vəzidemək olar.

Pompanın əsas üstünlüyü insulinin avtomatik idarə olunmasıdır. İlkin mərhələdə xəstənin fərdi insulin ehtiyacı müəyyənləşdirilir və proqramlaşdırılır. Daha sonra sistem qidalanma, fiziki aktivlik və qan şəkərindəki dəyişikliklərə uyğun şəkildə insulin dozasını tənzimləyir.

Məsələn, qida qəbulundan sonra qan şəkəri yüksəldikdə insulin dozası artırıla, fiziki aktivlik zamanı isə hipoqlikemiya riskinin qarşısını almaq üçün azaldıla bilər. Bu xüsusiyyətlər mədəaltı vəzin fəaliyyətini qismən təqlid etməyə imkan verir.

İnsulin pompası adətən davamlı qlükoza monitorinq sistemi ilə birlikdə istifadə olunur. Qola yerləşdirilən sensorlu monitorinq cihazı gün ərzində qan şəkərini fasiləsiz izləyir və nəticələri pompaya ötürür. Beləliklə, sistem real vaxt rejimində qlükoza göstəricilərinə uyğun reaksiya verir.

Bu texnologiya xəstələrə barmaqdan tez-tez qan götürmədən şəkər səviyyəsinə nəzarət etməyə (tip 1 diabetli xəstələr  gündə 6 dəfə)  gündəlik həyat keyfiyyətini yüksəltməyə və diabetin uzunmüddətli fəsadlarının riskini azaltmağa imkan yaradır. Üstəlik suyadavamlıdır, xəstə rahat şəkildə duş qəbul edə, hovuzdan istifadə edə bilər.

Əvvəlki illərdə, təxminən 11-12 il əvvəl bəzi uşaqlar dövlət tərəfindən pompa və müvafiq ləvazimatlarla təmin olunublar. Hazırda təxminən 120 növ analoji cihazdan ən aktiv şəkildə istifadə olunanı Medtrum A8 Nano pompasıdır.

– İnsulin pompası ilə müalicə ənənəvi insulin inyeksiyaları ilə müqayisədə hansı üstünlüklərə malikdir?

– Ənənəvi insulin müalicəsində xəstə adətən gün ərzində bir neçə dəfə insulin inyeksiyası etməli olur. İnsulin pompası isə qısa təsirli insulini sutka ərzində fasiləsiz və kiçik dozalarla orqanizmə çatdıraraq bu prosesi daha fizioloji şəkildə həyata keçirir.

Pompa terapiyasının əsas üstünlüklərindən biri qan şəkərinin daha stabil saxlanılmasıdır. Xüsusilə tip 1 diabetdə ən təhlükəli vəziyyətlərdən biri hesab olunan hipoqlikemiya – yəni qan şəkərinin kəskin enməsi riski azalır. Sistem qan şəkərindəki dəyişiklikləri izləyərək insulin verilməsini azalda və ya müvəqqəti dayandıra bilir.

Ənənəvi müalicə zamanı xəstə qəbul etdiyi qidanın miqdarına uyğun insulin dozasını özü hesablamalıdır. Hesablamalardakı səhvlər isə qan şəkərinin həddindən artıq yüksəlməsinə və ya enməsinə səbəb ola bilər. Avtomatlaşdırılmış insulin sistemləri bu riski minimuma endirir və orqanizmin real ehtiyacına uyğun fəaliyyət göstərir.

Bəzi insanlarda xüsusilə gecə və səhər saatlarında qan şəkərinin yüksəlməsi müşahidə olunur. Pompa proqramlaşdırılmış şəkildə həmin dövrlərdə insulin dozasını artıraraq qlükoza səviyyəsinin normada saxlanmasına kömək edə bilir. Nəticədə, insulin pompası qan şəkərinə nəzarəti yaxşılaşdırır, hipoqlikemiya riskini azaldır və xəstənin gündəlik həyatını daha da rahatlaşdıırır.

– Son illərdə tətbiq olunan ağıllı diabet texnologiyaları xəstələrin həyat keyfiyyətinə və gündəlik fəaliyyətlərinə necə təsir göstərir?

– Bu sahədə ən mühüm yeniliklərdən biri davamlı qlükoza monitorinq sistemləridir. Bu texnologiyalar xəstəyə günün istənilən vaxtında – istirahət zamanı, işdə, fiziki aktivlik zamanı və ya yuxuda olarkən qan şəkərinin səviyyəsini izləməyə imkan verir. Gün ərzində hər 1-2 dəqiqədən bir göstəricilər telefonda görünür. Ənənəvi ölçmə üsulları yalnız həmin an üçün nəticə təqdim etdiyi halda, davamlı monitorinq sistemləri qlükozanın gün ərzində necə dəyişdiyini ətraflı şəkildə göstərir. Bu məlumatlar həm xəstə, həm də həkim üçün müalicənin düzgün planlaşdırılmasına kömək edir.

Məsələn, xəstə müəyyən qidaların qan şəkərinə necə təsir etdiyini müşahidə edə, fiziki aktivliyin nəticələrini qiymətləndirə və gündəlik davranışlarını buna uyğun tənzimləyə bilir. Həkim isə əldə olunan məlumatlar əsasında dərman və ya insulin dozalarında daha dəqiq korreksiya aparır.

Bu texnologiyalar yalnız qan şəkərinin yüksək olmasının deyil, həm də qlükoza səviyyəsindəki kəskin dəyişkənliyin qarşısını almağa kömək edir. Məhz qlükoza səviyyəsinin tez-tez dəyişməsi diabet ağırlaşmalarının yaranma riskini artıran əsas amillərdən biridir.

Müasir monitorinq sistemləri xəstələrin özünənəzarət imkanlarını genişləndirir, müalicənin effektivliyini artırır və həyat keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verir.

– İnsulin pompasından istifadə üçün hansı göstərişlər mövcuddur? Bu üsul hər diabet xəstəsi üçün uyğun hesab edilirmi?

– İnsulin pompası ilk növbədə tip 1 diabetli xəstələr üçün nəzərdə tutulub və bu qrup xəstələrin əksəriyyətində tətbiq oluna bilər. Xüsusilə hamiləlik planlaşdıran və ya hamilə olan tip 1 diabetli qadınlarda qan şəkərinin ideal səviyyədə saxlanılması böyük əhəmiyyət daşıyır. Belə hallarda insulin pompası daha effektiv nəzarət imkanı yaratdığı üçün üstünlük verilən müalicə üsullarından biri hesab olunur. Bəzi hallarda hamiləlik diabeti olan və insulin müalicəsinə ehtiyac duyan qadınlarda da bu texnologiyadan istifadə edilə bilər. Hamiləlik dövründə 9 ay ərzində qan şəkəri mümkün qədər ideal səviyyədə saxlanılmalıdır.

Bundan əlavə, tip 2 diabetli və intensiv insulin terapiyası alan, yəni gün ərzində bir neçə dəfə insulin inyeksiyası etməli olan xəstələr üçün də insulin pompası uyğun seçim ola bilər.

Ümumilikdə, insulin qəbul edən və gündəlik çoxsaylı inyeksiyalara ehtiyac duyan şəxslər üçün bu sistemlər müalicənin rahatlığını və effektivliyini artıran mühüm vasitələrdən biridir.

– Medtrum A8 Nano pompasının gündəlik istifadəsi nə dərəcədə rahatdır? Xəstələr hansı üstünlükləri hiss edirlər?

– Təcrübə göstərir ki, insulin pompasından istifadə edən xəstələr qan şəkərinin daha stabil olduğunu və gündəlik həyatlarının asanlaşdığını hiss edirlər.

Ən vacib üstünlüklərdən biri çoxsaylı insulin inyeksiyalarına ehtiyacın azalmasıdır. Xüsusilə uşaqlar üçün gündə bir neçə dəfə inyeksiya olunmaq həm fiziki, həm də psixoloji baxımdan çətinlik yaradır. Pompa bu yükü əhəmiyyətli dərəcədə azaldır.

Müşahidələr göstərir ki, pompa istifadə edən xəstələr bəzən daha az insulinlə daha yaxşı metabolik nəzarət əldə edə bilirlər. Bunun əsas səbəbi insulinin orqanizmin ehtiyacına uyğun və daha dəqiq şəkildə verilməsidir.

Xüsusilə uşaqlarda gündə 4-5 dəfə insulin vurulması həm fiziki, həm də psixoloji baxımdan çətinlik yaradır. Pompa bu yükü azaldır, həyat keyfiyyətini artırır. Qan şəkərinin stabilliyi nə qədər yüksək olarsa, gələcəkdə diabetin yaratdığı ağırlaşmaların riski də bir o qədər azalır. Diabet zamanı göz, böyrək, ürək-damar sistemi və sinir sistemi ilə bağlı problemlər yarana bilər. Qlükoza səviyyəsinin normada saxlanılması bu fəsadların qarşısının alınmasında mühüm rol oynayır. Bu baxımdan insulin pompası yalnız müalicə vasitəsi deyil, həm də xəstənin həyat keyfiyyətini yaxşılaşdıran texnologiyalardan biridir.

– Bu tip insulin pompaları qan şəkərinin daha stabil saxlanılmasına və diabetin uzunmüddətli ağırlaşmalarının qarşısının alınmasına necə kömək edir?

– İnsulin pompalarının əsas üstünlüyü orqanizmin ehtiyacına uyğun şəkildə insulin təminatını həyata keçirməsidir. Sistem dərialtına verilən insulinin miqdarını qlükoza göstəricilərinə əsasən tənzimləyərək qan şəkərinin kəskin dəyişmələrinin qarşısını almağa kömək edir.

Diabetin idarə olunmasında əsas məqsəd yalnız qan şəkərinin yüksək olmasının qarşısını almaq deyil, həm də onun həddindən artıq enməsinə imkan verməməkdir. Xüsusilə hipoqlikemiya diabetin ən təhlükəli kəskin ağırlaşmalarından biri hesab olunur və vaxtında müdaxilə edilmədikdə ciddi nəticələrə səbəb ola bilər.

Digər tərəfdən, qan şəkərinin uzun müddət yüksək qalması göz, böyrək, ürək-damar sistemi və sinir sistemi ilə bağlı ağırlaşmaların inkişaf riskini artırır. İnsulin pompaları qlükoza səviyyəsinin normaya yaxın saxlanılmasına və dəyişkənliyin azalmasına kömək etməklə bu riskləri minimuma endirməyə imkan yaradır.

Davamlı qlükoza monitorinq sistemləri ilə birlikdə istifadə olunduqda isə həm xəstə, həm də həkim gün ərzində qlükoza göstəricilərini daha dəqiq izləyə və müalicəni fərdiləşdirə bilir.

– Azərbaycanda insulin pompası texnologiyalarına maraq və əlçatanlıq hansı səviyyədədir? Xəstələrin bu cihazlara çıxışı ilə bağlı hansı problemlər mövcuddur?

– Hazırda Azərbaycanda qeydiyyatdan keçmiş yalnız bir insulin pompası mövcuddur və bu texnologiya kifayət qədər bahalıdır. Buna baxmayaraq, ona maraq böyükdür və bizə bu barədə tez-tez müraciətlər daxil olur. Çünki Azərbaycanda ilk dəfə olaraq Referans Endokrin və Cərrahi Mərkəzdə bu pompanın tətbiqinə başlanılıb.

Bu istiqamətdə endokrinoloq həkimlər üçün insulin pompasına dair texnoloji təlim kursu da təşkil etmişik. Bu, ölkədə keçirilən ilk belə təlimlərdən biri olub. Yanvar ayında baş tutan kurs Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya edilmişdi və Türkiyədən dəvət olunmuş professorların iştirakı ilə keçirilmişdi. Təlim zamanı həkimlərimiz insulin pompasının tətbiqi və idarə olunması ilə bağlı bilik və bacarıqlar əldə ediblər.

Digər tərəfdən, düşünürəm ki, maarifləndirmə hələ də istənilən səviyyədə deyil. İnsanlar  bilməlidirlər ki, Azərbaycanda belə bir insulin pompası artıq satışdadır və istifadə olunur. Bizim mərkəz həm cihazın texniki xidmətini göstərə bilir, həm də həkim tərəfindən xəstənin konsultasiyası aparılır. Çünki insulin pompası sadəcə xəstəyə taxılan cihaz deyil. Xəstəyə mütləq təlim verilməlidir. O, cihazın necə idarə olunduğunu bilməlidir. Necə ki, insan telefon və ya kompüter alanda ondan istifadə etməyi öyrənir, pompa da belədir. İlk 3-5 gün, bəzən bir həftə çətin ola bilər. Amma sonra xəstələr cihazı idarə etməyi öyrənirlər.

Qiymətə görə əlçatanlıq aşağıdır. Amma maarifləndirmə artırılsa, daha çox insan bu texnologiyadan xəbərdar olar. Biz sosial media hesablarımız üzərindən də bu istiqamətdə çıxışlar edirik, lakin hələ istədiyimiz nəticəni tam əldə edə bilməmişik. Məqsədimiz odur ki, xüsusilə uşaqlar bu texnologiyadan daha çox istifadə edə bilsinlər, normal inkişaf etsinlər və diabetin fəsadlarından qorunsunlar.

– Son illərdə Azərbaycanda endokrin xəstəliklərin artdığı deyilir. Sizcə, ən çox rast gəlinən hormonal problemlər hansılardır və bunun əsas səbəbləri nədir?

– Bu gün bizi ən çox narahat edən problemlərdən biri piylənmədir. Piylənmə bir çox endokrin xəstəliklərlə yanaşı müşahidə olunur. Eyni zamanda, piylənmənin özü də xroniki, təkrarlanan xəstəlikdir. Yəni insan çəkisini azaltdıqdan sonra həmin çəkinin yenidən qayıtması mümkündür. Piylənmə ciddi xəstəlikdir, lakin qarşısı alına bilən problemdir. Normal həyat tərzi, sağlam qidalanma, fiziki aktivlik və zərurət olduqda farmakoterapiya vasitəsilə piylənməni müalicə etmək mümkündür. Bu gün tibbdə piylənmənin müalicəsində istifadə olunan effektiv dərman preparatları mövcuddur.

Hazırda endokrin patologiyalar arasında ən çox yayılan problemlər piylənmə, tip 2 şəkərli diabet, qalxanabənzər vəz xəstəlikləri, insulin dirənci, prediabet və poliendokrin metabolik  yumurtalıq sindromudur (PMOS). Bu xəstəliklərin bir çoxunun kökündə artıq çəki və insulin dirənci dayanır.

Piylənmə 200-ə yaxın xəstəliyin yaranmasına səbəb ola bilər. Tip 2 diabetin əsas səbəblərindən biri də məhz piylənmədir. Bundan başqa, qadınlarda polikistik yumurtalıq sindromunun yaranmasında da artıq çəki və insulin dirənci mühüm rol oynayır.

Endokrin xəstəliklər arasında osteoporoz da ciddi problemlərdən biridir. Bu, çox vaxt səssiz gedən xəstəlikdir. İnsan uzun müddət sümük sıxlığının azaldığını hiss etməyə bilər. Osteoporoz daha çox qadınlarda, xüsusilə klimaks dövründə rast gəlinir. Yaş artdıqca isə sümük ağrıları və sınıq riski ilə özünü göstərə bilər.

– Şəkərli diabet artıq yalnız yaşlıların xəstəliyi hesab edilmir. Gənclər və uşaqlar arasında diabetin artmasına hansı amillər təsir edir?

– Tip 2 şəkərli diabet daha çox 50-60 yaşdan yuxarı insanlarda rast gəlinirdi. Statistik olaraq bu yaş qrupunda diabet daha geniş yayılıb. Amma bu gün xəstəlik cavanlaşıb. Uşaqlarda əsasən tip 1 diabet müşahidə olunur. Tip 1 diabet autoimmun xəstəlikdir. Onun yaranmasında virus infeksiyalarının da rolu ola bilər. Xüsusilə COVID-19 infeksiyasından sonra biz tip 1 diabet hallarının artdığını daha çox müşahidə etdik.

Amma son dövrlər uşaqlar və gənclər arasında tip 2 diabet də artmağa başlayıb. Bunun əsas səbəbi piylənmədir. Piylənmə isə həyat tərzi, fast-food qidalanma, paketlənmiş və hazır qidaların çox istifadəsi, karbohidratla zəngin qidalanma və fiziki aktivliyin azalması ilə bağlıdır. Oturaq həyat tərzi, avtomobillə hərəkətin artması, ofis mühiti, 9-dan 6-ya qədər iş rejimi, ev yeməklərindən uzaqlaşma, restoran və ofis qidalanması da bu prosesi sürətləndirir. Müasir qərb tipli həyat tərzi piylənmənin artmasına gətirib çıxarır. Bu da bilavasitə tip 2 diabetin, ürək-damar xəstəliklərinin və digər metabolik problemlərin yaranma riskini artırır.

– Bir çox insanlar artıq çəkini sadəcə çox yeməklə əlaqələndirirlər. Hansı hallarda piylənmənin arxasında hormonal problem dayanır?

– Artıq çəkisi olan insanlar bunu yalnız kosmetik problem kimi görməməlidirlər. Çəki artımı bir çox hormonal pozuntuların nəticəsi ola bilər. Əsas səbəblərdən biri insulin dirəncidir. Yəni orqanizmdə insulinə həssaslıq azalır və bu, çəki artımına səbəb ola bilir. Bundan başqa, qalxanabənzər vəzin funksiyasının azalması – hipotiroidizm də çəki artımı ilə nəticələnə bilər. Böyrəküstü vəz problemləri, Kuşinq sindromu, poliendokrin metabolik yumurtalıq sindromu da artıq çəkiyə səbəb olan endokrin xəstəliklər sırasındadır. Ona görə də piylənməsi olan insanlar mütləq endokrin sistem baxımından müayinə olunmalıdırlar.

– Əksinə, səbəbsiz çəki itkisi yaşayan insanlar da az deyil. Kəskin arıqlama hansı endokrin xəstəliklərin əlaməti ola bilər?

– Kəskin arıqlama bir sıra endokrin xəstəliklərin əlaməti ola bilər. Qalxanabənzər vəzin funksiyası artan zaman, yəni zəhərli zob zamanı xəstələrdə çəki azalması müşahidə edilir. Şəkərli diabet zamanı da çəki azalması baş verə bilər. Xüsusilə xəstənin diabetdən xəbəri yoxdursa və qan şəkəri uzun müddət yüksək gedirsə, bu, səbəbsiz çəki itkisinə səbəb ola bilər. Tip 1 diabetdə diaqnoz qoyulmamış mərhələdə arıqlama daha qabarıq görünə bilər. Bundan əlavə, böyrəküstü vəz çatışmazlığı zamanı da çəkinin azalması mümkündür.

– Qalxanabənzər vəzi xəstəlikləri xüsusilə qadınlarda geniş yayılıb. Bu vəzin fəaliyyətindəki pozuntular insanın gündəlik həyatına necə təsir göstərir?

– Qalxanabənzər vəz xəstəlikləri insanın gündəlik həyatına ciddi təsir edir. Vəzin funksiyası aşağı olduqda iş qabiliyyəti azalır, çəki artır, saç tökülməsi, dəridə quruluq, qəbizliyə meyillilik, ümumi halsızlıq və əhvali-ruhiyyənin düşməsi müşahidə olunur. Bədəndə ödem və şişkinlik də yarana bilər. Qalxanabənzər vəzin xroniki autoimmun xəstəlikləri də var. Məsələn, Haşimoto tiroiditi zamanı vəzin funksiyası həm azala, həm də bəzi mərhələlərdə arta bilər. Zəhərli zob zamanı isə xəstədə kəskin arıqlama, ürək-damar sistemi və sinir sistemi ilə bağlı dəyişikliklər, əsəbilik, ürəkdöyünmə, gözlərdə böyümə kimi əlamətlər müşahidə oluna bilər. Ümumiyyətlə, endokrin pozğunluqlar insanın həyat keyfiyyətinə ciddi təsir edən amillərdir.

– Menstrual tsiklin pozulması və polikistoz problemi ilə bağlı müraciətlər çoxalıbmı? Bu hallar gələcəkdə sonsuzluq riskini artırırmı?

– Poliendokrin metabolik yumurtalıq sindromu ciddi problemdir və son dövrlər qızlarda daha çox aşkarlanır. Bu xəstəlik təkcə yumurtalıqlarla bağlı deyil, həm də endokrin və metabolik pozğunluqlarla əlaqəlidir. Bu sindromun yaranmasında piylənmə və insulin dirənci mühüm rol oynayır. Qadınlarda aybaşı tsiklinin pozulmasına, hamiləliyin baş tutmamasına və sonsuzluğa səbəb ola bilər. Gələcəkdə belə qadınlarda daha erkən menopauza riski də arta bilər. Əgər qız uşaqlarında aybaşı pozğunluğu, üzdə səpkilər, sızanaqlar, saç tökülməsi, dəridə yağlanma, çəki artımı varsa, mütləq həkimə müraciət etmək lazımdır. Bu əlamətlər poliendokrin metabolik yumurtalıq sindromu və insulin dirənci ilə bağlı ola bilər. Bu problem sonsuzluğa səbəb ola bildiyi üçün vaxtında aşkarlanması və müalicəsi çox vacibdir.

– Hirsutizm, yəni qadınlarda kişi tipli tüklənmə, təkcə kosmetik problem kimi qəbul edilir. Bu əlamətin arxasında hansı ciddi hormonal pozuntular dayana bilər?

– Hirsutizm təkcə kosmetik problem deyil. Qadınlarda və qızlarda kişi tipli tüklənmənin arxasında ciddi hormonal pozuntular dayana bilər. Ən çox rast gəlinən səbəblərdən biri poliendokrin metabolik yumurtalıq sindromudur. Bundan başqa, böyrəküstü vəz xəstəlikləri, Kuşinq sindromu, böyrəküstü vəzin bəzi hormonlarının artıq ifrazı da hirsutizmə səbəb ola bilər. Ona görə də bu əlamətə ciddi yanaşmaq lazımdır. Sadəcə kosmetik müdaxilə ilə kifayətlənmək olmaz. Əsas məsələ altda yatan hormonal problemi tapmaq və müalicə etməkdir.

– Osteoporoz adətən yaşlı insanların xəstəliyi hesab olunur. Gənc yaşlarda da sümük əriməsi yarana bilərmi və bunun səbəbləri nədir?

– Osteoporoz daha çox 65 yaşdan yuxarı insanlarda, həm kişilərdə, həm də qadınlarda rast gəlinən xəstəlikdir. Amma son illər gənc yaşlarda da osteoporoz müşahidə olunur. Bunun əsas səbəblərindən biri uzun müddət steroid preparatlarının qəbulu ilə bağlı olur. Autoimmun və revmatoloji xəstəliklər zamanı bəzən uzun müddət bu preparatlardan istifadə olunur. Bu preparatlar sümük sıxlığına mənfi təsir göstərə bilər. Belə xəstələr mütləq endokrinoloqa müraciət etməlidirlər. Qadınlarda isə osteoporoz daha çox menopauza dövründə rast gəlinir. Çünki qadın cinsi hormonları kalsium mübadiləsində mühüm rol oynayır. Bundan əlavə, qalxanabənzər vəzətrafı vəzilərin xəstəlikləri zamanı da osteoporoz inkişaf edə bilər.

– Hipertoniya ilə mübarizə aparan bəzi xəstələr uzun müddət müalicə alsalar da, təzyiqləri normallaşmır. Belə hallarda hansı endokrin xəstəliklərdən şübhələnmək lazımdır?

– Yüksək arterial təzyiqi olan və müalicəyə baxmayaraq təzyiqi normallaşmayan xəstələrdə bəzi endokrin səbəblər araşdırılmalıdır. Xüsusilə böyrəküstü vəzin şiş xəstəlikləri zamanı kəskin arterial təzyiq müşahidə oluna bilər. Belə xəstələr mütləq müayinə olunmalı, hormon analizləri aparılmalıdır. Bəzi hallarda səbəb böyrəküstü vəzin şişləri olur və cərrahi əməliyyatdan sonra arterial təzyiq normallaşa bilir. Bundan başqa, Kuşinq sindromunda da arterial təzyiq yüksələ bilər. Piylənməsi olan xəstələrdə də hipertoniya daha çox müşahidə edilir. Ona görə də təzyiq uzun müddət nəzarətə alınmırsa, endokrin səbəblər istisna edilməlidir.

– Sonda şəkərli diabet diaqnozu qoyulan şəxslərə və onların ailə üzvlərinə hansı tövsiyələri vermək istərdiniz?

– İlk tövsiyəm odur ki, ailəsində şəkərli diabet olan insanlar – ata, ana, bacı və ya qardaşında diabet olan şəxslər hər il müayinədən keçsinlər. Çünki şəkərli diabet birdən-birə başlamır. Bu proses uzun müddət ərzində formalaşır. Əvvəlcə qlükozaya qarşı tolerantlığın pozulması, prediabet mərhələsi yaranır, daha sonra diabet inkişaf edir. Vaxtında aşkarlanan prediabet və diabetin müalicəsi daha effektiv olur. Əsas məsələ erkən diaqnostikadır. Təəssüf ki, xəstələr çox vaxt gecikmiş halda müraciət edirlər. Bəzən göz problemi yaranır və məlum olur ki, səbəb diabetdir. Bəzən kardioloqa və ya nefroloqa müraciət etdikdə şəkərli diabetin olması aşkarlanır. Ona görə də risk qrupunda olan insanlar mütləq müayinə olunmalıdırlar.

Tip 1 diabetli uşaqların valideynlərinə də demək istəyirəm ki, övladlarının normal inkişafı üçün qan şəkərinə nəzarət çox vacibdir. Bu uşaqlarda davamlı qlükoza monitorinq cihazlarından və mümkün olduqda insulin pompasından istifadə çox faydalıdır. Əgər pompadan istifadə etmək imkanı yoxdursa, heç olmasa davamlı qlükoza monitorinq cihazı olmalıdır ki, valideynlər uşağın qan şəkərinə nəzarət edə bilsinlər. Həyat tərzinə diqqət etmək, sağlam qidalanmaq, fiziki aktivliyi artırmaq və həkim nəzarətində olmaq şəkərli diabetin idarə olunmasında əsas şərtlərdir.

 30    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *