Bagla

Həkimdən soruş

Hekimden sorus







Parla Pharmaceuticals® üçün yeni bir mərhələ başlayır!

 

2019-cu ildə Azərbaycanın əczaçılıq sənayesinə töhfə vermək və yüksək keyfiyyətli, innovativ dərman vasitələri təqdim etmək məqsədilə yola çıxdıq. Bu gün isə daha bir mühüm uğurumuzu qürurla paylaşırıq – Parla® Pharmaceuticals beynəlxalq ixrac fəaliyyətinə rəsmi olaraq başlayıb.

 

Bu addım bizi yerli bazardan qlobal arenaya daşıyan yeni inkişaf mərhələsidir. İlk ixrac bazarlarımız artıq reallığa çevrilib və bu uğur peşəkar komandamızın, tərəfdaşlarımızın və bizə inanan hər kəsin əməyi sayəsində mümkün olub.

 

Eyni zamanda Local Business və International Business bölmələrini formalaşdıraraq həm ölkə daxilində, həm də beynəlxalq bazarlarda fəaliyyətimizi daha da gücləndiririk.

 

Biz yalnız dərman ixrac etmirik – Azərbaycanın keyfiyyətini, innovasiyasını və “Made in Azerbaijan” dəyərini dünyaya təqdim edirik.

 

Bu, yalnız başlanğıcdır. Daha böyük hədəflərlə yolumuza davam edirik.

 

Parlasın Azərbaycan!


 877    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *