Bagla

Həkimdən soruş

Hekimden sorus







Referansın Ağ Şəhər Filialı fəaliyyətə başladı

 

Müasir və keyfiyyətli tibbi xidmətləri pasiyentlərə daha yaxın etmək məqsədilə Referans Medical Group daxilində fəaliyyət göstərən Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzinin Ağ Şəhər Filialı fəaliyyətə başlayıb.

 

2016-cı ildə laborator xidmətlərlə fəaliyyətə başlayan Referans ötən illər ərzində inkişaf edərək Azərbaycanın ən böyük yerli klinikalar şəbəkələrindən birinə çevrilib. Bu gün Referans Medical Group həm ölkəmizdə, həm də xaricdə fəaliyyət göstərən tibb müəssisələri vasitəsilə pasiyentlərə beynəlxalq standartlara uyğun tibbi xidmətlər təqdim edir.

 

Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzinin Ağ Şəhər Filialında geniş spektrli laborator müayinələr, diaqnostik xidmətlər və müxtəlif ixtisaslar üzrə həkim qəbulları həyata keçirilir. Müasir tibbi avadanlıqlarla təchiz olunan filialda peşəkar tibbi heyət tərəfindən pasiyent yönümlü xidmət göstərilir.

 

Filialın Ağ Şəhərdə fəaliyyətə başlaması ərazidə yaşayan və çalışan sakinlərin tibbi xidmətlərə daha rahat və operativ çıxışını təmin edir. Beləliklə, pasiyentlər vaxt itirmədən, yaşadıqları və ya çalışdıqları əraziyə yaxın məkanda zəruri tibbi xidmətlərdən yararlana bilərlər.

 

Açılış mərasimində Referans Medical Group rəhbərliyi, əməkdaşları və dəvət olunmuş qonaqlar iştirak ediblər. Tədbir zamanı filialın infrastrukturu, tibbi imkanları və təqdim etdiyi xidmətlər qonaqlara təqdim olunub.

 

Ünvan: Referans Ağ Şəhər Filialı, 2-ci Yaşıl Ada küçəsi, Bakı, AZ1025
Çağrı Mərkəzi: *0033
Əlaqə: +994 70 387 00 33

 


 534    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *