

Müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, yaxın dostu, görkəmli alim, akademik Zərifə xanım Əliyeva yaşadığı mənalı həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Akademik, dəyərli insan Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularında çoxistiqamətli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, dəyərli elmi nəticələrə nail olmuşdur.
Möhtərəm Prezidentimizin müvafiq Sərəncamına əsasən mötəbər Heydər Əliyev İlində Zərifə xanım Əliyevanın 100 illik yubileyi ölkəmizdə təntənəli şəkildə qeyd olunur. Azərbaycan xalqı və dövləti öz dəyərli alimini, nəcib və xeyirxah insanı dərin ehtiram hissi ilə anır,daim xatirəsini əziz tutur.
Allahdan hörmətli Zərifə xanım Əliyevaya rəhmət diləyir, əziz xatirəsini ehtiramla yad edirik!

Bir cavab yazın