Bagla

Həkimdən soruş

Hekimden sorus







Almaniyada İcbari Tibbi Sığorta Sistemi

Bu sual əslində çoxlarını maraqlandırır, görəsən İcbari Tibbi Sığortanın (İTS) vətəni sayılan Almaniyada bu sistem necə qurulmuşdur?

 

73 milyondan çox əhalisi olan Almaniyada həm İcbari həm də Özəl Tibbi Sığorta Sistemi vardır. İTS fondunun gəlir mənbəyi işəgötürənlər, işçilər, ödəmə qabiliyyəti olmayanlar üçün dövlət dəstəyi və digər mənbələr təşkil edir. Hər bir işçi üçün İTS fonduna Sığorta Haqqı olaraq ümumi 14.6% olmaqla, işçinin hesablanmış əmək haqqından (gross) 7.3% və işəgötürən tərəfindən işçinin əmək haqqı üçün 7.3% dəstək ödəməsi təşkil edir. 14.6%-dən əlavə olaraq da 2016-cı ildən tətbiq olunan, 2021-ci il üçün 1.3 % təşkil edən mümkün əlavə xərclər ödənişi də vardır.

 

Faiz nisbəti olaraq tutulan Sığota Haqqları və əlavə xərclər ödənişi stabil rəqəm deyil və hər il yenilənə bilir.

İTS ölkə əhalisinin 90%-dən çoxunu əhatə edir, qalan 10% əhalinin Özəl Tibbi Sığortası vardır. Almaniyada əvvəlcədən müəyyən edilmiş gəlir səviyyəsinin üstündə olan vətəndaşlar, şəxsi biznesi olanlar, bəzi məmurlar və xarici tələbələr İTS-nə Sığorta Haqqı ödəməyərək Özəl Tibbi Sığorta paketlərini əldə edə bilərlər. Qeyd etdiyimiz kimi sığorta haqları faiz nisbəti hər il dəyişə bilər, bu eyni zamanda İTS sistemindən kənarda qalma hüququ əldə etmək üçün lazım olan gəlir səviyyəsinə də şamil edilir. Məsələn 2021-ci il üçün bu məbləği €64 350 və ya aya €5 362 çox gəlirin olması kimi qəbul edilir.

 

Almaniya (GKV adlanan) İcbari Tibbi Sığorta sistemində tibbi xidmətlər əsasən dövlət və ya sayları 103-cə çatan dövlət nəzarətində fəaliyyət göstərən gəlirsiz çalışan (non-profit) tibb müəssisələri birliyi-Krankenkassen (bəzilərini adları: AOK, TK, SBK, BEK, DAK) tərəfindən verilir. Vətəndaşlar 12 ay ərzində onlara xidmət göstərəcək olan Tibb Müəssisələr Birliyini (TMB)-Krankenkasseni seçməkdə sərbəstdirlər, bu seçimdən aslı olaraq da İTS fondundan həmin vətəndaş və onun ailəsi üçün seçilmiş TMB-nə ödəniş olunur.

 

Dr. Teymur Mirzəbəyli


 2620    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *