Bagla

Həkimdən soruş

Hekimden sorus







Azərbaycan Kardiologiya Cəmiyyətinin XIV Milli Kardiologiya Konqresi keçirilib

 

12–14 dekabr 2025-ci il tarixlərində Bakıda Azərbaycan Kardiologiya Cəmiyyətinin “Azərbaycan kardiologiyasının inkişafında yeni mərhələ” mövzusunda XIV Milli Kardiologiya Konqresi keçirilib.

 

Konqresin açılış mərasimində Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov, Səhiyyə Komitəsinin üzvü, millət vəkili İlham Məmmədov, Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev, TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı, həmçinin həkim-kardioloqlar iştirak edib.

 

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini R.Mahmudov son illərdə Azərbaycan səhiyyəsində ürək-damar xəstəlikləri ilə mübarizə sahəsində əhəmiyyətli nailiyyətlər əldə edildiyini vurğulayıb.

 

TƏBİB və Azərbaycan Kardiologiya Cəmiyyəti arasında ilkin səhiyyənin gücləndirilməsi istiqamətində həyata keçirilən birgə layihələr barədə məlumat verən TƏBİB-in İlkin səhiyyə departamentinin rəhbəri R.Çobanlı görülən işlərin ilkin səhiyyənin keyfiyyətinin yüksəldilməsinə və əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşdırılmasına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti Şöbəsinin müdiri R.Quliyev kardiologiya sahəsində aparılan layihələrin milli səhiyyə siyasətinə uyğun şəkildə inkişafı və bu istiqamətdə institusional əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.

 

Millət vəkili İlham Məmmədov isə arterial hipertenziya ilə mübarizəyə həsr olunmuş “Hədəf 130/80” layihəsinin icrasına diqqət çəkərək bu layihənin ürək-damar sağlamlığının yaxşılaşdırılmasına, erkən profilaktikaya və uzunmüddətli sağlamlıq göstəricilərinin yüksəldilməsinə ciddi töhfə verəcəyinə əminliyini vurğulayıb.

 

Azərbaycan Kardiologiya Cəmiyyətinin Sədri Ülvi Mirzəyev konfrans iştirakçılarına “Hədəf 130/80” hipertenziya ilə mübarizə layihəsi çərçivəsində ətraflı məlumat verib.

 

Daha sonra konqres elmi sessiyalarla davam edib.

 

 


 58    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *