Bagla

Həkimdən soruş

Hekimden sorus







Azərbaycan səhiyyəsi üçün möhtəşəm tarixi hadisə…

 

Əziz dostumuz, hörmətli professor Kamran Musayev Azərbaycan tibb tarixində bir ilkə imza atıb. Bu uğurlu əməliyyat eyni zamanda Qafqazda peşəkarcasına həyata keçirilən ilk əməliyyat olaraq tarixə yazıldı. Mən xüsusilə professor Kamran Musayevi və onun rəhbərlik etdiyi Mərkəzi Klinik Xəstəxananın peşəkar kollektivini ürəkdən təbrik edirik.

 

Bəli, regionumuzda ilk dəfə meyit donorun ürəyinin uğurlu transplantasiyası həyata keçirildi.

 

Hələ 2000-ci illərdə əziz dostum Kamran Musayevin uğurla sonlandırdığı açıq ürək əməliyyatına şahidlik edərkən, doktor qeyd etmişdi:

“Gələcəkdə ən böyük arzum donor ürək transplantasiyasını həyata keçirməkdir.” Əziz dostum hələ illər öncə etdiyin arzu həyat keçdi və möhtəşəm gün yetişdi.

 

 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan səhiyyəsinə, tibb işçilərinə olan xüsusi diqqət və qayğısının nəticəsidir ki, bu gün ölkəmizdə tibbi sahədə əldə olunan möhtəşəm uğurlara və böyük nailiyyətlərə şahidlik edirik və qürur hissi keçiririk ki, tibb sahəsində Kamran Musayev kimi peşəkar həkimlər yetişib.

 

Uğurların davamlı olsun əziz dost, hörmətli professor Kamran Musayev.

 


 98    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *