Bagla

Həkimdən soruş

Hekimden sorus







Dünyanı gözəllik xilas edəcək

 

“ESTETİK KOSMETOLOGİYA MÜTƏXƏSSİSLƏRİ” İctimai Birliyi (EKMİB) nədir?

EKMİB gözəllik sahəsinin mütəxəssislərinin könüllü olaraq birləşdiyi qeyri-hökumət, qeyri-siyasi, qeyri-kommersiya təşkilatıdır.

 

 “Estetik Kosmetologiya Mütəxəssisləri” Assosiasiyası kosmetoloji  klinikalar və həkimlərin, həmçinin kosmetoloji dərmanların və avadanlıqların təchizatçısı olan şirkətlərin, habelə gözəllik sahəsində çalışan mütəxəssislərin birləşməsi üçün bir platformadır.

 

Bir sıra  klinikaların bazasında praktiki platformanın mövcudluğu mühüm üstünlük təşkil edir. Məhz bu fakt İctimai Birlik vasitəsilə nümayiş etdirilən hər preparat və avadanlığın səmərəliliyini qiymətləndirilməsinə, həmçinin klinika və peşəkar kosmetoloqlar tərəfindən onların keyfiyyətinin müasirlik və effektivliyi tələbinin formalaşdırılmasına imkan verir.

 

Birliyin mühüm istiqamətini öz praktiki bazasında təcrübəli kosmetoloq qrupunun çoxsəviyyəli təlimi təşkil edir. Həkim ən müasir metodikalara yiyələnməkdə yardımçı olmaqla Azərbaycanda kosmetologiya sahəsində kompleks müalicənin inkişafını qarşısına məqsəd kimi qoyur.

 

“Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin daima ictimaiyyətlə sıx əlaqədə olmaqla sağlam  gözəlliyin təbliğini həyata keçirir.

 

 

“Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin əsas missiyası dövlətin sosial, iqtisadi siyasətinə dəstək verməkdir.

İctimai birliklər əsasən dövlətin siyasətinə dəstək olaraq fəaliyyət göstərirlər. Bu birliklərin məğzi məhz onların siyasi olmamasıdır. Yəni QHT-lər dövlətin sosial, iqtisadi siyasətinə dəstək verməlidir və icra etdikləri layihələr sonradan dövlət proqramı olaraq davam etməlidir.

 

“Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin məqsəd və məramı haqqında məlumatlandırma məqsədilə zona müşavirələri keçirilir. Birliyə üzv və könüllüləri təşviq kampaniyaları həyata keçirilir ki, bu da daha geniş imkanlar və güc deməkdir.

 

“Öz biznesini başla və inkişaf etdir” layihəsinə start verilmişdir. Layihə əsasən respublikamızın regionlarında keçirilməsi nəzərdə tutulmuşdur. Layihənin həyata keçirilməsinin nəzəri hissəsi hazırdır, praktik hissəsinə may ayında başlanılması nəzərdə tutulmuşdur.

 

“Palıd” Şirkətlər Qrupunun təsisçisi, “Estetik Kosmetologiya mütəxəssisləri” İctimai Birliyinin idarə heyətinin üzvü Əjdər Məmmədov Azərbaycan Respublikası Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, “Ailə Həkimi” elmi-kütləvi tibbi jurnalının ideya müəllifi, millət vəkili İlham Məmmədovla estetik kosmetologiyanın sağlamlığa faydaları haqqında fikir mübadiləsi aparmış və ictimai birliyə verdiyi dəstəyə görə təşəkkürünü bildirmişdir.

 


 2306    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *