

Dəniz səviyyəsindən 1173 metr hündürlükdə olan “DUZDAĞ” Fizioterapiya Mərkəzi Duzdağ oteldən 2 km məsafədə yerləşir. Duzdağ mağarasında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və “DUZDAĞ” Fizioterapiya Mərkəzindən ibarət 2 ayrı müalicə mərkəzi mövcuddur.
Naxçıvan MR Duzdağ Fizioterapiya şəfa ocağının müalicəvi təsirinin digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən, xəstələr yeraltı hissəyə adaptasiya olunaraq girirlər. Həmçinin, şaxtada havalandırma təbiidir, mikrob cisimciklər aşağı səviyyədədir, allergenlər yox dərəcəsindədir. Mağarada rütubət və temperatur daim sabit qalmaqdadır
Mərkəzdə 47 otaqda eyni anda 128 pasientin müalicəsi üçün rahat şərait yaradılmışdır.
Müalicələr isə gündüz və gecə olmaqla 2 növbədə təşkil olunur;
2-12 yaş üçün gündüz, 12 yaş üzəri gecə seansları.
Mərkəzdə pasientlər üçün kafe,TV salon, kitabxana,mağaza,növbətçi tibb bacısı otağı mövcuddur.

Ötən əsrin ikinci yarısının əvvəllərindən dünya təbabət elminə bronxial astmalı xəstələrin karst mağaralarında, duz şaxtalarında müalicəsinin yüksək effekt verdiyi məlum olub. Uzun axtarışlardan, tədqiqatlardan sonra təbiblər bu qənaətə gəliblər ki, duz mədənlərində natrium və xlor ionları üstünlük təşkil etdiyindən o spleoterapiya-ağciyər bronx xəstəliklərinin müalicəsinə olduqca müsbət təsir göstərir.
“Spleoterapiya” yunanca ”Spelaion” – mağara, kaha və “terapiya” – müalicə deməkdir. Duz şaxtası şəraitində aparılan müalicə İtaliya, Macarıstan, Polşa, Almaniya, Ukrayna, Ruminiya və s. kimi ölkələrdə geniş yayılmışdır. Şaxta şəraitində ilk dəfə müalicə hələ 1871-ci ildə İtaliyanın Florensiya şəhərinin yaxınlığında, Toskana vilayətinin Monsumman yaşayış ərazisində stalaktiv və stalaqmit şaxtasında revmatik poliartritə tutulmuş xəstələrdə aparılmışdır.


Yeraltı şöbənin mikroiqlimi aşağıda göstərilir:
Duzdağ şaxtası yolu
Naxçıvan, Azərbaycan
+994 60 204 00 33
+994 60 204 00 65
+994 60 204 00 55
info@duzdag.com
www.duzdag.com
5 yaşında Hidrosefali xestedi oğlum var .Sanat var başında ona komeyi olarmi bu mualucenin?