Fikir vermisinizsə, ildən-ilə əzizlərimiz üçün yaxşı, yəni özəl, faydalı və xoş hədiyyə seçmək çətinləşir. Ya çox adidir, ya adamda bu əşya artıq var, lazımsız əşyalar isə onu məyus edə bilər: bunları neyləyəsən? Qiymətli bir hədiyyə ideyası verək – “Qiymətli arqan”.
Qadın üçün hər yaşda cavan və gözəl görünmək önəmlidir. Odur ki, hər bir qadın arqan yağ tərkibli dəriyə qulluq vasitəsinə sevinər: gecə və gündüz kremləri olsun, göz qapaqları və dodaq kremləri, serumlar. Axı, orqanik arqan yağı cavanlığın universal sirridir.
Arqan yağı antiqocalma ulduzudur, çünki:
1. Qiymətli yağlı turşularla zəngindir – omeqa-6 və omeqa-9: dəri üçün mühüm qida mənbəyidir.
2. Antioksidantlarla zəngindir (vitamin E, tokoferollar) – menopauza dövründə dərinin elastikliyini azalmağa qoymur, dəri hamar və şux qalır.
3. Tərkibindəki fitosterolların sayəsində cavanlaşdırır. Fitosterollar dərini qoruyur, sərbəst radikalları neytrallaşdırır. Beləliklə, qocalma prosesi ləngiyir.
4. Dərinin dərin qatlarına sirayət edir, hüceyrə metabolizmini yaxşılaşdırır, liftinq-effekt yaradır.
5. Dərinin metabolizmini normallaşdırır və hüceyrələrdə nəm balansını saxlayır, quruluğu və qırışları azaldır.
6. Arqan yağındakı karotinoidlər ultrabənövşəyi şüaların zərərindən dərini qoruyur, onu sağlam və parlaq edir.
7. Susuzlaşma və qida azlığından əmələ gələn diskomfortu asanlıqla aradan qaldırır.
Beləliklə, həm özünüzə, həm də əzizlərinizə arqan yağını könül rahatlığı ilə hədiyyə edə bilərsiz. Dəridən alacağınız nəticə, minnətdarlıq hissi özünü çox ləngitməyəcək.
Bir cavab yazın